Məhkəmə qərarları › İş №2(010)-3317/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3317/2020

19.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3317/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu, Cavabdehin və 3-cü şəxsin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı X22 cavabdeh “xxxx” MMC qarşı “əmrin etibarsız hesab edilməsi, işinə bərpa ödənilməyən əmək haqqı və xərclərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ : İddiaçı X11 cavabdeh “Cavabdeh”-nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nə “işə bərpa və işləməkdən qanunsuz məhrum etmə nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən azad olunması qanunsuz hesab edilərək cavabdeh bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti 6 ay 11 gün müddətinə uzaldılaraq cavabdeh “Cavabdeh”-də öncəki əmək haqqı ilə öncəki iş yeri böyük mexanika-istismar texniki vəzifəsinə bərpa olunması, yekun məhkəmə aktı qəbul edilənək xx.xx.2020-ci il tarixdən buraxılmış məcburi iş buraxma müddəti üzürlü hesab edilərək xx.xx.2020-ci il tarixdən başlayaraq, iddiaçı işə bərpa olunduğu günə qədər iddiaçıya aylar və günlər üçün ödənilməyən əmək müqaviləsində qeyd edələn 6200 AZN əmək haqqı kompensasiya şəklində cavabdeh “Cavabdeh”-dən tutularaq iddiaçıya ödənilməsinə, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkilmiş məhkəmə xərci kimi vəkilə ödənilən vəsait 509 manat pul, etibarnamə alınması və surətinin alınması üçün 16,50 AZN pul, ümumilikdə 525 AZN maddi ziyan cavabdeh və “Cavabdeh”-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, iddiaçı X3 işdən azad olunması qanunsuz hesab edilərək cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti 6 ay 11 gün müddətinə uzadılaraq o, Cavabdeh-də öncəki əmək haqqı ilə öncəki iş yeri böyük mexanika-istismar texniki vəzifəsinə bərpa olunması, yekun məhkəmə aktı qəbul edilənək xx xxxx 2020-ci il tarixdən buraxılmış məcburi iş buraxma müddəti üzürlü hesab edilərək xx xxxx 2020-ci il tarixdən başlayaraq iddiaçı işə bərpa olunduğu günə qədər, iddiaçıya aylar və günlər üçün ödənilməyən əmək müqaviləsində qeyd edilən 6200 AZN (altı min iki yüz manat) əmək haqqı kompensasiya şəklində Cavabdeh-dən tutularaq iddiaçıya ödənilməsi, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkilmiş məhkəmə xərci kimi vəkilə ödənilən vəsait 509 AZN pul, etibarnamə alınması və surətinin alınması üçün 16,50 AZN pul, həmçinin X23 ilə bilet alınmasına görə 1451 AZN və uçuş ilə bağlı Covid19 virus daşıyıcı olub-olmamağa dair tibbi yoxlanışa görə 400 AZN, və 2 ay yaşamaq üçün icarə haqqına görə 1700 AZN ödəniş edilməsinə dair ümumilikdə 4076 AZN (dörd min yetmiş altı manat) maddi ziyan Cavabdeh-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək iddiaçının nümayəndəsi qismində izahatında iddia tələblərini onunla əsaslandırdı ki, xx xxxxxxxx 2019-cu il tarixində Cavabdeh-də işə qəbul başlamışdır. Öncədən vəd edildiyi kimi iddiaçı Bakı şəhərində cavabdehlə ilk 1 il müddətinə çalışmalı idi. Bu razılaşmaya etibar etdiyindən iddiaçı öz ailəsini Bakıya gətirmiş, az yaşlı övladlarını müvafiq təhsil haqqı tutulan məktəbə və baxçaya yazdırmışdır. Cavabdeh əvvəl vədinə əməl edib AR dövlət Miqrasiya İdarəsinə 1 il müddətinə əmək fəaliyyətinə iş icazəsi verilməsi üçün müraciət etmiş, lakin öncədən iddiaçı ilə xx xxxxxxx 2019-cu il tarixdə 6 ay 11 gün müddətinə əmək müqaviləsi bağlanılmış və belə izah verilmişdir ki, iş icazəsi 1 illik alınmasına baxmayaraq xarici vətəndaşlarla əmək müqaviləsi məhz həmin müddətə bağlanılır. İddiaçı 1 ay sınaq müddəti ilə işlədikdən sonra müqavilə münasibətləri xx xxxxx 2020-ci il tairixədək davam etmişdirdib. Əmək müqaviləsinin müddəti xx xxxxx 2020-ci il tarixində bitsə də, xx xxx 2020-ci il tarixinədək iddiaçı müəssisədə çalışmış və işəgötürən əmək münasibətlərinə xitam verilməsinə dair öz iradəsini bildirişlə iddiaçıya rəsmi şəkildə nə şifahi, nə yazılı şəkildə bildirməmişdir. Əvəzində əmək müqaviləsi üzrə iddiaçı 21 günlük əmək məzuniyyətinə göndərilmiş və məzuniyyəti 2 dəfəyə hissəvi və natamam verilmişdir. İkinci əmək məzuniyyətinin müddəti xx xxxx 2020-ci il tarixdə bitmiş, məzuniyyət bitəndən sonra xx xxxx 2020-ci il tarixində iddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxsin idarə işləri üzrə mütəxəssisin yanında olmuş və həmin şəxs iddiaçıya onunla işəgötürən arasında olan əmək münasibətlərinə müqavilənin müddətinin bitməsi ilə bağlı xitam verildiyini bildirmişdir. Lakin, Covid19 virusu ilə bağlı sərt məhdudiyyətlər olması, xarici ölkəyə təyyarə uçuşlarının dayandırılması səbəbindən müddət əlavə 45 gün uzadılmışdır. İddiaçı əmək münasibətlərini davam etmək niyyətində olduğunu xahiş etsə də, yerli işçilər olduğu halda xarici vətəndaşlarla işləməyin böyük məsrəf olmasını əsas gətirərək müddətin uzadılmayacağına qəti şəkildə bildirilmişdir. Bundan sonra xx xxxx 2020-ci il tarixdə iddiaçı əmək müqaviləsini bağladığı cavabdehə rəsmi öz dilində Baş vuru (ərizə) ilə (azəri dili bilmir) müraciət edib müqavilənin yalnız azəri dilində tərtib edilməsini və müqavilənin tərcümə edilmiş nüsxənin ona verilmədiyini, rəsmi azəri dili tam başa düşmədiyindən və öncədən verilən vədə etibar etdiyindən hesab etmişdir ki, şirkətlə aralarındakı razılaşmaya görə müqavilə 1 illik bağlanılır. Məhz bu səbəbdən həmin müqaviləni imzalamışdır. İddiaçıya bundan öncə, yəni 6 ay işləməsindən sonra müddətin bitdiyini nə şifahi, nə də rəsmi yazılı heç bir məlumat verilməmişdir. Ona yalnız istifadə etmədiyi məzuniyyət hüququndan istifadə edilməsi təklif olunmuş və iddiaçı bunu etmişdir. İddiaçıya may ayının əvvəlindən heç bir məlumat verilmədiyindən o, əmin olub ki, müqavilə müddəti davam etdirilir və arxayın olaraq başqa iş yerindən təklif alsa da, ondan imtina etmişdir. Müqavilənin uzadılması ilə bağlı protokol iddiaçının xəbəri olmadan birtərəfli tərtib edildiyindən onun ləğv edilməsini və pandemiya ilə bağlı karantin rejiminin uzadılması səbəbindən müqavilənin müddətini uzadılmasını xahiş edib, həmin müraciətə ilk dəfə cavabdeh rəsmi şəkildə xx xxxx 2020-ci il tarixdə iddiaçıya imtina verilmişdir. İddiaçı 16 iyun tarixindən cavabdehlə əmək müqaviləsinin müddətinin uzadılması, mövcud pozuntular ilə bağlı cavabdehə rəsmi müraciət edib bir neçə dəfə danışıqlara cəhd edib, lakin razılıq əldə edilməmişdir. 6 ay 11 gün müddətinə bağlanılan əmək müqaviləsini müstəqil tələb irəli sürməyən üçüncü şəxsin işçisi hazırlamış və müqavilənin 4.9-cu bəndi üzrə 5 günlük iş həftəsi müəyyən edilsə də, müqavilə şənbə günü tərtib edilmişdir. Bundan əlavə Müqavilədə qeyd olunmuşdur ki, 2.2-ci bəndinə əsasən əmək müqaviləsinin müddəti başa çatmazdan əvvəl işçinin iş icazəsinin müddəti uzadılarsa, müqavilə tərəflərin qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinin müddəti yazılı uzadıla bilər, 3.1-ci bəndi üzrə işçi vəzifəsi üzrə obyektin havalandırma və soyutma sistemlərinə (bundan sonra sistem adlanır) aid işlərin qeydiyyatına lazım olan diaqram, cədvəl, qrafik və başqa texniki sənədləri tərtib edib texniki hesablar aparır, sistemin çertyojları, texniki sənədləri və sxemlərinin icrasında iş icraçılarına və digər texniki icraçılara praktiki yardım göstərir, sistemin sinaq işlərinin aparılmasında iştirak edir, sistemdə istifadə olunan avadanlıq, cihaz və qurğuların qurulması, təmizlənməsi, sazlanması və işə salınmasını həyata keçirir, onların lazım olan xüsusiyyətləri və parametrlərini qeydiyyata alır, onların saz vəziyyətdə saxlanmasına və istismarına nəzarət edir, onların işində olan çatışmazlığın və nasazlığın aradan qaldırılması üçün tədbirlər görür, 4.15-ci bəndinə əsasən iş ili üçün nəzərdə tutulan əsas məzuniyyətin müddəti 30 təqvim gün təşkil edir. Müqavilənin 8.1-ci bəndi üzrə əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Bu müqavilənin 9.2-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericiliklə nəzərdə tutulan hallarda xəbərdar edilir. Müqavilənin 10.1-ci bəndinə əsasən tərəflər əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində əmək münasibətlərinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək münasibətlərinin həllində razılığa gəlməsələr mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. Müqavilənin 10.4-cü bəndi üzrə tərəflər əmək müqaviləsinin şərtlərini, öhdəliklərini vicdanla yerinə yetirəcəklərini, bir-birinin şəxsi, maddi, maliyyə, istehsal və digər maraqları, hüquqları və mənafelərinə qarşılıqlı hörmət göstərəcəklərini öz öhdəsinə götürür. Eyni ilə xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddətinin uzadılmasına dair əmək müqaviləsinə dəyişiklik edilməsinə dair protokol qeyri-iş günü, yəni bazar günü birtərəfli şəkildə tərtib edilmiş və protokolun 2.1-ci bəndi üzrə əmək müqaviləsinin 2.1-ci bəndində qeyd edilən qurtarma tarixi xx xxxx 2020-ci il tarixi müəyyən olunması kimi göstərilmişdir. Həmin protokoldan da iddiaçının xəbəri olmamış və onun imzası heç bir yerdə yoxdur. Bu isə ona dəlalət edir ki, ümumiyyətlə protokol əmək müqavilənin tələblərinə zidd və hüquqi qüvvəsi olmayan əhəmiyyətsiz sənəddir. xx.xx.2020-ci il tarixi bazar gününə düşdüyündən növbəti ilk iş günü 01 iyun hesab olunduğundan qeyd edilən müqaviləyə dəyişiklik barədə razılaşma əslində xx xxxx 2020-ci il tarixdə, yəni iş günü tərtib edilməli və işçiyə təqdim edilməli idi. MYİ № 0******, xx.xx.2019 tarixli AR ərazisində Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əmək fəaliyyəti üçün iş icazəsi əsasında iddiaçıya verilmiş və vəsiqə 1 il müddətinə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək verilmiş və bu sübut edir ki, iddiaçı cavabdehlə Bakı şəhərində azı 1 il müddətində işləmək barədə razılaşmışlar. Bu vəsiqəyə və əmək müqaviləsinin 2.2-ci maddəsinə əsasən əmək müqaviləsinin müddəti başa çatmazdan əvvəl işçinin iş icazəsinin müddəti avtomatik uzadıldığından əmək müqaviləsi bir tərəfli qaydada müddətin keçməsi əsası ilə ləğv edilə bilməzdi. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ilk əmək məzuniyyəti istənilmisi barədə xx.xx.2020-ci il tarixli ərizə iddiaçı tərəfindən cavabdehə rəsmi verilmiş və bu da əmək müqaviləsinin bitməsinə baxmayaraq iddiaçının xx xxx 2020-ci ilədək normal qaydada şirkətdə çalışdığını təsdiq edir. № 02-M/05.20, xx.xx.2020-ci il tarixli Əmr iddiaçıya əmək müqaviləsi müddəti bitəndən sonra 7-ci gündə xx.xx.2019-xx.xx.2020-ci iş ilinə görə ilk 13 günlük əmək məzuniyyətinin verilməsini sübut edir. Sənəddə 24-25, 28 may günləri qeyri-iş günləri hesab olunduğundan məzuniyyət müddəti xx.xx.2020-cil tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 11 gün təqvim günü qeyd edilib. xx.xx.2020-ci il tarixi bazar gününə düşdüyündən növbəti ilk iş günü 01 iyun hesab olunur. Bu sənəd sübut edir ki, protokol tərtib edildiyi vaxtda işçi əmək məzuniyyətində olub. Buna görə qeyd edilən müqaviləyə dəlişiklik barədə əhəmiyyətsiz protokol qanunsuzdur. Müddətin uzadılmasına dair müqaviləyə əlavə, razılaşma xx xxxx 2020-ci il iş günü tərtib edilib işçiyə təqdim edilməli idi. Ona görə cavabdeh həmin müddətdə əmək müqaviləsinə hər hansı birtərəfli dəyişiklik edə bilməzdi. xx.xx.2020-ci il tarixli ərizəni iddiaçı 2 dəfə cavabdehə rəsmi verib və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ əmək məzuniyyətini istəyib. Bu sənəd sübut edir ki, müqavilə müddəti və ilk məzuniyyət müddəti bitsə də, iddiaçı xx.xx.2020-ci il tarixdə işdə olaraq növbəti məzuniyyət hüququndan istifadə edib. № 01-M/06.20, xx.xx.2020-ci il tarixli Əmr- iddiaçıya əmək müqaviləsi müddəti və ilk məzuniyyət müddəti bitəndən sonra xx.xx.2019-xx.xx.2020-ci iş ilinə görə növbəti 10 günlük, xx.xx.2020-cil tarixdən xx.xx.2020-ci il tarixədək əmək məzuniyyətinin verilməsini sübut edir. xx.xx.2020-ci il iş günü hesab olunur. Bu əmr özlüyündə qüsurludur. Belə ki, əmək müqaviləsində məzuniyyət müddəti 30 təqvim günü qeyd edilib. Cavabdeh iddiaçı ilə əmək münasibətlərini öncədən bitirmək niyyətində olubsa, işçiyə iradəsini bildirişlə xəbərdarlıq etsəydi işçini 21 günlük əmək məzuniyyətinə deyil, birbaşa 30 günlük əmək məzuniyyətinə göndərmək əvəzinə iddiaçının son əmək haqqı hesablaşmasına həmin məzuniyyət günlərinin əvəzini əlavə edərək iş münasibətlərinə xitam verməli idi. Həm də, əgər cavabdeh qəti şəkildə əmək münasibətlərinə müddətin bitməsi ilə bağlı xitam vermək niyyətində idisə, öncə cavabdeh əmək müqaviləsində qeyd edildiyi kimi əmək müqaviləsinin müddəti başa çatmazdan əvvəl işçinin iş icazəsinin müddətinin uzadılmasının dayandırılması məsələsini həll etməli idi, sonra qarşılıqlı razılaşma əsasında müqavilənin müddətinin bitməsi məsələsini iddiaçı ilə qarşılıqlı həll etməli idi. Lakin, iddiçı müqavilə müddəti bitəndən sonra azı 16 gün şirkətdə çalışmış üstəlik 21 günlük əmək məzuniyyətinə göndərilmişdir. Bu sənədlər sübut edir ki, cavabdeh öncədən qəti şəkildə iddiaçı ilə əmək münasibətlərinə xitam vermək fikrində olmamış və müddət bitməsinə baxmayaraq tərəflər susmuşlar. Müqaviləyə birtərəfli şəkildə dəyişiklik edildikdən sonra sonuncu dəfə № 01-X/06.20, xx.xx.2020-ci il tarixli Əmr qəbul edilmiş və Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən əmək münasibətlərinə xx.xx.2020ci il tarixdə başa çatdığını nəzərə alaraq ƏM-nin 8.4-cü maddəyə əsasən həmin müddət ən yaxın iş günü olan xx.xx.2020-ci il tarixində iş gününün sonunda qurtarmış hesab edilərək əmək müqaviləsi ləğv edilmişdir. Əmrin verilməsi üçün əsas kimi əmək müqaviləsi müddətinin qurtarmasıdır. İşçiyə əmrin surəti verilsin. İşçiyə əmrin surəti gec verilib. Belə ki, xx xxxx 2020-ci il tarixdə iddiaçı baş vuru ilə cavabdehə rəsmi müraciət etdikdən sonra, cavabdeh ona rəsmi imtina verərək əmrin surətini təqdim etmişdir. xx.xx.2020-ci il tarixli Başvuru iddiaçının cavabdehə öz dilində rəsmi müraciət olunmuş və xx.xx.2020-ci il tarixli imtina cavabı ilə cavabdeh iddiaçının müraciətinə bildirib ki, 1) əmək müqaviləsinin dili ilə bağlı irad əsassızdır. Şirkət yerli hüquqi şəxs kimi fəaliyyət göstərdiyindən müqavilənin azərbaycan dilindən fərqli dildə tərtib etmək öhdəliyi yoxdur; 2) İddiaçı şirkətdə işlədiyi müddət ərzində fəaliyyəti ilə bağlı tabeçiliyində olduğu mühəndis Erdal Keskendir tərəfindən verilən mənfi rəylər və onun xx.xx.2020-ci il tarixli təqdimatına əsasən daimi fəaliyyət komissiyasının iclası keçirilmiş və əmək fəaliyyətinin qeyri-qənaətbəxş olması qənaətinə gəlinmiş; 3) Buna baxmayaraq karantin şəraiti ilə bağlı müqavilə müddəti 1 ay müddətinə uzadılması qərarına gəlinmiş, bu haqda şifahi məlumat verilib; 4) Daha sonra karantin müddətinin 15 gün uzadılması nəzərə alınaraq əmək müqaviləsi müddəti eyni müddətə yenə uzadılıb və həmin müddətdə əmək haqqı tam ödənilib; 5) Son zamanlar ölkədə koronavirus xəstələrinin sayının artması ilə bağlı karantin müddətinin qeyrimüəyyən olması və ölkələrarası hava nəqliyyatının qismən bərpa edilməsi (bununla bağlı araşdırma aparılıb və sizə məlumat verilməsi səbəbilə sizinlə xx.xx.2020-ci il tarixədək uzadılmış müqaviləyə müddəti bitdikdən sonra xitam verilməsinə qərar verilmiş və bu haqda sizə məlumat verilib; 6) Xüsusi ilə qeyd edilir ki, müddətli əmək müqaviləsinin bitməsindən əvvəl hər hansı rəsmi bildiriş verilməsi tələb edilmir. Həmin rəsmi imtina cavabına sonuncu əmrin surəti iddiaçıya təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli Əmək müqaviləsi bildirişləri şənbə günü bağlanmış, əmr şənbə günü verilmiş, müqavilənin bağlanmasına dair bildiriş sistemə xx.xx.2019-cu il tarixdə şənbə günü daxil edilmiş, müddətli əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixi qeyd edilmiş, b. müqaviləyə xitam verilməsi bildiriş xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş, müqaviləyə xitam Əmri həmçinin xx.xx.2020-ci il tarixdə verilmiş və sistemdə əmək müqaviləsinə xitam verilməsinə dair № 01-X/06.20, xx.xx.2020-ci il tarixli əmr və müqaviləyə xitam verilmə tarixi xx.xx.2020-ci il tarixi qeyd edilmişdir. Bildirişlərdən aydın olur ki, müqavilə müddətinin bitməsindən sonra uzun müddət heç bir məlumat sistemə daxil edilməyib. Yalnız əmr verildikdən sonra əmr əsasında əmək münasibətinə xitam verilməsinə dair məlumat yerləşdirilib. № 02-L/06.20, xx.xx.2020-ci il tarixli müraciətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edib iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsini, Miqrasiya Məcəlləsinin 73.0.2-ci maddəsinə uyğun iş icazəsinin ləğv edilməsini tələb etmiş bi isə iddiaçı ilə əmək münasibətlərinə əmək müqaviləsinə zidd xitam verildiyini sübut edir. Belə ki, qeyd etdiyimiz kimi müqavilə üzrə işəgötürən öncə iş icazəsinin uzadılması, dayandırılması məsələsini həll etməli, 30 günlük məzuniyyət haqqını düzgün hesablamalı, sonda xitam əmrini verməli idi. Cavabdeh xx.xx.2020-ci il tarixli Təqdimatla digər işçisi olan türkiyə vətəndaşı Erdal Keskendirin iddiaçı barədə qeyri-qənaətbəxş rəyi bildirilsə də, Erdal Keskendirin hansı şöbə, hansı vəzifədə çalışdığı, peşəsinin nə olması bəlli deyil. № 01/04.20, xx.xx.2020-ci il tarixli Komissiya iclasının protokolu isə ümumiyyətlə iddiaçının və təqdimatı tərtib edən şəxsin işinə hər hansı təsir etmək səlahiyyətinə malik olmayan cavabdehin işçiləri tərtib etmişlər və iclas iddiaçının əmək funksiyalarının qeyri-qənaətbəxş icra etməsi ilə bağlı araşdırılması və əmək müqaviləsinin müddətinin nəzərdən keçirilməsi ilə bağlı təşkil olunsa da, araşdırmanın necə aparılması qeyd edilməmişdir. Komissiya sədri Adil Həsənov əmək müqaviləsinin 1 ay müddətinə uzadılmasını və bu müddətdə təqdimatda yazılanların həqiqətə uyğunluğunun araşdırılmasını məqsədəuyğun hesab etdiyini bildirmiş, sonda isə qərara alınmışdır ki, iddiaçının işində yol verdiyi nöqsanların araşdırlmasına və pandemiyanın yayılması ilə bağlı ölkədə tətbiq edilmiş karantin şəraitinin səbəb olduğu çətinliklərin müəyyən hissəsinin aradan qalxmasına kimi əmək müqaviləsi müddəti uzadılması işəgötürənə tövsiyyə edilsin. Lakin Müddətin bitməsi ilə bağlı karantin rejiminin heç bir təsiri olmadığı halda karantin şəraitinin müəyyən çətinlikləri dedikdə nəyin nəzərdə tutulması aydın deyil. Qeyd edilən son 2 sənəd etibarlı deyil, belə ki, iddiaçının işlədiyi vaxta tərtib edilsə də, lakin onun bu sənədlərdən uzun müddət xəbəri olmayıb. Bu sənədləri iddiaçı, yalnız baş vuruya imtina cavabı aldıqdan sonra 26 iyun tarixində vəkil sorğusu əsasında alıb. Maraqlıdır ki, təqdimat tərtib edildiyi və iclas keçirildiyi vaxtda işçilərin hər ikisi normal iş vaxtı müəssisədə çalışıblar, lakin iclas nə təqdimatı tərtib edən şəxsin, nə də iddiaçının iştirakı olmadan keçirilmişdir. Heç birinin iclasda iştirakı təmin edilməmişdir. № 01-T/04.20, xx.xx.2020-ci il tarixli Əmrlə əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixdə bitsə də, işçinin iş fəaliyyətinin qeyriqənaətbəxş olması ilə bağlı təqdimatın araşdırılması və koronavirus pandemiyasının yayılması səbəbilə karantin şəraitinin çətinlikləri ilə bağlı müqavilənin müddəti 1 ay müddətinə uzadılmışdır. Lakin işçinin iş fəaliyyəti qeyri-qənaətbəxş hesab edilərək koronavirus pandemiyasının yayılması səbəbilə mövcud çətinliklər səbəbindən müqavilə müddəti xx.xx.2020-ci il tarixi xx.xx.2020-ci il tarixə, yəni 1 ay müddətinə uzadılsa da, sual olunmalıdır ki, əgər əmrlə müddəti uzatmaq olursa, müqaviləyə dəyişiklik haqqında protokolun tərtib edilməsinə nə ehtiyac olmuş. İşçinin bu təqdimat, protokol və əmrdən xəbəri olmamış, halbuki, o, normal qaydada işdə xx.xx.2020-ci il tarixədək çalışıb. xx.xx.2020-ci il tarixli bazar günü tərtib edilən protokolun 2-ci bəndində qeyd edilib ki, əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır. Səbəb isə göstərilmir. xx.xx.2020-ci il tarixli və 07.2020-ci il tarixli AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sorğuya cavablar- qeyd edilib ki, X22 adına “Əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə daxil edilib. Xitamın sistemə işlənməsi xx.xx.2020-ci il tarixdə 68.2) b bəndinə əsasən icra olunub. Təqdimatla bağlı komissiya iclasının iştirakçıları və təqdimatı tərtib edən şəxsin əmək müqaviləsinə dair məlumatlar elektron altsistemə mövcuddur. Sorğuya cavaba əsasən müəyyən olunur ki, X6-kadrlar üzrə böyük mütəxəssis öncə 2015-ci ildən “xxxx” MMC (VÖEN **********) şirkətində çalışmış, xx.xx.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, Erdal Keskendir öncə 2016-ci ildən “xxxx” MMC (VÖEN **********) şirkətində çalışmış, xx.xx.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, X10 öncə 2015-ci ildən “xxxx” MMC (VÖEN **********) şirkətində çalışmış, xx.xx.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, X12 2015-ci ildən “xxxx” MMC (VÖEN **********) şirkətində çalışır. Bu fakt onu sübut edir ki, əmək müqaviləsinin uzadılmasına dair dəyişiklər elektron alt istemə daxil edilməyib. Yalnız xitam əmri qəbul edildikdən sonra həmin əmr əsasında müddətin bitməsinə dair məlumat elektron sistemə daxil edilmişdir. Bu isə onu təsdiq edir ki, müddətin uzadılması ilə bağlı işəgötürən vaxtında tədbir görməmiş və susmuşdur. Həm də sübut olunur ki, iddiaçı ilə əmək müqaviləsini müstəqil irəli sürməyən şəxsin işçisi tərtib etmiş və hazırda da həmin şəxs üçüncü şəxsin işçisi kimi çalışmışdır. 06.2020-ci il tarixli X14 məlumatları da bunu təsdiq edir. xx xxxx 2020-ci il tarixli iddiaçının kart hesabından çıxarış bir daha sübut edir ki, əmək haqqı kartı müddəti xx.xx.2019-xx.xx.2020-ci il tarixinədək 1 il müddətinə verilmişdir. Müqavilə üzrə əmək haqqı 6200 manat olsa da, hesabdan məlum olur ki, iddiaçıya müqavilədə nəzərdə tutulan əmək haqqından çoxdur. Bu fakt onu sübut edir ki, iddiaçı həqiqətən 2019-cu ilin sentyabr ayının 20-dən etibarən cavabdehin şirkətində çalışıb. Yəni, işəgötürən işçi ilə əmək müqaviləsi bağlamadan, ona iş icazəsi almadan qanunsuz işlədilib. Buna görə əmək haqqı artıqlaması ilə rəsmi ödənilib. Həmçinin, bu fakt sübut edir ki, işçi müqavilə üzrə həftə içi 5 iş günü deyil, həftə içi 6 təqvim günü çalışıb. İddiaçı işini yaxşı gördüyündən və artıq çalışdığından cavabdeh ona müqavilədə nəzərdə tutulandan artıq əmək haqqı ödəyib. Birdən birdə xx xxxxx 2020-ci il tarixdən cavabdehin və müstəqil tələb irəli sürməyən şəxsin iddiaçıya münasibətinin dəyişməsi səbəbi aydın deyil. xx xxxxxxxx 2019-cu il tarixli mənzil kirayə müqaviləsi onu sübut edir ki, iddiaçı mənzili xx.xx.2023-cu il tarixədək kirayə götürüb ki, əmək müqaviləsi ilk 1 il müddətinə bağlanılacaq. Digər tərəfdən iddiaçı Bakıda azı 1 il daimi işləməsinə dair vəd verilməsəydi, iddiaçı ailəsini Bakıya gətirməzdi. Həmçinin o, ailəsinin Bakı şəhərində müvəqqəti 1 il müddətində qalmaları üçün hər biri ailə üzvünə görə 100,4 AZN, 100,4 AZN və 160.4 AZN, ümumilikdə 361,2 AZN rüsum ödəmiş, “Azərbaycan British College” Təhsil Kompleksində onların təhsil almaları ilə bağlı müqavilələr bağlamazdı, ailəsi ilə bağlı digər xərcləri çəkməzdi. İddiaçıya vurulan maddi ziyan öncə əmək haqqının ödənməməsi ilə bağlıdır. Buna 17 iyun tarixindən-30 iyun tarixinədək 3200 manat, iyul ayı üçün 6200 manat, avqust ayı üçün 6200 manat, cəmi 15,600 AZN (on beş min altı yüz manat) daxildir. Həmçinin, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi xərclər, yəni hüquqlarının bərpası üçün məhkəmə xərci kimi vəkilə ödənilən vəsait 509 manat pul, etibarnamə alınması və surətinin alınması üçün 16,50 AZN pul, ümumilikdə 525 AZN (beş yüz iyirmi beş manat) maddi ziyana daxildir. Maddi ziyana həm də yekum məhkəmə aktı qəbul edilənək iddiaçının işə bərpa edildiyi günədək işsiz qaldığı aylar və günlər üçün ödənilməyən əmək haqları daxildir. Bunlara və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7, 13, 14, 42, 43, 45, 49, 83, 135.2, 179, 191, 194, 195, 196.5, 289, 290, 296 və Mülki Məcəllənin 1096-cı maddəsinə istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və üçüncü şəxsin vəkili və nümayəndəsi X2 iddia tələblərini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı xx.xx.2019-cu il tarixdə xx xxxxx 2020-ci il tarixinə kimi müddətli əmək müqaviləsi əsasında Cavabdeh böyük mexanikaistismar texniki vəzifəsinə qəbul edilmiş və bu zaman əmək müqaviləsinin bir nüsxəsi, vəzifə təlimatı təhvil aktına uyğun olaraq imza etdirməklə iddiaçıya verilmişdir. 2020-ci ilin mart ayından başlayaraq COVİD-19 virus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında, o, cümlədən Bakı şəhərində xüsusi karantin rejimi tətbiq olunmuş və ölkə sərhədləri bağlanmış, heç bir ölkə ilə sərnişin daşınmasına icazə verilmənmişdir. İddiaçının Türkiyə Respublikası vətəndaşı olduğu, həmin vaxt bütün ölkələrlə nəqliyyat vasitələri ilə sərnişin daşınmasının qadağan olunduğu və Azərbaycan Respublikası Prezidentinin işçilərlə əmək müqaviləsinə xitam verilməməsi barədə tövsiyyələri ilə əlaqədar olaraq X11 ilə xx xxxxx 2020-ci il tarixinə qədər bağlanmış müddətli əmək müqaviləsi Cavabdeh-nin xx xxxxx 2020-ci il tarixli əmri ilə bir ay müddətinə, yəni xx xxx 2020-ci il tarixə qədər uzadılmışdır. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Komitəsinin xx xxx 2020-ci il tarixli 190 nömrəli qərarı ilə xüsusi karantin rejimi bir daha xx xxxx 2020-ci il tarixə qədər uzadılmışdır. Bununla əlaqədar olaraq X11 ilə bağlanmış müqavilə MMC-nin xx xxx 2020-ci il tarixli Əmri ilə xx xxxx 2020-ci ilə qədər uzadılmışdır. Bütün bu proseslər iddiaçının razılığı ilə aparılmış və o, etiraz etmədən əmək fəaliyyətini davam etdirmişdir. Cavabdeh MMC-nin xx xxxx 2020-ci il tarixli, 01-X/06.2020 nömrəli əmrinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, ailəsi ilə birlikdə artıq Türkiyəyə qayıtmışdır. İddia ərizəsində qeyd olunanlar və iddiaçının nümayəndəsinin məhkəmə iclasında göstərdikləri əsassızdır, çünki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vəkil sorğusuna verdiyi xx xxxxxx 2020-ci il tarixli **********5 nömrəli cavab məktubunda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə edilən dəyişikliklərin Nazirliyin elektron informasiya sistemində qeydə alınması öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman müvafiq qanunvericiliyin tənzimləyən normalarının tələblərinə tam olaraq əməl edilmişdir. İddiaçı X7 hüququ çatan əmək məzuniyyətindən tam istifadə etdiyi üçün ona bu barədə kompensasiya ödənilə bilməzdi. Belə ki, iddiaçının hüququ çatdığı 21 gün əmək məzuniyyəti işə götürənin xx xxx 2020-ci il tarixli 02-M/05.20 nömrəli əmri ilə 11 gün, xx xxxx 2020-ci il tarixli 01-M/06.20 nömrəli əmri ilə isə 10 gün ona tam olaraq verilmiş, qalan bütün əmək haqqı da iddaçıya ödənilmişdir. xx xxxxx 2020-ci il tarixli Cavabdeh-də əmək münasibətləri ilə əlaqədar yaradılmış daimi fəaliyyət komissiyasının 01/04.20 nömrəli protokolunun mübahisələndirməsi hissədə iddiaçının dəlilləri əsassızdılar, çünki həmin Protokol qanunvericiliyə uyğun olaraq tərtib edilmiş, Komissiyanın sədri, üzvü və iclas katibi onu imzalamışlar. Həmçinin protokolun qərara aldı hissəsində müəyyən bir hərəkətin edilməsi işəgötürənə tövsiyyə edilmiş bu isə həmin qərarın işəgötürən üçün məcburi yox, tövsiyyə xarakteri daşımasını ifadə edərək, protokolun iddiaçı ilə əmək müqaviləsinin xitam verməsində heç bir imperativ qüvvəyə malik olmadığını təsdiq edir. İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndini və 73-cü maddəsinin tələblərini iddia ərizəsində düzgün düzgün izah etməyərək belə bir tələb irəli sürmüş, halbuki Əmək Məcəlləsində müddətli əmək müqaviləsinə xitam verilməsinin əsası kimi, 68-ci maddənin 2-ci hissəsinin “b” bəndi, müqaviləyə xitam verilməsinin prosedur qaydası isə 73-cü maddədə göstərilmişdir. Belə olan halda isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh- nin xx xxxx 2020-ci il tarixli 01-X/06.20 nömrəli əmrində Məcəllənin 68-nin 2-ci hissəsinin b bəndinə əsaslanması tamamilə qanuni olmuşdur. 2020-ci ilin mart ayından başlayaraq COVİD-19 virus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında, o, cümlədən Bakı şəhərində xüsusi karantin rejimi tətbiq olunmuş və ölkə sərhədləri bağlanmışdır. Demək olar ki, heç bir ölkə ilə sərnişin daşınmasına icazə verilməmişdir. İddiaçının Türkiyə Respublikası vətəndaşı olduğu, həmin vaxt bütün ölkələrlə nəqliyyat vasitələri ilə sərnişin daşınmasının qadağan olunduğu və Azərbaycan Respublikası Prezidentinin işçilərlə əmək müqaviləsinə xitam verilməməsi barədə tövsiyyələri ilə əlaqədar olaraq X11 ilə xx xxxxx 2020-ci il tarixinə qədər bağlanmış müddətli əmək müqaviləsi Cavabdeh-nin xx xxxxx 2020-ci il tarixli əmri ilə bir ay müddətinə, yəni xx xxx 2020-ci il tarixə qədər, sonra isə xüsusi karantin rejiminin bir daha xx xxxx 2020-ci il tarixə qədər uzadılmışdsır. Bununla əlaqədar olaraq idiaçı ilə müqavilə xx xxx 2020-ci il tarixli Əmri ilə xx xxxx 2020-ci ilə qədər uzadılmışdır. Bütün bu proseslər idiaçının razılığı ilə aparılmış, o, etiraz etməyərək işini davam etdirmiş və həmin əmrləri mübahisələndirilməmişdir. Yalnız Türkiyə Respublikası ilə nəqliyyat əlaqələri bərpa olunduqdan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının Əmək Məcəlləsinin 179-cu maddəsinə istinad etməsinin əsası yoxdur, çünki həmin maddədə söhbət işçinin öz iş yerində olmayaraq başqa bir yerdə dövlət və ictimai işlərin yerinə yetirilməsi zamanı onun orta əmək haqqının saxlanılmasından gedir. Halbuki iddiaçı belə bir vəzifələrin yerinə yetirilməsinə cəlb edilməmişdir. Əmək Məcəlləsinin 191-ci maddəsində işçinin və işəgötürənin biri digərinə vurduğu ziyana görə maddi məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin 2-ci hissəsində göstərilən hər üç şərtin eyni zamanda mövcud olması ziyana görə maddi məsuliyyət daşıyır. Bu şərtlər isə ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkət və ya hərəkətsizliyi qanunazidd olduqda; təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İstinad etdiyi 195-ci maddədə isə işəgötürən tərəfindən işçiyə vurduğu ziyana görə məsuliyyəti əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qətnaməsi olduğu halda mümkün olması qeyd olunmuşdur. İddiaçının işinə bərpa olunması barədə məhkəmə qətnaməsi mövcüd olmadığına görə bu maddıyı istinad olunması əsassızdır. Bütün bulnal iddia tələbinin əsassız olnasına dəlalət etsə də, iddia həmçinin ona görə əsassızdır ki, iddiaçı iddia müddətini ötürməklə məhkəmyə müraciət etmişdir. Belə ki, X11 əmək münasibətlərinə xitam verilməsi əmrindən narazı qalaraq MMC-yə xx xxxx 2020-ci il tarixli ərizə ilə müraciət etmiş və əmək müqaviləsinin müddətini xx xxxxxxxx 2020-ci ilə qədər uzadılmasını xahiş etmişdir. Ona müraciətin rədd edilməsi ilə əlaqədar xx xxxx 2020-ci il tarixdə məktub ünvanlamış və əmrin surəti məktuba əlavə olunmuş və iddiaçı tərəfindən qəbul olunmuşdur. Lakin iddiaçı MMC-nin cavabını gözləmədən belə Suraxanı rayon məhkəməsində hüquqlarının müdafiəsi üçün xx xxxx 2020-ci il tarixdə müqavilə bağlamış və buna əsasən hazırda onu təmsil edən nümayəndsəsinə order verilmişdir. İddianın predmetindən göründüyü kimi iddiaçı əmək müqaviləsinin ləğv edilməsinin qanuniliyini mübahisələndirir. Bu isə Əməmk Məcəlləsinin 296-cı maddəsinə əsasən xx xxxx 2020-ci il tarixindən bir ay müddətinə məhkəmədə iddia qaldıra bilərdi. Lakin nə iddiaçı, nə də onunla bu barədə hüquqlarının müdafiə edilməsi üçün müqavilə bağladığı vəkili belə bir iddia qaldırmamışlar. İddia ərizəsi məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə təqdim edilmiş və bu yuxarıda qeyd olunanlara görə iddia müddətinin keçməsinə dəlalət edir. Bunlara əsasən iddia tələblərinin əsassız olduğuna görə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, xx xxxxxxx 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, “EM Vonsulting and Maintenance” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X27 arasında müddəti xx.xx.2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək olmaqla 6 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2019-cu il tarixli əmrin surətindən görünür ki, X27 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində “Böyük mexanika-istismar texniki” vəzifəsinə təyin olunmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxxx 2020-ci il tarixli 01-T/04.2020 saylı əmrin surətindən görünür ki, X7 ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixində bitməsini, həmçinin işçinin iş fəaliyyətinin qeyriqənzətbəxş olması ilə əlaqədar təqdimatın araşdırılmasını və koronovirus pandemiyasının yaayılması səbəbilə tətbiq edilmiş hazırki karantin şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq işçi ilə bağlanmış Əmək müqaviləsi 1 ay müddətinə uzadılmışdır. İş materiallarına əlavə olunmuş xx xxx 2020-ci il tarixli 01-T/05.2020 saylı əmrin surətindən görünür ki, X7 ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixində bitməsini, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 190 nömrəli qərarı ilə Azərbaycanda xüsusi karantin rejiminin xx xxxx 2020-ci il tarixinədək uzadılmasını nəzərə alaraq Əmək müqaviləsi 15 gün müddətinə uzadılmışdır. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli 01-X/06.2020 saylı əmrin surətindən görünür ki, X7 ilə bağlanmış Əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixində başa çatdığını nəzərə alaraq və Azərbaycan Respublikası Əməmk Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndini rəhbər tutaraq işçi ilə bağlanmış Əmək müqaviləsi müddətinin son gününün qeyri-iş gününə düşməsi ilə əlaqədar xx.xx.2020-ci tarixində qurtarmış hesab edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən X4 ünvanlanmış 01-L/06.20 saylı xx xxxx 2020-ci il tarixli məktubu ilə sonuncuya işdən azad olunmasına dair əmrin surəti göndərilməklə eyni zamanda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə müqavilə müddətinin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmişdir. İşin materialları ilə müəyyn olunur ki, həmin məktub və əmrin surəti iddiaçıya xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X15 tərəfindən “İsmayılbəyli və Partnyorlar” Vəkil Bürosuna verilmiş cavab məktubundan görünür ki, xx xxxxxxx 2019-cu il tarixli, X27 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində “Böyük mexanika-istismar texniki” vəzifəsinə təyin olunması barədə əmr həmin tarixdə, müqavilənin dəyişdirilməsi və xitam verilməsi barədə əmrlər isə, müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin b) yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müaviləsinə xitam verilməsinin əsaslarındandır. Qeyd edilən Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.Qeyd olunan qanunun mənasından göründüyü kimi müddətli əmək müqaviləsinin müddətinin bitməsinə baxmayaraq əmək münasibətləri davam etdirildikdə həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bu müddətin uzadılması üçün hər hansı yeni müqavilənin və ya digər yazılı razılaşmanın tərtib olunması tələb olunmur. Tərəflər etiraz etmədiyi halda hər növbəti müddətin sonunda müqavilə qanunun tələbinə görə eyni müddətə uzanmış olur. Beləliklə də, iş üzrə müəyyən olunmuş halları baxımından məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində göstərilən müddət qurtardıqdan sonra işəgötürən tərəfindən xx.xx.2020-ci il tarixli 01-T/04 saylı əmrlə bir dəfə uzanmış, növbəti müddətin bitdiyi tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verildiyindən işdə olan sübutlarla təsdiq olunur ki, xx xxxx 2020-ci il tarixli 01-X/06.2020 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun verilmişdir.mişdir. Bundan əlavə, məhəkəm qeyd etməyi zərurui hesab edir ki, azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2, 377.1, 381.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. İş materialları ilə və məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı X7 ilə əmək münasibətlərinə xitam verilməsi barədə əmrin surəti sonuncuya xx xxxx 2020-ci il tarixdə rəsmi olaraq təqdim olunmuş, lakin xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət olunmuşdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə toplanmış sübutlara məcmu halıda qiymət verərək hesab edir ki, iddiaçı X3 işdən azad olunması qanunsuz hesab edilərək cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti 6 ay 11 gün müddətinə uzadılaraq o, Cavabdeh-də öncəki əmək haqqı ilə öncəki iş yeri böyük mexanika-istismar texniki vəzifəsinə bərpa olunması, yekun məhkəmə aktı qəbul edilənək xx xxxx 2020-ci il tarixdən buraxılmış məcburi iş buraxma müddəti üzürlü hesab edilərək xx xxxx 2020-ci il tarixdən başlayaraq iddiaçı işə bərpa olunduğu günə qədər, iddiaçıya aylar və günlər üçün ödənilməyən əmək müqaviləsində qeyd edilən 6200 AZN (altı min iki yüz manat) əmək haqqı kompensasiya şəklində Cavabdeh-dən tutularaq iddiaçıya ödənilməsi, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkilmiş məhkəmə xərci kimi vəkilə ödənilən vəsait 509 AZN pul, etibarnamə alınması və surətinin alınması üçün 16,50 AZN pul, həmçinin X23 ilə bilet alınmasına görə 1451 AZN və uçuş ilə bağlı Covid19 virus daşıyıcı olub-olmamağa dair tibbi yoxlanışa görə 400 AZN, və 2 ay yaşamaq üçün icarə haqqına görə 1700 AZN ödəniş edilməsinə dair ümumilikdə 4076 AZN (dörd min yetmiş altı manat) maddi ziyan Cavabdeh-dən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: iddiaçı X3 işdən azad olunması qanunsuz hesab edilərək cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti 6 ay 11 gün müddətinə uzadılaraq o, Cavabdeh-də öncəki əmək haqqı ilə öncəki iş yeri böyük mexanika-istismar texniki vəzifəsinə bərpa olunması, yekun məhkəmə aktı qəbul edilənək xx xxxx 2020-ci il tarixdən buraxılmış məcburi iş buraxma müddəti üzürlü hesab edilərək xx xxxx 2020-ci il tarixdən başlayaraq iddiaçı işə bərpa olunduğu günə qədər, iddiaçıya aylar və günlər üçün ödənilməyən əmək müqaviləsində qeyd edilən 6200 AZN (altı min iki yüz manat) əmək haqqı kompensasiya şəklində Cavabdeh-dən tutularaq iddiaçıya ödənilməsi, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkilmiş məhkəmə xərci kimi vəkilə ödənilən vəsait 509 AZN pul, etibarnamə alınması və surətinin alınması üçün 16,50 AZN pul, həmçinin X23 ilə bilet alınmasına görə 1451 AZN və uçuş ilə bağlı Covid19 virus daşıyıcı olub-olmamağa dair tibbi yoxlanışa görə 400 AZN, və 2 ay yaşamaq üçün icarə haqqına görə 1700 AZN ödəniş edilməsinə dair ümumilikdə 4076 AZN (dörd min yetmiş altı manat) maddi ziyan Cavabdeh-dən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar