Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-341/2022 18.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X15 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri və oğlu X10 ünvan 1 ünvanında birlikdə yaşayırlar. 13.05.2001-ci il təvəllüdlü oğlu X10 “Diplegik srastik serebral iflic, uşaq serebral iflici, tetraparatik forma psixo-mator inkişafın ləngiməsi ” diaqnozu ilə birinci qrup əlildir və müxtəlif vaxtlarda müalicə olunsa da nəticəsi olmamışdır. Oğluna əlillik müddətsiz təyin edilmişdir. Oğluna o baxır, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır, evdən küçəyə çıxa bilmir, belə ki, özünü idarə edə bilmir və hərəkətlərinə cavabdeh deyildir, hərəkətlərinin nəticəsini və mənasını anlamır. Oğluna ondan başqa baxan yoxdur. Belə ki, həyat yoldaşı rəhmətə gedib ona görə də uşağa tək özü baxır. O, oğlunun üzərində qəyyum təyin olunmaq məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayonu İcra Hakimiyyəti özünün Ə- 212 -099 nömrəli, 26.10.2021-ci il tarixli məktubu ilə oğlunun "fəaliyyət qabiliyyəti olmayan sayılması ilə bağlı" məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Odur ki, oğlu X15 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ekspert rəyi ilə razı olduğunu və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İ seriyalı 160968 nömrəli, 20.01.2001-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X11 13.05.2001-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 20 iyul 2001-ci il tarixdə 880 sayla qeyd edilmişdir. Ata qrafasında Əmirov Şaiq oğlu, ana qrafasında X2 qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 29.10.2021-ci il tarixli 2487 saylı verilmiş arayışa əsasən, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 26.10.2021-ci il tarixli Ə-272-099 məktuba əsasən, 13.05.2001-ci il təvəllüdlü övladı X11 üzərində qəyyum təyin edilməyi haqqında ərizəyə Suraxanı RİH yanında Qəyyumluq və Himayə Komissiyasında baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən verilən arayışa əsasən X10 müddətsiz İ qrup əlillik dərəcəsi verilmiş, kənar şəxsin qulluğuna ehtiyacı vardır. İş materiallarında olan 30 nömrəli Ambulatoriya tərəfindən verilmiş ambulator kartadan çıxarışa əsasən, X1 rayonu, Zığ qəsəbəsi 30 nömrəli Ambulatoriyada dispanser qeydiyyatdadır, 1-ci qrup əlildir. DZ: “Anadangəlmə uşaq Serebral İflici” Mütəmadi olaraq ambulator şəraitdə müalicə alır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 06 yanvar 2022-ci il tarixli, 30 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, X9 dərin əqli gerilik uşaq serebral iflici nəticəsində (f73) aşkar olunur. Bunu anamnestik məlumatlar - psixi inkişafda nəticəsində (f73) aşkar olunur. Bunu anamnestik məlumatlar - psixi inkişafda geri qalması, kobud nevroloji əlamətlərin qeyd edilməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X3, X13 müalicədə olması, Zığ qəsəbəsi 30 nömrəli ambulatoriyada dispanser qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X14 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 13.05.2001-ci il tarixdə anadan olmuş X4 hazırda hansı psixi xəstəlik aşkar olunur? Cavab: X7 dərin əqli gerilik uşaq serebral iflici nəticəsində aşkar olunur. 2-ci sual: X10 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərini idarə edə bilirmi? Cavab: X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. 3-cü sual: X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilərmi Cavab: X10 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə məhkəmə hesab edir ki, vətəndaş 13.05.2001-ci il təvəllüdlü oğlu X5 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 13 noyabr 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X10 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-341/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-341/2022
18.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver