Məhkəmə qərarları › İş №2(010)-3305/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3305/2024

29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3305/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda ƏMDXK Və Reyestri Publik Hüquqi Şəxsi * Sayli Baki Ərazi idarəsi) “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi Hüquq sahibi kimi X3 qeyd edilən, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Mənbə küçəsi, ev *4 ünvanında yerləşən fərdi yaşayış evinə dair 30/2957 nömrəli qeydiyyat vəsiqəsinin X6 məxsus olması faktının müəyyən edilməsi. Tələbin dəlilləri Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Mənbə küçəsi, ev*4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair miras qoyan X5 adına arayışın verilməsi ilə bağlı **23*6*380 qeydiyyat nömrəli, 02.*0.2023-cü il tarixli ərizəsinə baxılaraq arayışın verilməsindən imtina edilmişdir. İmtinanın əsaslarından biri kimi qeyd edilib ki, vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi barədə 35 saylı notariat ofisinin məktubunda hüquq sahibi kimi “X8” qeyd edilsədə, 30/2957 nömrəli qeydiyyat vəsiqəsində hüquq sahibi “X3” qeyd edildiyi üçün hüquq sahibinin adında uyğunsuzluq mövcuddur və bu baxımdan arayışın verilməsindən imtina edilir. Hesab edir ki, həmin imtina məktubunda qeyd edilən ziddiyətlərə aydınlıq gətirilməli, 30/2957 nömrəli qeydiyyatda olan X* əslində elə X8 olması və 30/2957 nömrəli qeydiyyat vəsiqəsinin X6 məxsus olması faktı müəyyənləşməlidir. Çünki, mərhum X3 ərizəçinin nənəsidir. Bütün rəsmi sənədlərdə nənəsinin adı əslində Qönçə kimi qeyd edilsədə, bəzən qohumlar arasında Qönçəxanım kimi müraciət edilib. Bu baxımdan qeyd edilmiş texniki yanlışlıq səhvən olmuşdur və məhkəmə tərəfindən bu faktlar aydınlaşdırılmalı və müəyyənləşdirilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək, izahatında ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin *7.*0.2023-cü il tarixli Ərizəçi numayəndəsi F.İsmaylova ünvanladığı məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mənbə küçəsi, ev *4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı **23*6*380 02.*0.2023-cü il tarixli ərizəsinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, təqdim olunmuş sənədlər arasında mərhumun adında uyğunsuzluq mövcuddur. Belə ki, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi “X8” qeyd olunsa da, 30/2957 nömrəli qeydiyyat vəsiqəsində hüquq sahibi “X3” kimi göstərilmişdir, eyni şəxs olması barədə təqdim olunmamışdır. Bundan başqa, göstərilən torpaq sahəsi bir hissəsi su və qaz xəttinin mühafizəsi zonasında yerləşir. Həmçinin texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. «DÖvlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsixliy üzrə Təsnifatf»nın «Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları»ın və «Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları»nın təsdiq edilməsi haqqında 2*.08 2003-cü il tarixli *09 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən mühafizə zonaları müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2*.06.*999-cu il tarixli *03 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri" qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun *5-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. *9.02.*988-ci il tarixli vəsiyyətnamədən görünür ki, X8 öldüyü günə kimə harda olmasından aslı olmayaraq özünə məxsus olan əmlakları, o cümlədən Bakı şəhəri, İstoçnaya küçəsi, ev *4 ünvanındakı evini nəvəsi Ərizəçi oğluna vəsiyyət etmişdir. Bakı şəhəri 35 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli ƏMDX DƏDK və RPH şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən görünür ki, vərəsəlik işinin açılması zərurəti ilə əlaqədar 3*.0*.*998-ci ildə vəfat etmiş və *9*2-ci il təvəllüdlü -X5 vəsiyyət üzrə vərəsəsi -Ərizəçidur. Odur ki, X6 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mənbə küçəsi, ev *4 ünvanında yerləşən fərdi yaşayış evinə dair cıxarışın verilməsini xahiş etmişdir. Suraxanı rayonu Bülbülə qəsəbə İHN-nın 09.02.*998-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 3*.0*.*998-ci ildə ölmüşdür. 06.İX.*989-cu il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, İstoçnaya küçəsi, ev *4 X* xüsusi mülkiyyətindədir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 06.0*.20*8-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.*955-ci ildə doğulmuş, valideynləri X9 və X4r. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi *4.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.* Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 2*7.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.5 Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3** Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, yuxarıda qeyd edilən tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, İstoçnaya küçəsi, ev *4 X2 məxsus olmuşdur. Hazırda ərizəçi həmin evdə qeydiyyatda olmaqla yaşayır. *9.02.*988-ci ildə X8 vəsiyyətnamə tərtib edərək, özünün xüsusi mülkiyyətində olan Bakı şəhəri, İstoçnaya küçəsi, ev *4 ünvanındakı evini nəvəsi Ərizəçi vəsiyyət etmişdir. Q.Həbibova 3*.0*.*998-ci ildə ölmüşdür. Həmin Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Mənbə küçəsi, ev *4 ünvanında yerləşən fərdi yaşayış evinə dair 30/2957 nömrəli qeydiyyat vəsiqəsində, evin hüquqi sahibi kimi “X8” əvəzinə səhvən “X3” yazılmışdır. Ərizəçi, hüquq sahibi kimi X3 qeyd edilən, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Mənbə küçəsi, ev *4 ünvanında yerləşən fərdi yaşayış evinə dair 30/2957 nömrəli qeydiyyat vəsiqəsinin X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 2*7.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül- Bülə qəsəbəsi, Mənbə küçəsi, ev *4 ünvanında yerləşən fərdi yaşayış evinə dair 30/2957 nömrəli qeydiyyat vəsiqəsində «X3» qeyd edilən hissəsi «X8» oxunmaqla həmin sənədin X6 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, İstoçnaya küçəsi, ev *4 ünvanında yerləşən fərdi yaşayış evinə dair 30/2957 nömrəli qeydiyyat vəsiqəsində «X3» qeyd edilən hissəsi «X8» oxunmaqla həmin sənədin X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar