Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3368/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə Ərizəçi maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi.
1. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmaması faktının müəyyən edilməsi və onun üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri.
2. xx.xx.2006-cı ildə anadan olmuş bioloji X1 “F 73, çox ağır əqli gerilik dərin kəmağıllıcı, qulluq və müalicə tələb edən ciddi nitq, davranış və dayaq-hərəkət aparatının pozuntuları ilə pozuntusu kvadroplegik spastik serebrial iflic İQ-0 diaqnozu qoyulmuşdur. X1 xx.xx.2006-cı ildə anadan olmuşdur. Qeyd edilən xəstəlik anadan gəlmədir. Uzun müddət müalicə müəssisələrində müalicə alsa da, səhhətində heç bir irəliyiş olmamışdır. Hal-hazırda müalicə alır. AR-sı ƏƏSMN-yi Tibbi Sosial Eksepert Komissiyasında sonuncu müayinəyə dair arayışı əsasən oğluma 1 (bir) birinci dərəcəli əlillik verilmişdir. X12 X13 Uşaq nevroloji xəstəxanasının “epikrizindən” də görünür ki, psixi vəziyyətinə, yaddaş pozğunluğuna görə daim başqasının qulluğuna ehtiyacı vardır. Onu evdə tək qoymaq mümkün olmur. Gündən-günə vəziyyəti daha da kəskinləşir, ona qulluq etmək dözülməz hal alır. Hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarında deyil. Qızının xəstəliyi ilə əlaqədar köməksiz vəziyyətdə olduğuna görə onun daimi nəzarət altında olmaqla ilkin tibbi yardım olunmasına, kənar şəxsin köməyinə ehtiyacı vardır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.
4. Maraqlı şəxsin etibarnamə üzrə nümayəndəsi X9 ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi.
İş materialları.
5. AZ-İİ seriyalı, 545397 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında Ərizəçi qeyd olunmuşdur.
6. AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 F73 Çox ağır dərəcəli əqli gerilik, Dərin Kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq davranış və dayaq-hərəkət aparatının pozuntuları ilə pozuntusu kvadroplegik spastik serebral iflic. Xəstə xx.xx.2006-cı ildə X12 PHŞ-nin X4 müayinə olunub, 104 nömrəli Tibbi rəy almışdır. Müddətsiz əlildir.
7. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi AR MPM-nin 317-ci və 321-ci maddələrinə əsasən qəyyumun psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi və bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədə müvafiq olması bildirilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2024-cü il tarixli, 2450 №-li ekspert rəyində qeyd olunmuşdur ki, əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxsdə körpəlikdən serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda xeyli geri qalması, nitqi inkişaf etməməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, Bakı şəhər X4 müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinika şöbəsinin nevroloji və psixiatrik kabinetində qeydiyyatda olmaqla müalicələr qəbul etməsi, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2023-cü il tarixdə müayinə edilərək “F73 Çox ağır əqli gerilik, Dərin Kəmağıllıq, qulluq və müalicə mələb edən ciddi nitq. Davranış və dayaq-hərəkət aparatının pozuntuları ilə pozuntusu kvadroplegik spastik serebral iflic İQ-0” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, fizioloji ifrazatları ilə natəmiz olması, yeriməməsi, hər- hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə gedişatında dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir.
İşin faktiki halları.
9. İş materiallarında olan sənədlərə və rəyə əsasən xx.xx.2006-cı il təvəllüdlü X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 317. Ərizənin verilməsi 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin mövqeyi.
12. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir.
13. Belə ki, proses iştirakçılarının izahatından və iş materiallarından müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü X5 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Qanunvericiliyin tələblərinə görə bu hal şəxsin fəaliyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır. Ərizə qeyd olunan hissədə təmin edilməlidir.
14. Məhkəmə hesab edir ki, ərizə Ərizəçi xx.xx.2006-cı il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi hissəsində əsaslı deyildir. Belə ki, yuxarıda qeyd olunan AR MPMnin 311-ci maddəsindən görünür ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Bu baxımdan məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ərizəçinin övladı üzərində hazırki qətnamə əsasında qəyyum təyin edilməsi üçün əsasdır. Lakin, bununla belə məhkəmə bunu öhdəlik olaraq müvafiq icra hakimiyyətinin üzərinə qoya bilməz. Ərizəçi hazırkı qətnamə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.
Məhkəmə xərcləri.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
17. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və ərizə qalan hissədə təmin edilməməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.