Məhkəmə qərarları › İş №2(010)-3473/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3473/2022

07.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3473/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədi nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, “*988-ci il tarixdən *992-ci il tarixədək Sədərəyin müdafiəsində (Müharibə zonasında qulluq etməyi) iştirak etməyi faktının müəyyən edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbi ilə deyil,mövcüd olduğu sənədlər əsasında ona “Müharibə veteranı” statusu verilməsindən imtina edilməsindən eşikayət edir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.0 və 2.0.*.-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2. və 2.2.2-ci maddələrinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd etməyi lazım bilir ki, hazırki halda Ərizəçi həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.*-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin *53.2 və *53.2.*-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *53-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” barədə ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə inzibati məhkəmə icraatı qaydasında müraciət etmək hüququ izah edilsin. Qərardaddan *0 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar