Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3320/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Әrizəçi Әrizəçi iştirakı ilə, Әrizəçi Әrizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Әrizəçi Әrizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Әrizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx.xx.1997-ci il təvəllüdlü X3 onun qızıdır. Qızı uşaq vaxtı əmələ gəlmiş psixi xəstədir. Birinci dərəcəli əlilliklə ağır zəifliyi anamnezində epileptiforma tutmalarla diaqnoz qoyulmuşdur. Qızının himayəsində olması üçün müvafiq qərar verilməsini maraqlı şəxsdən xahiş etmiş və ona övladı xx.xx.1997-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materialları Әmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X1 «MSS üzvi xəstəliyi nəticəsində ifadə olunmuş ağıl zəifliyi anamnezində epileptiforma tutmalarla» diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli Әrizəçi ünvanladığı məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X4 xx.xx.2024-cü il tarixli 2965 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X2 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik və anamnezində qıcolma tutmaları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar və halhazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynləri qohum olmaqla bibiqızı-dayıoğlu olması, yoxlanılan şəxsin doğuş travması ilə anadan olması, körpəlikdən serebral iflic müəyyən edilməsi, bir yaşından başlayaraq qıcolma tutmaları biruzə verməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalmış, nitqi zəif inkişaf etmiş, tək-bir sözlərdən ibarət olması biruzə verməsi, bununla əlaqədar əvvəl nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, əqli geriliyi, ara-sıra narahatlığı, fizioloji ifrazatları ilə natəmiz olması, AR ӘӘSMN TSEK tərəfindən xx.xx.2017-ci il tarixdə müayinə edilərək “MSS üzvi xəstəliyi nəticəsində ifadə olunmuş ağıl zəifliyi anamnezində epileptiforma tutmalarla” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı ağır dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X2 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik və anamnezində qıcolma tutmaları ilə müəyyən edilir. X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X3 onda müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik və anamnezində qıcolma tutmaları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.1997-ci il təvəllüdlü X3 Әrizəçi qızıdır. Әrizəçinin qızı X2 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik və anamnezində qıcolma tutmaları ilə müəyyən edilir. X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmənin gəldiyi nəticə Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.1997-ci il təvəllüdlü X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Әrizə təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3320/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3320/2024
23.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver