Məhkəmə qərarları › İş №2(010)-3329/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3329/2022

26.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3329/2022 26.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X8 iclas kаtibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka 2 bağlar massivində yerləşən, 0.25 ha ərazisi olan, 646 №-li bağ sahəsinə dair Bakı şəhər ZDS-nin Bağlar təsərrüfatı tresti ilə bağlanmış 30.*2.*969-cu il tarixli, 5058 nömrəli müqavilədə soyadı və adı Bədəlov Mirəli kimi, X* qeyd edilən və 30.06.*974-cü il tarixdə vəfat etmiş, Bakı şəhəri, Xətai rayonu (keçmiş Şaumyan) VVAQ Şöbəsinin verdiyi İ-JQ 292830 nömrəli ölüm haqqında şəhadətnamədə soyadı, adı və ata adı X2 qeyd edilən X3 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə **4. Dövlət rüsumunun qaytarılması. **4.*. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: **4.*.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: ...259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə... Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri. 260.*. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.5. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu (“Hökumət ödəniş portalından” verilmiş 85263098* №-li “mədaxil qəbzi”; dövlət rüsumunun ödənildiyi tarix: 05.0*.2022-ci il (saat **:32:39); ödənilmiş məbləğ: *00 manat, büdcə təsnifat kodu: *422**03) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar