Məhkəmə qərarları › İş №2(010)-3525/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3525/2024

05.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3525/2024 05.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi) ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi) ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsi, ev 9 ünvanında yerləşən evə dair Bakı şəhərində Bələdiyyələşdirilmiş Tikintilərin Reyestrindən 29.**.*968-ci il tarixdə verilmiş çıxarışın 04.07.*998-ci il tarixdə vəfat etmiş Hubkas Azay qızına məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.*948-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamədə anasının adı Xubkas Azay qızı kimi göstərilmişdir. Anası 04.07.*998-ci ildə vəfat etmiş və anasına məxsus ölüm haqqında şəhadətnamədə adı Hubkas Azay qızı kimi göstərilmişdir. ünvan 4 (hazırda ünvan 2 ünvanında yerləşən evə dair 29.**.*968-ci ildə verilmiş çıxarışda anasının adı Xubkaz Azat qızı kimi göstərilmişdir. Lakin həmin evə dair texniki pasportda isə adı Xubkaz Azay kimi göstərilmişdir. Anasına məxsus bütün digər hüquqmüəyyənedici sənədlərdə adı Xubxaz Azay qızı kimi qeyd edilmişdir. Anasının vəfatından sonra miras qalmış ünvan 4 (hazırda ünvan 2 ünvanında yerləşən evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri 9 saylı Notariat ofisinə müraciət etmiş, lakin Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə notariat hərəkətlərinin aparılmasından imtina edilmiş və imtinanın səbəbi kimi miras qoyanın əmlakının miras qoyana məxsus olması barədə ölüm haqqında şəhadətnamədə Hubkaz Azay qızı olduğu halda, qeydiyyat vəsiqəsində miras qoyanın adı və soyadı Xubxaz Azat qızı, əmlakın üzərində məhdudiyyət olmamasına dair arayışda isə Xubkaz Azad qızı olduğu üçün notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Anasının vəfatından sonra miras qalmış ünvan 4 (ünvan 2 ünvanında yerləşən evə dair çıxarışda ad və soyadının dəyişdirilməsi üçün müraciət etsə də, müraciətin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış **.06.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Xubxaz Azad qızının Hubkas Azay qızı ilə eyni şəxs olması barədə sənəd təqdim olunacağı təqdirdə müraciətdə qeyd olunan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş dövlət reyestrindən arayışda müvafiq düzəlişin aparılması ilə bağlı məsələyə qanuna müvafiq qaydada baxılmasının mümkünlüyü qeyd olunmuşdur.

6. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 30.0*.2020-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində *925-ci ilə dair Bakı şəhəri, Orcenikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında *8.02.*925-ci ildə doğulan Xubkaz Azay qızının (atası Azay Apay oğlu, anası Məsmə Nuri qızı) təvəllüdü qeyd olunur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 320 nömrəli qərardan görünür ki, miras qoyanın əmlakının miras qoyana məxsus olması haqqında hüquq müəyyənedici sənəddə (ölüm haqqında şəhadətnamədə - Hubkas Azay qızı olduğu halda, qeydiyyat vəsiqəsində miras qoyanın ad və soyadı – Xubkaz Azat qızı, əmlakın üzərində məhdudiyyətin olmamasına dair arayışda isə - Xubxaz Azad qızı) ad və soyadı uyğun olmadığı üçün notariat hərəkətinin aparılması qanunvericiliyin tələblərinə zidd olduğundan notariat hərəkətinin aparılmasından imtina edilmişdir.

8. Bakı şəhəri Orconikidze rayon VVAQ bürosu tərəfindən 06.03.*964-cü il tarixdə verilmiş AZ seriyalı, 49849* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (atası X3, anası Xubkas Azay qızı) xx.xx.*948-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 05.04.*948-ci il tarixdə 269 nömrə ilə qeyd edilmişdir.

9. Azərbaycan Sovet Sosialist Respublikası Bakı şəhəri X2 İcraiyyə Komitəsi Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Xubxaz Azat qızının mülkiyyətindədir. *0. Yeni Suraxanı qəsəbə nümayəndəliyi tərəfindən *5.07.*998-ci il tarixdə verilmiş 5- JQ seriyalı, 326739 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hubkas Azay qızı 04.07.*998-ci il tarixdə “kəskin ürək-damar çatışmazlığı” səbəbindən 73 yaşında ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında *5.07.*998-ci il tarixdə 58 nömrə ilə qeyd edilmişdir. **. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən *7.0*.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Xubxaz Azad qızının adına *Y/S nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. *2. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən **.08.2020-ci il tarixdə verilmiş *3*5 nömrəli arayışdan görünür ki, mərhumə Hubkas Azay qızı həqiqətən 04.07.*998-ci il tarixədək Yeni ünvan 6 ünvanında qeydiyyatda olmuş və həmin ünvanda oğlu Ərizəçi ilə birlikdə yaşamışdır. Mərhumun başqa övladlarının olub-olmaması barədə qəsəbə nümayəndəliyində məlumat yoxdur, məlumatlar ev kitabı və təqdim olunan sənədlər əsasında verilmişdir.

İşin faktiki halları.

*3. *8.02.*925-ci il təvəllüdlü Xubkaz Azay qızı Ərizəçi anasıdır. *4. Hubkas Azay qızı 04.07.*998-ci il tarixdə ölmüşdür. *5. ünvan 4 (indiki ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi Xubxaz Azat qızının adına qeydə alınmışdır.

Tətbiq edilən hüquq.

*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*7. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi.

*8. İş materiallarında olan çıxarışdan görünür ki, ünvan 4 (indiki ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi Xubxaz Azat qızının mülkiyyəti kimi qeydə alınmışdır. Yenə iş materialları əsasında müəyyən edilmişdir ki, müvafiq çıxarışda adı Xubxaz Azat qızı kimi qeyd edilmiş şəxs Ərizəçi anası *8.02.*925-ci il təvəllüdlü Xubkaz Azay qızıdır. Həmçinin müəyyən edilmişdir ki, mərhum Xubkaz Azay qızının ölümünü təsdiq edən sənəddə (ölüm haqqında şəhadətnamə) adı Hubkaz Azay qızı kimi qeyd edilmişdir. *9. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, yuxarıda isrtinad edilmiş çıxarışda adı Xubkaz Azat qızı və ölüm haqqında şəhadətnamədə Hubkas Azay qızı kimi qeyd edilmiş şəxslər eyni şəxs - Ərizəçi anasıdır. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq hüquqi əhəmiyyətli faktın təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, ərizə təmin edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ünvan 4 (indiki ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarışın ərizəçinin 04.07.*998-ci il tarixdə vəfat etmiş anası Hubkas Azay qızına məxsus olması faktı müəyyən edilməlidir. 2*. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. ünvan 4 (indiki ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarışın ərizəçinin 04.07.*998-ci il tarixdə vəfat etmiş anası Hubkas Azay qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar