Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3505/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Arı̇ f oğlunun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Arı̇ f oğlunun Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 10 saylı Notariat ofisi, X9 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2020-ci il tarixli, 3M-110 reyestr nömrəli Miras payının bağışlanması haqda müqavilənin etibarsız hesab olunması və onun hüquqi nəticələrinin ləğv edilməsi. İddia tələbinin dəlilləri İddiaçı xx.xx.1991-ci il tarixdə vəfat etmiş babası X5 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi miras əmlakı olaraq qalmışdır. xx.xx.2020-ci il tarixdə həmin fərdi yaşayış evinə 10 saylı notariat kontorunda reyestrdə 2V-125 nömrəsi ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik haqda Şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş 39oz/y saylı reyestr kitabının 6016-cı səhifəsində 30/6016 sayı ilə qeydə alınmış MH 105231 saylı Qeydiyyat vəsiqəsinə və AR ƏMDK DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 06A4/894 saylı Arayışa əsasən mərhum X10 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsində yerləşən ümumi sahəsi 60,2 kv.m, o cümlədən yaşayış sahəsi 36.9 kv.m., yardımçı sahəsi 23.3 kv.m olan 3 (üç) otaqlı 1 saylı fərdi yaşayış evindən və ümumi sahəsi 55.8 kv.m olan həyətyanı tikililərdən ibarət olmuşdur. Həmin Şəhadətnamə üzrə qeyd olunan miras əmlakında cavabdeh bibisi Cavabdeh payı 1/2 hissədə, atası X12 vəfat etdiyi üçün ona çatası 1/2 payın 1/4 hissəsində iddiaçının, 1/4 hissəsində isə bacısı X4 payı müəyyən olunmuşdur. Notariat ofisində vərəsəlik işi rəsmiləşdirilən gün bibisi iddiaçını razılığa gətirdi ki, evə bir Çıxarış alaq satanda da rahat olsun ki, hər kəs öz payını deyil bir əldən satsınlar. Təbii ki, paylı mülkiyyətdə olan əmlakı almaqda hər kəs maraqlı olmadığı üçün belə bir qərar vermişlər. Elə həmin gün notariat ofisində bibisi ilə iddiaçıya məxsus payın bibisinə bağışlamaq müqabilində gələcəkdə ev satıldıqdan sonra iddiaçının payına düşən hissədəki məbləğdə iddiaçıya ev alınması, bu olmadıqda həmin paya müvafiq satış məbləğinin iddiaçıya ödənilməsi, yaxın müddətdə ev satılmadıqda isə payının iddiaçıya geri qaytarması barədə razılığa gəlmişdir. Evi tezliklə satdıqdan sonra isə payının dəyərində ya iddiaçıya ayrıca ev alınsın, ya da payına uyğun pul verilsin. Lakin artıq 3 ildən çox vaxt keçməyinə baxmayaraq bibisi tərəfindən nə evin satılması, nə də payının iddiaçıya geri qaytarılması baş verməmişdir. İddiaçı dəfələrlə bibi ilə əlaqə saxlamağa çalışsa da təəssüf ki, onunla görüşməsi mümkün olmamışdır. Bu günlərdə isə iddiaçı məlum olmuşdur ki, bibisi bacı ilə razılığa gəlmək, evin onların ikisinin arasında natura bölgüsünə nail olmaq niyyətindədir. İddiaçı olduqca ağır maddi vəziyyətdə yaşayan bir insandır. İddiaçı bu evdə illərdir yaşayır, bu ev iddiaçının baba, ata evidir. İddiaçının bu evdən başqa heç bir evi, başqa əmlakı olmamışdır. Tərəflərin izahatları İddiaçı Arı̇ f oğlunun izahatı: - O, həmin zaman bağışlanma olmasını bilməmişdir. Ona çıxarış adına olacağı deyilmişdi. Elə bilirdi ki, etibarnamə verir və bibisi böyük kimi ona kömək edəcək. İddiaçı Arı̇ f oğlunun nümayəndəsi (vəkili) Vəkil izahatı: - Notariat işindən müəyyən olunmuşdur ki, Cavabdeh məhz qardaşı uşaqları Ruslan və Yelenanın razılığından sonra vərəsəlik şəhadətnaməsinə yazılmışdır. Əksini düşünsək əgər Ruslan və Yelenanın razılığı olmasaydı Cavabdeh ümumiyyətlə miras əmlakda payı olmayacaqdı və yaxud mirasın qəbulu ilə bağlı məhkəmə mübahisələrindən sonra ola bilərdi. İddiaçının izahatından da göründüyü kimi iddiaçı nəinki hüquqi savadı, ümumiyyətlə heç bir savadı olmayan və olduqca ağır maddi çətinlik içərisində yaşayan bir şəxsdir. Yəni heç bir savadı olmayan iddiaçı üçün bağladığı müqavilənin, sənədin adının hansı formada ifadə olunması deyil əsas niyyətidir ki, öz əmlakını hansı məqsədlə, niyyətlə cavabdehə verir və cavabdeh bunun müqabilində ona (iddiaçıya) hansı əvəzi verəcəkdir. Cavabdeh özü isə bunu dəfələrlə etiraf edir ki, bu müqaviləni bağlamaqda məqsəd Ruslanın ona öz payını bağışlamaq olmamışdır. Belə ki, iclasların birində hakim cavabdehə sual verir: “Niyə bu şəxs əmlakını sizə bağışladı və ya bağışlamalı idi?” Cavabdeh cavab verir ki: “mən orda dedim ki, əgər biz bir yerdə yaşaya bilməyəcəyiksə gəlin o zaman əmlakı sataq” (esli mı ne smojem jit vmeste davayte prodadim”). Ruslan da buna görə də payını (evi) mənə verdi.” Həmçinin məhkəməyə təqdim olunmuş cavabdehin səs yazısında cavabdeh həmin əmlakda digər payçı olan Yelena Hüseynovaya (İddiaçının bacısıdır) bildirir: “Mən 3 variant təklif edirəm 1-ci biz evi birlikdə satırıq, mən Ruslanın payını verirəm (qaytarıram) hansı ki, o mənə vermişdi, bu (pay nəzərdə tutulur) mənə lazım deyil. 2-ci mən öz payımı ayırıram. 3-cü məhkəməyə müraciət edirəm və bu zaman sizin razılığınız və qərarınız lazım olmayacaq, qərar verin, sonra deməyin ki, mən sizi xəbərdar etmədim”. Bu səs yazısından da o fikir aydın olur ki, cavabdeh hələ də Ruslanı həmin payın sahibi hesab edir“ siz bu evlə nə etmək qərarındasız? Nə etmək istəyirsiz? siz bilərsiz, bu sizin işinizdir, necə istəyirsiz elə də həll edin, özünüz qərar verin kimi ifadələr bunun bariz nümunəsidir. Cavabdehin izahatlarından, iş materiallarındakı səs yazısından da aydın olur ki, Ruslan öz payını cavabdehə paylarını birləşdirib satmaq və iddiaçıya ev alınması, bu mümkün olmadıqda isə payının geri qaytarılması məqsədilə vermişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh suala cavab olaraq bildirir: “mən bu payı ona görə qaytarmayacam ki, onu Ruslanın əlindən alacaqlar, o avaradır, əmlak ona qalmayacaq, satacaq, satıb içkiyə verəcək”. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh deyir: “mənim oğlum da nəvədir (moy sın toje vnuk) mən orada (mübahisəli pay nəzərdə tutulur) ev tikmək istəyirəm.”. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Nəsimi rayon məhkəməsində iclas protokolunda qeyd olunanlar səsləndirilmişdir. Orada da cavabdehin izahatından məlum olur ki, cavabdeh özünün və mübahisəli pay sahəsində ev tikmək istəyir. Yəni göründüyü kimi cavabdeh iddiaçının payına dair müqavilə bağlananda aralarında olan razılaşmadan, niyyətdən fərqli olaraq payların birlikdə satılıb iddiaçıya ayrıca ev alınmasından açıqdan-açığa imtina edir. Cavabdeh artıq həmin sahədə ev tikdirmək niyyətini həm Nəsimi rayon məhkəməsində, həm bu işin gedişində açıq bildirmişdir. Bundan başqa məhkəmə iclaslarında dəfələrlə cavabdehə təklif olunmuşdur ki, özünün də dəfələrlə dediyi kimi Ruslanın payını satıb Ruslana ev almaq və ya səs yazısında bildirdiyi kimi Ruslanın payını qaytarmaq niyyətindədirsə o zaman elə məhkəmədə cavabdeh, iddiaçı və digər payın sahibi Yelena (Ruslanın bacısı) arasında bütöv əmlakın satılması və Ruslanın da payına düşən hissədə pul verilməsi, ev alınması və s. barədə Saziş bağlansın. Lakin cavabdeh buna qəti etiraz etmişdir. Cavabdeh məhkəmə iclaslarında dəfələrlə bildirib ki, “mən ona dedim mən ona ev alacam”. Göründüyü kimi iddiaçının məqsədi yeganə əmlakı olan miras payını bağışlamaq və bununla da həmin payla bütün bağlılığını itirmək deyil, əksinə məhz bu payın müqabilində gələcəkdə əmlak sahibi olmaq olmuşdur. Cavabdehin özü dəfələrlə bildirdirmişdir ki, Ruslan olduqca ağır maddi vəziyyətdədir (“Ruslan adamlardan 20 qəpik dilənir, acından ölür və s. ifadələr”) Bağışlama adı ilə bağlanan müqavilə əslində istər görünüş üçün bağlanan əqd, istərsə yalan əqd, uydurma əqd və s. adlandırılmasından asılı olmayaraq hər bir halda əhəmiyyətsiz əqddir. Hesab edir ki, əqdin etibarsızlığının növü yalnız müqavilə tərəflərin niyyətinə və işin həqiqi hallarına uyğun müəyyən edilməlidir. Bağışlama müqaviləsi əvəzsiz bağlanan müqavilə olmaqla, mənəvi dəyərlərə malik müqavilədir. Ona görə ki, müqavilə tərəfi kimi hədiyyə verən öz əmlakını digər şəxsə - hədiyyə alana verməklə onu zənginləşdirir, bunun müqabilində isə özü üçün heç bir əvəz almır. Hazırkı işə münasibətdə isə cavabdehin özünün də bildirdiyi kimi “Ruslan adamların qarşında əl açıb 20 qəpik dilənirsə” o zaman hansı səbəbdən dünyaya gəldiyi gündən bu günədək heç bir əmlakı olmayan şəxs (iddiaçı) babasından qalma ¼ hissədə yeganə miras əmlakını cavabdehə niyə bağışlasın? Niyə başqasını zənginləşdirsin? Əslində bu suala yuxarıda da qeyd olduğu kimi cavabdehin özü tərəfindən çox aydın surətdə cavab verilmişdir və həmin cavabdan da aydın görünür ki, məqsəd birləşib əmlakı bir əldən satmaq, hər kəsin payını (ev almaq və ya pul şəklində) onun miras payına mütənasib özünə qaytarmaq olmuşdur. Göründüyü kimi hazırkı işdə müqavilənin motivi iddiaçının məqsədi cavabdehi zənginləşdirmək olmayıb, əksinə hər ikisinin niyyəti payın bir əldən yəni bir nəfərin adına Çıxarış almaqla satılması, iddiaçının payına müvafiq məbləğdə ona ev alınması olmuşdur. Hazırkı mübahisəyə münasibətdə əmlakı verənin məqsədi əmlakını bağışlamaq olmadığı kimi əmlak alanın da məqsədi iddiaçının payını alıb zənginləşmək olmamışdır. Əks halda səs yazısında da cavabdehin dediyi kimi “satıb Ruslanın payını qaytaracam, o mənə lazım deyil” bildirilməzdi. Halbuki bağışlama müqaviləsi heç bir cavab xidməti ilə şərtləndirilmir. Yəni hər iki tərəfin niyyətinin bağışlama olmadığı cavabdehin özünün də izahatları və digər sübutlarla aydın olur. Cavabdehin izahatları bir yerdə yaşaya bilməyəcəklərinə görə əmlakın satılmasını təklif etməsi, bundan sonra Ruslanın gələcəkdə ona ev alınacağı, bu mümkün olmadıqda payına uyğun məbləğ veriləcəyi müqabilində öz payını ona verməsi elə cavabdehin özünün səs yazısı ilə təsdiq olunur. Cavabdeh məhkəmə iclaslarında da dəfələrlə demişdir ki, mən onu (Ruslanı) evsiz qoymaram. Əgər pay həqiqətən bağışlanmış olsaydı cavabdeh özünü iddiaçının evsiz, paysız qalmağında borclu kimi hiss etməzdi. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh izahatı: - O, iddianı qəbul etmir. İddia ərizəsi düz yazılmayıb, guya Ruslan onu axtarırdı və tapa bilmirdi. Bu elə deyil. Özü miras bölgüsünə daxil olanda, onların hamısı orada idi – özü və onun bacısı. O, heç kimdən bunu xahiş etməmiş, lakin Ruslan ondan notariusa birlikdə getməyi xahiş etmişdir. Çünki qorxurdu ki, bacısı onu aldadacaq. Onlar birlikdə notariusa getmiş və bu sənədi imzalamışlar. Sonra o, Ruslanı müalicə etmişdir. Sonra Ruslan həbsxanaya düşdü. Ruslan çox pis həyat tərzi yaşayır. 2 il türmədə olub. Mart ayında onun həbsxanadan çıxmasının 2 ili tamam olacaq. Ruslan həbsxanada olanda, ona pul və yemək aparırdı. Ruslan tutulmamışdan qabaq evi ona bağışlayıb. Onlar notariusa gedəndə notarius Ruslandan dəfələrlə soruşdu və o, bağışlanma müqaviləsi imzaladığını başa düşdüyünü bildirdi. Həmin evi pis günə qoyublar. Özünün həmin evi saxlamağa maddi imkanı çatmır. O, dəfələrlə Ruslan və Yelenaya demişdir ki, gəlsinlər, birlikdə söhbət edilsin. Əgər onlar bir evdə yaşaya bilmirlərsə, evi satsınlar, hər kəs öz payını götürsün. Türmədən çıxandan sonra Ruslan bacısının təsiri altına düşüb, onunla əlaqə saxlaya bilmir. Ruslan bacısından qorxur. Özü Yelenaya zəng edir, cavab vermirlər, sms yazır, yenə də cavab vermirlər. Ata evini satmaq üçun onlarla danışığa girə bilmir. Məcbur olub payı naturada ayırmağa. O, Ruslana demişdir ki, gələcəkdə həmin yerdə ev tiksə də, satıb başqa ev alsa da, Ruslan onunla qalacaq, ya da evi satdığı halda ona düşən payı verər. İstənilən halda o, çöldə qalmayacaq. Keçən dəfə Ruslan və Yelena onu evə buraxmamaq üçun dəmir darvazanı qaynaqla bərkitmişdilər. Evə daxil olmaq üçun o, qıfılları sındırmalı olur. Hər ay Yelena 1-2 gün evə gəlir, dostlarını başına yığır və onlar içirlər, çəkirlər. Bütün qonşular şikayət edirlər. O, məcbur qalıb Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət etdi, buna səbəb isə o idi ki, orada onun miras payı haqqında qərar verilməsi zəruri idi. O, istəyir ki, ona aid olan əraziyə girmək üçün ayrıca giriş təmin etsinlər. Hər dəfə qıfılı sındırmağa məcbur olur. Notarius onlara başa salanda, Ruslan dedi ki, özü payını bibisinə vermək istəyir. “Mən onunla bir yerdə qalacam” demişdir. O, Ruslanı məcbur eləmədi. Ruslan sadəcə qorxurdu ki, Yelena onun payını götürəcək, o qalacaq küçədə. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatı: - O, həmin vaxtı notariusa bibisi ilə gedəndə razılıq vermək istəməmişdir. Belə ki, o, torpağın satılmasını istəmirdi. Ruslandan heç xəbəri yoxdur. Bağışlanma olan zaman onunla Ruslanın münasibətləri yaxşı deyildi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 10 saylı Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə iclasa gəlməyən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 10 saylı Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1991-ci il tarixdə vəfat etmiş X8 əmlakının 1/2 hissəsinə vərəsə Bakı şəh., B. Səfəroğlu küç., ev 136, mən. 14-də qeydiyyatda olan qızı- Cavabdehdır. 2. 1/2 hissəsinə isə vərəsəsi oğlu- X12 idi, lakin onun xx.xx.2009-cu il tarixdə vəfat etməsi ilə əlaqədar qanuni mirasın 1/4 hissəsi - Bakı şəh., Suraxanı ray, Əmircan qəs., Həmid Axundlu küç., ev 1-də qeydiyyatda olan qızı- X6 2. 1/4 hissəsi - Bakı şəh, Suraxanı ray, Əmircan qəs. Həmid Axundlu küç, ev 1-də qeydiyyatda olan oğlu- İddiaçı keçir. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş 39oz/y saylı reyestr kitabının 6016-cı səhifəsində 30/6016 sayı ilə qeydə alınmış seriya MH 105231 saylı Qeydiyyat Vəsiqəsinə və AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tər. xx.xx.2020-ci il tar. ver. 06A4/894 saylı Arayışa əsasən mərhum X10 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundlu küçəsində yerləşən ümumi sahəsi 60.2 kv.m, o cümlədən yaşayış sahəsi 36.9 kv.m, yardımçı sahəsi 23.3 kv.m. olan 3 (üç) otaqlı 1 saylı fərdi yaşayış evindən və ümumi sahəsi 55.8 kv.m. olan həyətyanı tikililərdən ibarətdir. Suraxanı rayon İHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üxrə nümayəndəliyinin arayışından görünür ki, mərhum X13 həqiqətən xx.xx.1947-ci il tarixdən vəfatına kimi (xx.xx.1991- ci il) Əmircan qəsəbəsi, Həmid Axundlu (keçmiş Şaumyam) küçəsi ev 1 ünvanında qeydiyyatda olub. Onunla birgə bu ünvanda həyat yoldaşı X2 xx.xx.1950-ci il tarixdən vəfatına kimi (xx.xx.1983-cü il) qeydiyyatda olub. Onların birgə nikahdan bu övladları olub: oğlu - X14 o. - xx.xx.1997-ci il tarixdə vəfat edib, qeydiyyatdan çıxarılıb. qızı - X3 - xx.xx.1968-ci il tarixdə qeydiyyatdan çıxıb, xx.xx.2018-ci il tarixdə vəfat edib. qızı - Cavabdeh q. - xx.xx.1987-ci il tarixdə qeydiyyatdan çıxıb. oğlu - X15 o. - xx.xx.2009-cu il tarixdə vəfat edib, qeydiyyatdan çıxarılıb. MH seriyalı 105231 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, Axundlu küçəsindəki 1 №-li yaşayış evi X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. xx.xx.2020-ci il tarixli Miras payın bağışlanma müqaviləsindən görünür ki, İddiaçı Arı̇ f oğlu Bakı şəhəri 10 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2V-125 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən vərəsəlik yolu ilə ona çatası payı Cavabdeh bağışlamışdır. Dövlət Notariat Arxivinin xx.xx.2020-ci il tarixli ünvan 2 ünvanladığı məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayonunda fəaliyyət göstərən 10, 24, 35 saylı dövlət notariat ofisləri tərəfindən arxivə təhvil verilmiş 1992-2009-cu illərə dair vərəsəlik işlərinə və Bakı şəhər 34 və 37 saylı dövlət notariat ofisləri tərəfindən arxivə verilmiş 1992-2008-ci illərə dair vərəsəlik işlərinə baxış keçirilərkən X8 hər hansı miras əmlakına dair açılmış vərəsəlik işi aşkar edilməmişdir. 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Arı̇ f oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin «Əmək və Məşğüllüq altsisteminə əsasən xx.xx.2024-cü il tarixinədək qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Notarial qaydada təsdiq olunmuş X4 və İddiaçı Arı̇ f oğlunun ərizədən görünür ki, onlar xx.xx.1991-ci ildə vəfat etmiş mərhum X5 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundlu küçəs, ev 1-də yerləşən fərdi yaşayış evinə veriləcək hüququ haqqında şəhadətnaməyə Cavabdeh da adının yazılmasına heç bir etirazı yoxdur. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X1 xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1951-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 66 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə ölmüşdür. 5 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2020-ci ildə ölmüşdür. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Hüseynov Arı̇ f Mürsəl oğlu xx.xx.2009-cu ildə ölmüşdür. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X2xx.xx.1983-cü ildə ölmüşdür. Əmircan qəsəbə sovetliyi tərəfindən xx.xx.1991-ci iltarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1991-ci ildə ölmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.[332] 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi İşin faktiki halı ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixində İddiaçı Arı̇ f oğlu ilə Cavabdeh arasında Miras payın bağışlanma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhəri 10 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2V-125 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən vərəsəlik yolu ilə ona çatası payı cavabdehə bağışlamışdır. Hazırda İddiaçı Arı̇ f oğlu sözügedən müqavilənin etibarsız hesab olunması və onun hüquqi nəticələrinin ləğv edilməsini istəyir. Cavabdeh isə iddia tələbini qəbul etmir və etirazını onunla əsaslandırır ki, tərəflər arasında notarial qaydada imzalanmış müqavilə var, notariusda hansı müqaviləni imzaladığı və bunun nəticələri ona izah edilmişdir. İddiaçı bacısına güvənmədiyi üçün özünə çatası miras payı ona bağışlamışdır. Məhkəmə ilk növbədə onu vurğulayır ki, iddiaçının miras payın bağışlanması müqaviləsinin etibarsızlığının əsası kimi gətirdiyi dəlillərlə iddiaçının nümayəndəsinin (vəkili) irəli sürdüyü dəlillər bir-birindən fərqlənir. Belə ki, iddiaçının dəlili ondan ibarətdir ki, o, ümumiyyətlə ona çatası miras payı bağışladığını anlamamış, bibisi olan cavabdehə həmin əmlak üzrə mülkiyyət hüququna dair çıxarış almaq üçün etibarnamə verdiyini düşünmüşdür. İddiaçıdan fərqli olaraq iddiaçının nümayəndəsi (vəkili) isə iddia tələbini onunla əsaslandırır ki, iddiaçı miras payın bağışlanması müqaviləsini imzaladığından xəbəri olmuşdur. Lakin bunu ona görə etmişdir ki, tərəflər arasında həmin evin satılacağı və onun payına uyğun iddiaçıya pul veriləcəyi barədə razılaşma olmuşdur. Yəni, iddiaçının niyyəti cavabdehi zənginləşdirmək deyil, bir əldən əmlakı sataraq vəsaiti bölmək olmuşdur. İlk olaraq qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə xx.xx.2019 və N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarlar). Məhkəmə bir daha qeyd edir ki, iddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırır ki, sözügedən müqavilə bağlanan zaman iddiaçının niyyəti əmlakın cavabdehə bağışlanılması, yəni cavabdehi zənginləşdirmək olmamışdır. İddiaçının nümayədəsi həmçinin əsas olaraq onu gətirmişdir ki, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Lakin, hazırki iş üzrə tərəflər miras əmlakı vahid əldən satıb, satışdan gələn vəsaiti bölmək üçün bu əqdi bağlayıblar, sadəcə sonradan cavabdeh aralarındakı razılaşmaya əməl etməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N..Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Hazırki işdə isə iddiaçının özünün izahatından tərəflərin miras əmlakı vahid əldən satıb, satışdan gələn vəsaiti bölmək üçün bu əqdi bağlamağa razılaşdıqlarını, yəni iddiaçının belə bir niyyətinin olduğunu müəyyən etmək mümkün deyil. Eyni zamanda, iddiaçının nümayəndəsi cavabdehin “tərəflərin əsl niyyətinə” çatması üçün evi satmaqdan yayındığını, bununla da əsassız varlandığını əsas gətirsə də, əksinə məhkəmə prosesi gedişatında cavabdehin çıxış yolu tapmaq üçün (əmlakı naturada bölmək və sataraq payları bölmək və s.) iddiaçı və digər payçı olan iddiaçının bacısı ilə əlaqəyə girmək istədiyi, lakin qarşı tərəfin bundan boyun qaçırdığı müşahidə edilmişdir. İddiaçının ümumiyyətlə miras payı bağışlama müqaviləsini imzalamasından xəbərdar olmamasına, onun sənədləşmə işləri ilə bağlı etibarnamə verməsini düşünməsinə münasibətdə isə məhkəmə vurğulayır ki, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia üzrə iddiaçını müqaviləni imzalamağa məcburetmə, yəni zorakılıq və ya hədələmə halları da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, miras payın bağışlanması müqaviləsinin başqa əqdi pərdələmək üçün bağlanan yalan əqd olmasının, eləcə də həmin müqavilənin aldatma yolu ilə bağlanmasının məhkəmə iclasında təsdiqini tapmadığını, bununla da müqavilə bağlanarkən iddiaçının iradəsinin zədələnməsinin müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı sayıla bilməz, ona görə də təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, fərdi-müəyyən əşyalara (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan əşyalar - avtomobil, gəmi və s.,habelə digər daşınar əşyalar -telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heçç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin alına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaa dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Məhkəmə vurğulayır ki, İddiaçı Arı̇ f oğlu ilə Cavabdeh arasında Miras payın bağışlanma müqaviləsi xx.xx.2020-ci ildə bağlanmışdır. Belə olan halda, hazırki iddia tələbi üzrə məhkəmə əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halının baş verdiyini müəyyən etmiş olsaydı belə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilərdi. İddiaçı isə sözügedən müqavilənin bağlanmasından 4 il müddət keçməsinə baxmayaraq həmin əqdin etibarsız sayılmasına əsas verən halları bilməsindən 1 ildən az müddət keçməsini də məhkəmədə sübuta yetirə bilməmişdir.
Məhkəmənin gəldiyi nəticə İddiaçı Arı̇ f oğlunun Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 10 saylı Notariat ofisi, X9 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı Arı̇ f oğlunun Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 10 saylı Notariat ofisi, X9 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova