Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-336/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi
1. İddiaçı İB Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanının açıq eyvanında sonradan tikinti-quraşdırma işləri aparılaraq daş hörgüsü hörülməklə (koordinatlar: 40.38279; 49.97565) İddiaçı balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli, yerüstü qaz xəttinin 06 p/metr hissəsi qapalı şəraitə salınıb qaz xəttinin mühafizə zonasında özbaşına tikilmiş eyvan (balkon) divarlarının cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülməsi və qaz xəttinin mühafizə zonasının bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair məhkəmədə iddia qaldırılması üçün İddiaçı İB tərəfindən ödənilmiş 100,40 manat (bir yüz manat qırx qəpik) dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı İB-yə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlliləri
2. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq ünvan 2 ünvanının açıq eyvanında sonradan daş hörgüsü hörülməklə tikinti işləri aparılmış (koordinatlar: 40.38279; 49.97565), İddiaçı balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli, yerüstü qaz xəttinin 06 p/metr hissəsi fərdi yaşayış evinin eyvanı daxilində qapalı şəraitə salınmışdır. Aşkar olunmuş fakt İddiaçı İB-nın əməkdaşları tərəfindən aktlaşdırılmış, cavabdehin ünvanına yazılı xəbərdarlıq təqdim edilərək qaz xəttinin normal istismarına şərait yaradılması və bu məqsədlə də sonradan tikilmiş həmin özbaşına tikilinin sökülməsi tələb edilmişdir. Belə ki, cavabdeh tərəfindən həmin ünvanda qanunsuz inşa edilmiş həmin tikili qaz xəttinin İddiaçı İB əməkdaşları tərəfindən normal istismarını pozur, fiziki nəzarət üsulları ilə yoxlanılmasına mane olur, qaz xəttinin həmin hissəsinə texniki xidmət göstərilməsinin qarşısını alır və bu kimi texniki xidmət qaydalarının lazımi səviyyədə vaxtında görülə bilinməsinə cavabdeh tərəfindən süni maneənin yaradılmış olması gələcəkdə də qaz xəttinin vaxtından əvvəl zədələnməsinə (sıradan çıxmasına), habelə korroziyaya uğrayaraq mənzilə təbii qazın dolmasına gətirib çıxarır. Qeyd olunanlardan əlavə, cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin daxilində qapalı şəraitə salınmış müvafiq qaz xəttinə qarşı cavabdeh və ya digər şəxslər tərəfindən törədiləcək hər hansı bir ehtiyyatsız davranış, həmçinin qaz xəttinin zədələnməsi nəticəsindən baş verə biləcək kiçik bir qaz sızması gələcəkdə həmin ünvanda və ətrafda cavabdehin ailəsi və ya digər sakinlər üçün arzuolunmaz hadisələrə, ölümlə nəticələnə biləcək partlayışa, yanğına və sair növ bədbəxt hadisələrə yol aça bilər.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında dindirilən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, həmin ev 1996-cı ildən o vəziyyətdə idi. Həmin evdə hər hansı əlavə tikinti işi olmamışdır və həmin balkon orada mövcud idi, sadəcə balkon üzərində boyama işi aparılmışdır. İddia tələbinə münasibətdə bildirir ki, tələbdə qeyd olunan sökütnü işinin aparılmasına maddi imkanı yoxdur. Əgər maddi imkanı olsa idi edə bilərdi.
İş materialları
5. xx.xx.2021-ci il tarixli, ZO 6 nömrəli “Qaz xəttinin mühafizə zonasının pozulması haqqında Akt”ın surətindən görünür ki, X1 rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, bina 131, mənzil 1 ünvanında (koordinatlar: 40.38279; 49.97565) açıq eyvanı tikib bağlayaraq qaz xəttini tikili daxilinə salmışdır. Ünvana xəbərdarlıq edilmişdir.
6. Suraxanı rayonu 68 saylı MKİS-in xəbərdarlıq məktubundan görünür ki, X4 ünvan 3 ünvanında qaz kəmərini öz hesabına eyvandan kənara çıxarması barədə xəbərdarlıq edilmişdir.
7. AR ƏN Məhkəmə Ekpsertizası Mərkəzinin 16 may 2024-cü il tarixli 3-16-16/2- 10/9970 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, AB yaşayış massivi, bina 131 ünvanında yerləşən 1 saylı mənzildə həmin mənzilə dair tərtib edilmiş “Texniki Pasport” sənədində nəzərdə tutulmayan tikililər (artırmalar) aşkar edilməmişdir. Lakin həmin mənzilə dair tərtib edilmiş “Texniki Pasport” sənədində qeyd olunan, uzunluğu 7.90 metr olan balkonun arakəsmə ilə iki hissəyə bölünməklə mətbəx və texniki otaq kimi istifadə olunduğu və İddiaçı İB-yə məxsus olan qaz xəttinin həmin tikilinin daxilindən keçdiyi müəyyən edilmişdir.
İşin faktiki halları.
8. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehin yaşadığı mənzildə açıq eyvanın daş hörgü ilə hörülərək onun balansında olan qaz xəttinin həmin daş hörgünün içərisinə salındığını iddia edir və bu səbəbdən həmin daş hörgünün cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülməsi və qaz xəttinin mühafizə zonasının əvvəlki vəziyyətə gətirilməsini tələb edir. İddiaçının tələbinin faktiki əsaslandırması ondan ibarətdir ki, qaz xəttinin qapalı məkanda qalması partlayış və yanğın riskini çoxaldır. İddiaçı tələbinin hüquqi əsaslandırmasında qeyd edilən məsələləri tənzimləyən sahəvi qanunvericilik normalarına əsaslanmışdır. Cavabdeh isə iddia tələbinə etiraz etmir, lakin hazırda maddi imkanı olmadığı üçün həmin tədbirləri həyata keçirə bilməyəcəyini bildirir. İş üzrə ekspertiza keçirilmiş və müəyyən edilmişdir ki, qaz xətti, eyvanın divarları hörülməklə, qapalı şəraitə salınıb.
9. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
10. AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” Həmin Qaydaların 2-ci maddəsinin 7-ci bəndinə əsasən, boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədilə mühafizə zonası təyin edilir. Həmin Qaydaların 2-ci maddəsinin 11-ci hissəsinin a bəndinə əsasən, Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; Həmin Qaydaların 2-ci maddəsinin 13-cü bəndinə əasən, boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir.
11. AR “Qaz təchizatı haqqında Qanun”.
Maddə 19.2 Mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilədə binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
14. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
15. Məhkəmə qeyd edir ki, hazırki iş materiallarında olan AR ƏN Məhkəmə Ekpsertizası Mərkəzinin 16 may 2024-cü il tarixli 3-16-16/2-10/9970 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, AB yaşayış massivi, bina 131 ünvanında yerləşən 1 saylı mənzildə həmin mənzilə dair tərtib edilmiş “Texniki Pasport” sənədində nəzərdə tutulmayan tikililər (artırmalar) aşkar edilməmişdir. Lakin həmin mənzilə dair tərtib edilmiş “Texniki Pasport” sənədində qeyd olunan, uzunluğu 7.90 metr olan balkonun arakəsmə ilə iki hissəyə bölünməklə mətbəx və texniki otaq kimi istifadə olunduğu və İddiaçı İB-yə məxsus olan qaz xəttinin həmin tikilinin daxilindən keçdiyi müəyyən edilmişdir.
16. Məhkəmə ekspert rəyinin mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Belə ki, təqdim edilmiş ekspert rəyindən aydın olur ki, cavabdehin yaşadığı qeyd olunan mənzilə dair Texniki Pasportda nəzərdə tutulmayan tikili inşa olunmasa belə, lakin iddiaçının balansında olan qaz xəttinin cavabdehin yaşadığı mənzilin balkonunda daş hörgünün içərisinə salındığı müəyyən edilmişdir. Cavabdeh tərəf özü də həmin halı təkzib etmir. Həmin hal, eyni zamada işin hallarından da öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik müddəalarından da göründüyü kimi, qaz kəmərlərinin mühafizə zonası təmin edilməli. Qanunvericilikdə bu mühafizə zonalarının pozulmasına gətirib çıxaran tikinti-quraşdırma işlərinin aparılmasının yolverilməzliyi nəzərdə tutumuşdur. İddiaçıya məxsus qaz xəttinin cavabdehə məxsus eyvanda qapalı şəraitdə qalması yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərinə ziddir. Məhkəmə bu baxımdan hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100.40 manat dövlət rüsumu cavabdeh Rəcəbı̇ Ələkbər Nadı̇ r oğlundan tutularaq iddiaçı "Azəriqaz" İBnin hesabına ödənilməli və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh Rəcəbı̇ Ələkbər Nadı̇ r oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, ünvan 3 ünvanında açıq eyvanda sonradan tikinti-quraşdırma işləri aparılaraq daş hörgü hörülməklə iddiaçının balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli, yerüstü qaz xəttinin 06 p/metr hissəsində qaz xəttinin mühafizə zonasında özbaşına tikilmiş eyvan divarları cavabdeh Rəcəbı̇ Ələkbər Nadı̇ r oğlunun hesabına əvəzi ödənilmədən sökülməli və qaz xəttinin mühafizə zonası bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılmalı və iş üzrə ödənilmiş 100.40 manat dövlət rüsumu cavabdeh Rəcəbı̇ Ələkbər Nadı̇ r oğlundan tutularaq iddiaçı "Azəriqaz" İB-nin hesabına ödənilməli və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh Rəcəbı̇ Ələkbər Nadı̇ r oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 3 ünvanında açıq eyvanda sonradan tikinti-quraşdırma işləri aparılaraq daş hörgü hörülməklə iddiaçının balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli, yerüstü qaz xəttinin 06 p/metr hissəsində qaz xəttinin mühafizə zonasında özbaşına tikilmiş eyvan divarları cavabdeh Rəcəbı̇ Ələkbər Nadı̇ r oğlunun hesabına əvəzi ödənilmədən sökülsün və qaz xəttinin mühafizə zonası bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılsın. İş üzrə ödənilmiş 100.40 manat dövlət rüsumu cavabdeh Rəcəbı̇ Ələkbər Nadı̇ r oğlundan tutularaq iddiaçı "Azəriqaz" İB-nin hesabına (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN : AZ50İBAZ ********************) ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh Rəcəbı̇ Ələkbər Nadı̇ r oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov