Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-348/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İHB-nın Qəyyumluq və Himayə Orqanı) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İHB-nın Qəyyumluq və Himayə Orqanı) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16.01.1992-ci il təvəllüdlü qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, onun qızı AR ƏƏSMN-nin 16 saylı Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 № 374893 saylı 25.10.2007-ci il tarixli arayışına əsasən, X5 “debillik dərəcəsində ağıl zəifliyi, göz bəbəklərinə nistaqm” (anadangəlmə) diaqnozu ilə müddətsiz İİ qrup əlillik dərəcəsi verilmişdir. Bakı ŞBSİ-nin Suraxanı rayonunun 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının 28.10.2021-ci il tarixli arayışı ilə X5 həmin xəstəxanada İİ qrup əlil kimi “debillik dərəcəsində ağıl zəifliyi, göz bəbəklərinə nistaqm” diaqnozu ilə dispanser qeydiyyatında olması faktı təsdiqlənir. A.İsmayılova anadangəlmə ruhi xəstədir, bu əsasdan o, öz hərəkətlərinin mənası anlamır və onları idarə etmək iqtidarında deyildir. A.İsmayılova üzərində qəyyum təyin edilməsi barədə müvafiq ərizə ilə Suraxanı rayonun İHB-ə müraciət etmiş və həmin idarə İ-141-093 saylı 25.10.2021-ci il tarixli məktubu ilə xahişimi təmin etməmişdir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasına məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Qazax rayon Qaymaqlı kənd sovti tərəfindən 10.09.1990-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X3 ilə Ərizəçi arasında nikah 10.09.1990cı ildə bağlanmışdır. Oazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.11.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 16.01.1992-ci ildə doğulmuş və valideynləri X11 oğlu və Ərizəçidır. SER TSE-01 seriyalı 374893 saylı arayışından müəyyən olunur ki, 16.01.1992-ci il təvəllüdlü X7 ikinci dərəcəli əlildir. 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının 28.10.2021-ci il tarixl məktubundan görünür ki, Əmircan qəsəbəsi Yat.Nl T.Bayram küçəsində yaşayan, 1992-ci il təvəllüdlü X8 İİ-qrup əlildir. “Debillik dərəcəsində ağıl zəifliyi, göz bəbəklərinə nistaqm ” diaqnozu ilə dispanser qeydiyyatdadır. Suraxanı rayon İcra Hakimiyyətinin 25.10.202-ci il tarixli Ərizəçi qızına ünvanladığı məktubundan müəyyən olunur ki, 05.07.1990-cı il təvəllüdlü X9 və 16.01.1992-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 08.02.2022-ci il tarixli 320 saylı rəyindən görünür ki, X4 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - körpəlikdən nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafda xeyli geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X1 privat qaydada müalicədə olması, 13 saylı Birləşmiş Şəhər Xəstəxanasında “Debilllik dərəcəsində ağıl zəifliyi, göz bəbəklərində nistaqm” diaqnozu ilə dispanser qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. X4 ağır dərəcəli əqli gerilik aşkar olunur. X4 qeyd olunan əqli gerilik ağır dərəcəli kimi qiymətləndirilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək, onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 psixi vəziyyətinə görə iş üzrə izahat verməsi mümkün olmadığından onun məhkəmə iclasına gəlməsi məqsədəmüvafıq deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 16.01.1992-ci il təvəllüdlü X7 qızı Ərizəçi qızıdır. Ərizəçinin qızı X4 ağır dərəcəli əqli gerilik (F72) aşkar olunur. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 16.01.1992-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16.01.1992-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-348/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-348/2022
28.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver