Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3524/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Әrizəçi Әrizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Әrizəçi Әrizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Әmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Әmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Әrazi İdarəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Әrizəçi Әrizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Әmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Әmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Әrazi İdarəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun X*7 Әli hissəsinin X*7 oxunmaqla həmin sənədin X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Әrizəçi ərizəsini belə əsaslandırmışdır ki, Әrizəçi mərhum atasına məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı vardır, həmin əmlak torpaq sahəsi və fərdi yaşayış evindən ibarətdir. X* vəfat etdiyindən Bakı şəhəri 9 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Maraqlı şəxsə müraciət edilərək, ünvan 2 ünvanında yerləşən əmlak (torpaq sahəsi və fərdi yaşayış evi) üzərində X5 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın (arayışın) verilməsində köməklik göstərilməsi xahiş edilmişdir. **.07.2023- cü il tarixli maraqlı şəxsin imtina məktubu təqdim edilmiş orada bir sıra nöqsanların olması bildirilmişdir. Onlardan biridə texniki pasportda ata adı Әbdüləli göstərilsə də notariusun məktubunda isə Әbdül kimi qeyd edilməsi bildirilmişdir. Notarias vərəsəlik işi açılan vaxtda ölüm haqqında şəhadətnaməyə uyğun olaraq işi açır və bu barədə məktub verir. X5 ölüm haqqında şəhadətnaməsində və fərdi yaşayış evinə dair digər (texniki pasportdan başqa) sənədlərdə də ata adı Әbdül olaraq qeyd edilmişdir. Maraqlı şəxs bundan imtina edərək bildirdi ki, texniki pasportda ata adı hissəsində uyğunsuzluq vardır. Digər nöqsanlar müvafiq arayışlarla həllini tapmışdır, lakin ata adı hissəsində olan nöqsana görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Bu uygunsuzluqlara görə o, əmlakı özəlləşdirə bilmir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, izahatında ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Әmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Әmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Әrazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş ӘMDX-ti DӘDK və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Әrazi İdarəsinin **.07.2023-cü il tarixli məktubundan görünür ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da göstərilən “A” literli fərdi yaşayış evində rekonstruksiya işləri aparılaraq əlavə sahələr və torpaq sahəsində 2 mərtəbəli zirzəmili fərdi yaşayış evinin inşa olunduğu məlum olmuşdur. Həmçinin təqdim edilən pasportda hüquq sahibinin ata adı “Әbdüləli” göstərilsə də, notariusun məktubunda “Әbdül” qeyd edilmişdir. Elektron kadastr məlumatına əsasən, torpaq sahəsi və üzərindəki tikililər yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il *0 iyun tarixli, *03 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun **.*-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır. Suraxanı rayon VVADQ şöbəsi tərəfindən 09.0*.20*7-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X*0 *8 dekabr 2006-cı ildə ölmüşdür. Bakı şəhəri 9 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli Asan Xidmə mərkəzinə və Daşınmaz Әmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi * saylı Bakı ərazi İdarəsinə ünvanlanmış məktubundan görünür ki, Әrizəçi (etibarnamə üzrə nüm. X8), Bakı şəhəri 9 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, *8.*2.2006-cı ildə vəfat etmiş, ünvan 4 ünvanda qeydiyyatda olmuş X4 qalmış miras əmlaka (Suraxanı rayon Әmircan qəsəbəsi Neftçi k. 32 b ünvanında yerləşən torpaq sahəsinə və evə) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras əmlakın üzərində (Suraxanı rayon Әmircan qəsəbəsi Neftçi k. 32 b ünvanında yerləşən torpaq sahəsinə və evə) miras qoyan X5 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş Çıxarışı, sorğunu təqdim edən şəxs vasitəsi ilə verilməsini təmin etməsi xahiş olunmuşdur. Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Suraxanı (Orcanikidze) rayon ZDS İK-nin 0*.03.*960-cı il tarixli qərarı ilə 422.*kv.m fərdi ev tikintisi üçün X*nun adına tərtib edilmişdir. Texniki pasportdan görünür ki, Orcanikilze rayonu, Әmircan qəsəbəsi, Neftyannikov küçəsi, ev 32 b-nin texniki pasrportu X2 adına İV-*972-ci ildə tərtib olunmuşdur. Suraxanı RİHB-nın Әmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07.02.200*7-ci il tarixdə verilmiş arayışdan görünür ki, X*5 Әbdül oğlu həqqətən 04.06.*987-ci il tarixdən vəfatına kimi (*8.*2.2006-cı il) Әmircan qəsəbəsi, Neftçi küçəsi 30 saylı evdə qeydiyyatda olub. Onunla birgə bu ünvanda həyat yoldaşı X6 23.*2.*959-cu il tarixdən vəfatına kimi (*6.08.20*3-cü il) qeydiyyatda olub. Onların birgə nikahdan bu övladları olub: oğlu - X*3 o. - 26.*0.*984-cü il il tarixdə vəfat edib, qeydiyyatdan çıxıb. qızı - X*4 q. - 04.04.*998-ci il tarixdə tarixdə qeydiyyatdan çıxıb. Mərhumun başqa övladlarının olub-olmaması barədə qəsəbə nümayəndəliyində məlumat yoxdur. Məlumatlar ev kitabı və təqdim olunan sənədlər əsasında verilib. Suraxanı RİHB-nın Әmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 28.0*.200*4-cü il tarixdə verilmiş arayışdan görünür ki, Әmircan qəsəbəsi, Neftçi küçəsi, ev 32 b pasport qeydiyyatında heç kim yoxdur, lakin həmin ünvanda X*nun nəvəsi X3 ailəsi ilə birlikdə qeydiyyyatsız yaşayır. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, yuxarıda qeyd edilən tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Әmircan qəsəbəsi, Neftçi küçəsi, 32 V saylı ev Әrizəçi mərhum atası X7 məxsusdur. Həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda X*7 əvəzinə səhvən X*7 Әli yazılmışdır. Beləliklə, ərizəçi ünvan 1 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun X*7 Әli hissəsinin X*7 oxunmaqla həmin sənədin X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən. məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-in *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 2*7.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid ünvan 1 ünvanına dair pasportun, *8 dekabr 2006-cı ildə vəfat etmiş X7 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Әrizə təmin edilsin. ünvan 1 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun X*7 Әli hissəsinin X*7 oxunmaqla həmin sənədin X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3524/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3524/2023
01.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver