Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3337/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 768.28 manat məbləğində borcun silinməsi. İddia tələbinin dəlilləri O, ünvan 1 ünvanında yaşayır. Mənzilin qaz təchizatı abunə kodu ‘T**********0270” olmaqla istifadə edir.Qeyd edilən mənzilə çəkilən qaz təchizatı ilə bağlı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində qəbul edilmiş ******* №-li akt əsasında onun hal hazırda cavabdehə qaz təchizatı ilə bağlı borcu 768,28 azn təşkil etmişdir. Cavabdehin tətbiq etdiyi borc G-4 markalı 1102AQ**********4 №-li sayğacın çıxış plasas borusunda olan deşiklə ilə tətbiq etmişdir. Belə ki, tərtib edilmiş akt əsasında qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi ilə bağlı absurd bir formada 6480 m3 qazın ödənilməsi ilə bağlı qərar verilmişdir. Yaranmış vəziyyətlə bağlı dəfələrlə cavabdehə öz kəskin narazılığını bildirsədə, cavabdeh bir mənalı formada məsələnin müsbət həlli ilə bağlı heç bir formada köməklik etməmiş və akt əsasında hesablanmış borcun tərəfindən ödənilməsini tələb edilmişdir. Hesab edir ki, aşağıdakı səbəblərə görə akt ləğv edilərək borc silinməlidir. Cavabdeh tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş akta nəzər yetirdikdə əyani formada aktın əsassız olmasını görünür. Akt tərtib edilərkən abonentin “İŞTİRAKİ” ilə qeyd edilməsi. xx.xx.2023-cü il tarixində evdə olmamış, akt tərtib edilərkən aktların tərtib edilməsi haqqında” Təlimata uyğun olaraq akt saat neçədə və hansı şəraitdə tərtib edilib qeyd edilməli idi, lakin nə saat, nə də ki hansı şəraitdə tərtib edilməsi ilə bağlı heç bir qeyd yoxdur, əslində isə abonentin orada olmaması ilə bağlı akta ən azı “aktların tərtib edilməsi haqqında” Təlimata uyğun aktı tərtib edən şəxslərdən “abonent tərtib edilmiş aktda İŞTİRAK ETMƏYİB” cümləsi əlavə olunmalı idi ! Cavabdeh tərəfindən aktın tərtib edilməsi səbibi kimi G-4 markalı 1102AQ **********4 №-li sayğaca ümumi baxış zamanı, sayğacın klapanının üzərində kipləsdirici təbəqə aşkar olmaması. Sayğacın göydəsi cavabdeh tərəfindən kəsilməsi, Sayğacın çıxış plastmas borusu deşilib. Sayğacın yaddaş arxivi oxunması. Sayğacda istismar müddətində ALARM- 1 rejimi aşkar olunmayıb. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Hesablanma mexanizmi nomianal. Minimal sərfiatda 100 % nisbi xətavla işləyir və keçən qazın həcmini qeyd etmir. Hesablanma mexanizmi ilişərək işləyir. Sayğac istismara yarasızıdr səbəbinin göstərməsi bir daha absurdun G-4 markalı 1102AQ**********4№-li sayğacın klapanının üzərində kipləsdirici təbəqə aşkar olmaması, abonenet olaraq onun təqsiri deyil, hesab edir ki, kipləsdirici təbəqənin aşkar olunmaması bir basa cavabdehin aktda qeyd etdiyi kimi “Sayğacın gövdəsi kəsilməsi” zamanı səbəbi ilə əlaqədar olmasını hesab edir,"Sayğacın cıxıs plastmas borusu deşilib” ifadəsi, abonent olaraq onun təqsiri deyil, belə ki, abonent olaraq sayğacının plastmas borusunu necə desə bilər! Sayğacın yaddaş arxivi oxunması. Sayğacda istismar müddətində ALARM- 1 rejimi aşkar olunmaması kimi cavabdehin aktda qeydi, bir basa onun sayğaca heç bir müdaxilə etməməyini sübut edir. Çünki, ALARM-1 rejimi aşkar olunmaması “insan fərdinin ” müdaxiləsinin olmaması bildirir, Xətalar normadan artıqdır. Hesablanma mexanizmi nomianal minimal sərfıyyatda 100 % nisbi xətayla işləyir və keçən qazın həcmini qeyd etmir. Hesablanma mexanizmi ilişərək işləyir səbəbi abonent olaraq o səbəbkar ola bilməz! Belə ki, abonent olaraq qaz klapanına o necə müdaxilə edə bilər, 100 % nisbi xətayla işləyir və keçən qazın həcmini qeyd etmir kimi cavabdehin akta qeyd etməsi bir daha absurddur, ən azı “abonentin saldosuna” daha dəqiq desə 2023-cü il ilin ücün 88,43 manat ödəniş etmis. Əgər 2023-cü il üçün qaz sərfıyatına görə 83,43 manat ödəniş olunubsa onda necə olur ki, cavabdeh akta qeyd edir ki, 100 % nisbi xətayla işləyir və keçən qazın həcmini qeyd etmir. Əsər sayğac işləmirsə onda qaz sərfıyatına görə necə ödəniş edə bilər. AR-sı NK-nin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3nın (Qaydalar) 4.9-cu bəndinə əsasən zədələnmə istehsalçının təqsiri üzündən baş verdikdə sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylacısı tərəfindən həyata keçirilir. Beləliklə cavabdeh AR-sı NK-nin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın (Qaydalar) 4.9-cu bəndinə əsasən zədələnmənin konkret olaraq onun tərəfindən təqsirli olaraq edilməsini subut etməlidir. Cünki, qaz klapanına müdaxilə etmək abonent tərəfindən müdaxilə olunması mümkünsüz bir prosedurdur. Yuxarıda qeyd etdiyi mötəbər əsaslara görə hesab edir ki, qaz təchizatı ilə bağlı tətbiq edilmiş cərimə ləğv edilməlidir. Nəticədə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən AZEMİS vasitəsi ilə xx.xx.2024-cü il tarixdə sözügedən iş üzrə etiraz və etirazının əsasını təşkil edən sübutlar məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf olaraq əlavə ediləcək başqa sübutu yoxdur. Məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə AZEMİS vasitəsi ilə ərizəsi məhkəməyə daxil olmuşdur. İddiaçı Cavabdehnə qarşı 1**********0270 istehlakçı hesabı üzrə xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktın ləğv edilməsi və akta əsasən hesablanmış 768,28 borcun silinməsi tələbinə dair iddia qaldırmışdır. Aşağıdakılara əsasən iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, ilişərək işlədiyi və istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materialları 0407360 saylı xx.xx.2023-cü il tarixli təbii X3nın pozulması haqqında aktdan görünür ki, ünvan 2 ünvanında təbii qazın uçotu və TQİQ-nin riayət olunması yoxlanıldı və baxış keçirilən zaman aşkar ounmuş nöqsanlar –2619-23-cü il tarixli Dövlət yoxlamasına əsasən 1102AQ**********4 sayğacın çıxış plasmas borusu deşilib. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-7715/Q001 №-li Aktına əsasən G-4 markalı 1102AQ**********4 №li sayğacın çıxış plasmas borusu deşikdir. Abonentin saldosundan görünür ki, Bakı şəhəri, X4 massiv V ev 5 mənzil 27 ünvanında 1**********0270 saylı abonentin 06.10-ci ildən 04/24-cü il tarixədək qalıq və aktlar üzrə borcu 142.45 manat məbləğində borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, Bakı şəhəri, X4 massiv V ev 5 mənzil 27 ünvanında 1**********0270 saylı abonentin 09/11-ci ildən 08/23-cü il tarixədək qalıq və aktlar üzrə borcu 689.57 manat məbləğində borc hesablanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Qazın paylanması, satılması və qazın verilməsinin dayandırılması 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X3” (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)
3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli. 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evdən kənarda yerləşdirilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən qaz təchizatı və qazdan istifadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə əməl olunmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilibedilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, sayğaca baxış keçirilməsi zamanı hər hansı bir foto və ya video çəkilişin aparılması da iş materilları ilə müəyyən edilmir.
Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşadığı ünvan 4 ünvanına 1**********0270 saylı abonent kodu üzrə tərtib edilmiş ******* saylı xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış 768.28 məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 4 ünvanına 1**********0270 saylı abonent kodu üzrə tərtib edilmiş ******* saylı xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış 768.28 məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova