Məhkəmə qərarları › İş №2(010)-345/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-345/2023

09.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-345/2023 09.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (3-cü şəxs Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal İdarəsi və 3 saylı Bakı “Asan Kommunal” Mərkəzi) qarşı “fərdi yaşayış evinin su ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (3-cü şəxs Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal İdarəsi və 3 saylı Bakı “Asan Kommunal” Mərkəzi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin su ilə təmin edilməsi öhdəliyinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ASC-yə yazılı şəkildə müraciət etmiş və iddiaçıya cavab olaraq bildirilmişdir ki, su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması nəzərdə tutulan tikinti obyektinin ünvanını və müvafiq sənədlərin surətlərini təqdim etməklə “Asan xidmət” və ya “ASAN kommunal” mərkəzlərinə müraciət etdikdən sonra Texniki Şərtlərin hazırlanması məsələsinə baxılacaqdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. 3-cü şəxs 3 saylı Bakı “Asan Kommunal” Mərkəzinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Mərkəzin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Mərkəzin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının Texniki Şərltərin verilməsi barədə daxil olmuş elektron müraciətinə Cavabdeh Açıq Səhmdar Cəmiyyətində baxılmış və müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.10.1-ci (fiziki şəxsin adı, atasının adı, şəxsiyyət vəsiqəsi barədə məlumatlar) və 2.10.2-ci bəndinin tələblərinə (sifarişçinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması nəzərdə tutulan tikinti obyektinin ünvanı) uyğun olaraq müvafiq sənədlərin surətlərini təqdim etməklə “ASAN xidmət” və ya “ASAN kommunal” mərkəzlərinə müraciət etdikdən sonra Texniki Şərtlərin hazırlanması məsələsinə baxılacaqdır. Məhkəmə qeyd edir ki, “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 may 2016-cı il tarixli 890 nömrəli Fərmanının 2-ci bəndinə əsasən “ASAN Kommunal” mərkəzləri aşağıdakıları təmin edir: 2.1. kommunal və digər müştəri xidmətlərinin həyata keçirilməsini; 2.2. göstərilən xidmətlərin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə təşkilini, xidmətlərin təkmilləşdirilməsi məqsədilə innovasiyaların tətbiq edilməsini; 2.3. vətəndaşların telefon və ya internet müraciətlərinin “Çağrı xidməti” vasitəsilə qəbulu və cavablandırılmasını. Həmin Fərmanın 3-cü bəndində göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi fiziki və hüquqi şəxslərə xidmət göstərilməsi sahəsində olan xidmətlərinin “ASAN Kommunal” mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün tədbirlər görsünlər. Göründüyü kimi, Fərmanla Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan xidmətlərin, o cümlədən fərdi yaşayış evinin su ilə təmin edilməsi xidmətinin “ASAN Kommunal” mərkəzlərində həyata keçirilməsi tapşırılmışdır. Hazırkı işdə iddia tələbinin əsasını təşkil edən iddiaçının iddia ərizəsində qeyd etdiyi yaşayış evinə münasibətdə su ilə təchiz edilmə tələbi ilə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə müraciət etməsi müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İddiaçı izah olunsun ki, onun iddia ərizəsində qeyd etdiyi fərdi yaşayış evinin su ilə təmin edilməsi tələbi ilə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (3-cü şəxs Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal İdarəsi və 3 saylı Bakı “Asan Kommunal” Mərkəzi) qarşı “fərdi yaşayış evinin su ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, onun iddia ərizəsində qeyd etdiyi fərdi yaşayış evinin su ilə təmin edilməsi tələbi ilə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sərdlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar