Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3455/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək bildirmişdir ki, onun Maraqlı şəxs ilə xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 197 nömrəli qeydlə rəsmləşdirilmiş nikahından xx.xx.2017-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Mediasiya prosesi nəticəsində aralarında imzalanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinə əsasən, tərəflər, aralarında olan məsələlərin, o cümlədən nikahın pozulması, uşağın ananın yanında qalması v.s. qarşılıqlı həlli barədə razılığa gəlmişlər. Tərəflər arasında Mediasiya prosesi nəticəsində imzalanmış Barışıq sazişi əsasında, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1854/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulmasına dair” iddiası qismən təmin edilmiş, onlar arasında xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 197 nömrəli qeydlə rəsmləşdirilmiş nikahın pozulması qət edilmişdir. Lakin, maraqlı şəxs Əhmədov X2 şərtlərini yerinə yetirməmişdir. Belə ki, Mediasiya prosesi nəticəsində onlar arasında imzalanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinə əsasən, onlar övladları xx.xx.2017-ci il təvəllüdlü X1 üçün onun xeyrinə hər ay 193 manat aliment ödənilməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs bu şərtləri yerinə yetirməmişdir. Bu səbəbdən də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, o bu müddət ərzində azyaşlı övladı ilə ünsiyyətdə ola bilməmiş və görüşə bilməmişdir. Hətta onun telefon nömrəsi blok olunduğundan o uşaqla əlaqə yarada bilməmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: “2.1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan 5 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə, Nikahın bağlanması haqqında akt qeydləri kitabında 197 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar; 2.2 X8 Tərəfə övladı xx.xx.2017-ci il doğum tarixli X5 ilə həftə sonları günün saat 09:00-18:00 dək olan vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq; 2.3 X9 Tərəfə xx.xx.2022-ci il tarixdən başlayaraq övladı xx.xx.2017-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək, hər ayın 28-nə qədər 193 (yüz doxsan üç) azn sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür; 2.4 İkinci Tərəf övladı xx.xx.2017-ci il doğum tarixli X3 Birinci Tərəfin himayəsində qalmasına etiraz etmir.” Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1854/2022 saylı qətnaməsindən görünür ki, bu qətnamə ilə iddia təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 197 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə nikahın pozulması, uşağın tərəflərdən hansının yanında qalması, aliment ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə ki, sazişlə müəyyən edilmişdir ki, hər iki tərəf nikahın pozulmasına razıdır və bununla bağlı məhkəməyə müraciət edəcəklər. Həmçinin, müəyyən edilmişdir ki, birgə nikahdan doğulmuş uşaq anasının yanında qalacaq və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan aliment tutulacaqdır. Bundan sonra, bağlanmış sazişə uyğun olaraq, Ərizəçi Maraqlı şəxs ilə olan nikahının pozulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Son olaraq, məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir”. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan 5 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə, Nikahın bağlanması haqqında akt qeydləri kitabında 197 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar; X8 Tərəfə övladı xx.xx.2017-ci il doğum tarixli X5 ilə həftə sonları günün saat 09:00- 18:00 dək olan vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq; X9 Tərəfə xx.xx.2022-ci il tarixdən başlayaraq övladı xx.xx.2017-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək, hər ayın 28-nə qədər 193 (yüz doxsan üç) azn sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür; İkinci Tərəf övladı xx.xx.2017-ci il doğum tarixli X3 Birinci Tərəfin himayəsində qalmasına etiraz etmir.” Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq, Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3455/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3455/2022
13.07.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver