Məhkəmə qərarları › İş №2(010)-332/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-332/2023

27.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-332/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh X1rşı əsassız hesablanmış borc məbləğinin silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh İB-yə qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 1845 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Həmin ev həyət evidir, evdə 3 gözlü qaz plitəsi (1 gözü işıqla işləyir), 1 ədəd kombi aparatından istifadə olunur, başqa qazla işləyən sobalar yoxdur. 2022-ci ilin yanvar ayında ona qaz pulunun ödənilməsi üçün bildiriş gəldikdə görmüşdür ki, ona 1845 manat qaz istehlakına görə borc yazılmışdır. Həmin qaz pulunun nəyin əsasında yazılması ilə maraqlandıqda ona qaz idarəsindən ******* nömrəli akt təqdim edilmişdir. Həmin akt ona təqdim edildikdə aktda onun tərəfindən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar edilməsi göstərilmişdir. Hər ay sayğacın göstəricisi cavabdehin əməkdaşları tərəfindən götürülmüşdür, necə olur ki, bir ay ərzində onun tərəfindən 1845 manat qaz istehlak edilmişdir, onun adətən illik istehlakı o qədər təşkil etmirdi. Buna dair sübutu məhkəməyə təqdim etmək üçün ötən illər üçün abonentin saldosunu cavabdehdən istədikdə ona yalnız 2021-ci ilin sonuna borcun yazıldığı saldonu təqdim etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, cəmi 7 gün sayğacdan kənar qoşulma halı mövcud olmuşdur və bu müddət ərzində o, kənar xətt vasitəsi ilə qazdan istifadə etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbi ilə razı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslıdır, ona görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AKX-03577xx/xx-2021 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qazpaylayıcı ilə istehlakçı İddiaçı arasında fərdi yaşayış evinin qazla təmin edilməsi barədə razılığa gəlinmişdir. İş materiallarında olan ******* saylı, xx.xx.2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt”ın surətindən görünür ki, İddiaçı yaşadığı evdə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”nin surətindən görünür ki, istehlakçı İddiaçı yaşadığı evdə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır. Sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməsi müəyyən edilmişdir. Qaz işlədicilərindən PQ4-nin maksimal saatlıq qaz sərfi 1.2m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (2592 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 2.6m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (5616 m3), Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (6048 m3), radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (1728 m3) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerli baxış keçirilən zaman həmin ünvanda qazla işləyən cihaz kimi 24-kv-lıq Kombi, 5 radiator və 3 plitəsi qazla işləyən 4 plitəli soba aşkar edilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/8236 nömrəli ekspert rəyindən görünür ki, 24-kv-luq kombinin və PQ4ün maksimal saatlıq qaz sərfi uyğun olaraq 2.6m3/saat və 1.2m3/saat təşkil edir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılmasına əsas görmür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı cəmi 7 gün kənar xətt vasitəsi ilə qazdan istifadə etdiyini, cavabdeh qurumun isə bu müddəti 90 gün olaraq hesabladığını, eləcə də evində olmayan qaz cihazlarını da qeyd etdiyini bildirir və ona görə də, cavabdeh tərəfindən ona yazılmış borcun silinməsini xahiş edir. Cavabdeh tərəf iddianı qəbul etmir və bildirir ki, hesablama təmsil etdiyi qurumun qəbul etdiyi standartlar əsasında aparılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçının kənar xətt vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı özü də bu halı təsdiq edir. İşin mübahisəli halını iddiaçının hansı müddət ərzində xənar xəttdən yararlanması və onun evində olan qazla işləyən cihazların sayı və növü təşkil edir. Cavabdeh tərəf mübahisəli hallarla bağlı özünün aktına əsaslanır və qeyd edir ki, standart hesablama qaydalarına əsasən borc hesablanmışdır. Tərəflər arasında mübahisənin həlli məqsədi ilə iddiaçının evinə məhkəmə baxışı keçirilmiş və qazla işləyən bir ədəd 24-kv-lıq Kombi, 5 radiator və 3 plitəsi qazla işləyən 4 plitəli soba aşkar edilmişdir. Cavabdeh kənar xətt aşkar edilən zaman iddiaçının evində aktda qeyd edilmiş cihazların hamısının olduğunu təsdiq edən sübut təqdim etmədiyinə görə, məhkəmə hesab edir ki, iddiaçı kənar xəttdən faydalanan zaman da onun evində yerli baxış vaxtı aşkar edilən cihazlar olmuşdur. Digər tərəfdən, iddiaçının kifayət qədər kiçik olan evində 24 kv-lıq kombi varkən, əlavə olaraq dəmir sobanın da olması inandırıcı deyildir. Hazırda təqdim edilmiş ekspert rəyindən göründüyü kimi, 24-kv-luq kombinin və PQ4-ün maksimal saatlıq qaz sərfi uyğun olaraq 2.6m3/saat və 1.2m3/saat təşkil edir. Aparılan hesablamalar zamanı müəyyən edilmişdir ki, 24-kv-luq kombinin maksimal günlük qaz sərfi 7.48 AZN, PQ4-ün maksimal günlük qaz sərfi isə 3.45 AZN təşkil edir. Cavabdeh tərəf ziyanın hesablanması aktında kənar xəttdən istifadə müddətini 90 gün göstərsə də, nəyin əsasında belə bir nəticəyə gəldiyini tutarlı dəlillərlə sübuta yetirməmişdir. İddiaçı tərəfin izahatına görə, o, cəmi 7 gün müddətində sayğacdan kənar qaz xəttinə qoşulmaqla təbii qazdan istifadə edilmişdir. Bunun əksini göstərən hal yoxdur. Ona görə də, məhkəmə kənar xəttdən istifadə müddətinin 07 gün olduğu qənaətinə gəlir. Yuxarıda qeyd olunan günlük sərfiyyata uyğun olaraq 7 gün ərzində istehlak edilmiş qaz sərfiyyatı isə ümumilikdə 76.51 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının (7 gün müddəti çıxılmaqla) qalan müddət ərzində sayğacdan kənar qaz xəttinə qoşulmaqla təbii qazdan istifadə etməsi halı iş materialları ilə öz təsdiqini tapmır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya təbbi qazdan qeyri-qanuni istifadə edilməsinə görə 07 gün müddəti üçün 76.51 manat borc məbləği hesablanmalı, qalan 1768.49 manat borc məbləği silinməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən İddiaçı abonent hesabına hesablanmış 1768.49 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "AZƏRİQAZ" İB tərəfindən İddiaçı abonent hesabına hesablanmış 1768.49 manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar