Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-332/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir.
Tərəflərin izahatları
2.İş üzrə məhkəmə hazırlıq iclası 20 may 2024-cü il tarixə, saat 11:30-a təyin edilmişdir.
3. Maraqlı şəxsə elektron kabinet vasitəsi ilə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. 4.Ərizəçi xx.xx.2024-cü il tarixdə ərizə göndərərək, ərizənin baxılmamış saxlanılaraq əlavə edilmiş sənədlərin əsllərinin geri qaytarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
5. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılmalıdır.
6. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.