Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3471/2022 03.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İdarəsi tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 1764 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Hövsan qəsəbəsi Dədəqorqut kəndində isə 85 85 yaşlı atası yaşayır. Bu yaxınlarda məlum olmuşdur ki, cavabdeh tərəfindən atasının yaşadığı evə onun adına 1764 manat sayğacdankənar qazdan istifadəyə görə borc yazılmışdır. Bununla maraqlandıqda isə cavabdeh tərəfindən ona bir neçə akt təqdim edilmişdir. Həmin evdə 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayının 13 nə qədər sayğacdan kənar istifadəı edilmişdir, lakin bunun səbəbi o olmuşdur ki, cavabdehin əməkdaşı evə sayğac quraşdırmaq adı ilə onun atasından 350 manat pul alsa da, sayğac əvəzinə evini qanunsuz qaz xəttinə qoşmuşdur. Lakin həmin evdə yalnız 4 gözlü qaz sobası və qış aylarında istifadə olunan kiçik bir soba mövcüd olsa da, cavabdehlərin tərtib etdikləri aktlarda evdə gecə-gündüz su qızdırıcısı, həm də radiatordan istifadə etməsi əks etdirilmişdir. Evə sayğac quraşdırıldıqdan sonra qaz sərfiyatı 2021-cilin dekabr ayının 1dən 2022-cilin fevral ayının 15-nə qədər 64,80 manat fevralın 15-dən mart ayının 11-nə kimi 25 manat, mart ayınıln 11-dən aprel ayının 11-nə kimi 20,60 manat, aprelin 11-dən iyunun 2 isə 5,10 manat olmuşdur. Belə olan halda 16 kvadrat metr olan evə bir ayda 756 manat hesablanması mümkün ola bilməzdi. Cavabdeh hesablamalarının hüquqi əsaslarını bildirməmiş və sübuta yetirə bilməmişdir. Qaz paylayacısının heç bir halda qaz sayğacdan kənarhesablanmış borcun birbaşa və məcburi qaydada ödənilməsi vəzifəsi nəzərə tutulmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edib iddia ərizəsində qeyd edilən xüsusatları təsdiq edərək izahatında həmçinin bildirdi ki, iddiaçının adına olan 16 kvadrat metr sahəsi olan evdə özü yaşamışdır. O, Cavabdeh QSC dəfələrlə evə sayğac quraşdırılması ilə bağlı müraciət etsə də, bunun nəticəsi olmamışdır. Bundan sonra həmin qurumun Bəbir adlı nümayəndəsi sayğac quraşdırmaq adı ilə ondan 350 manat məbləğində pul almış, lakin bunun nəticəsində sayğac deyil, kənar qaz xəttinə qoşulmuşdur. Lakin bu cəmi dörd ay – 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayının 13 qədər davam etmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 oxşar məzmunlu izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçınının nümayəndələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsən qəsəbəsi, Dədəqorqut kəndində yerləşən İddiaçı aid abonentin saldosu və aktlardan görünür ki, 30 yanvar 2020-ci il tarixli ******* saylı akta görə 756 manat, 28 fevral 2020-ci il tarixli ******* saylı akta görə 144 manat, 30 dekabr 2020-ci il tarixli ******* saylı akta görə 756 manat, 29 yanvar 2021-ci il tarixli ******* saylı akta görə 144 manat, 26 fevral 2021-ci il tarixli 94304 saylı akt əsasında 144 manat, cəmi aktlara əsasən 1764 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, cavabdeh iddiaçının kənar xəttə qoşulduğu üçün aktlar əsasında 1764 manat borc hesablandığını iddia edir. Məhkəmə tərəfindən müəyyən edilir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktlar iddiaçının iştirakı olmadan tərtib edilmiş, aktların surətləri onlara təqdim edilməmiş, bununla da qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. “Qaz təchizatı haqqında” qanunun 3.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmiş, istehlakçı həmin aktla tanış edilməmiş və akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar Həmin qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıya 2020-ci ilin yanvar ayına görə 756 manat, 2020-ci il in fevral ayına görə 144 manat, 2020-ci ilin noyabr ayına görə 432 manat, yəni 1332 manat hesablanması əsassızdır və sübuta yetirilmir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir. Lakin iddiaçı qaz xəttinə sayğacdan kənar qoşulmuş olduğunu etiraf etmiş, bunun yalnız 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayına kimi yol verdiyini bildirmişdir. Belə olan halda Cavabdeh tərəfindən iddiaçıya verilmiş və sonuncu tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillər özü-özlüyündə bu fotoşəkillərin aktlar tərtib olunduğu vaxt çəkilməsini müəyyən etmir və göstərdiyi əsaslarla iddiaçıdan mübahisələndirdiyi dövr üçün 1764 manat məbləğdə qanunsuz qoşulma nəticəsində pulun tutulması yolverilən hesab edilə bilməz. Bununla belə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilməsinə dair müddəlarını nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh İB-nin əməkdaşlarının iddiaçının təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmiş olduğuna dair tərtib etdikləri aktlar qanunvericiliyin tələblərinə tam cavab verməsə də (cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunduqları üçün), göstərilən hallara cavabdehin etirafı kontekstində yanaşılmalı, cavabdehin, aktları mübahisələndirmədiyi və həmin aktların qüvvədə olması nəzərə alınmaqla aktlar əsasında hesablanmış məbləğlər (144+144+144=432 manat) hissədə iddia əsassız olduğuna görə təmin edilməməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və İddiaçı hesablanmış 1332 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsən qəsəbəsi Dədəqorqud kəndində olan ünvanına (abonent kodu:**********00035) hesablanmış 1332 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qalan hissədə iddia təmin edilməsin Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-3471/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3471/2022
03.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver