Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3528/2022 02.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs * saylı Bakı Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Çöllük küçəsi ev ** ünvanına dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndrilməsinə aid pasporfun mərhum əri X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X6 ərizəçinin mərhum əridir. O, X6 ilə 20 may *970-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onun mərhum əri X6 *8.05.20*0-cu ildə vəfat etmişdir. Mərhum ərinin atası X2 isə 25.08.*985-ci ildə vəfat etmişdir. O, *8.05.20*0-cu ildə vəfat etmiş X3 vərəsəsidir, bu hal Bakı şəhəri 35 saylı Notariat Ofisinin verdiyi ** aprel 2022-ci il tarixli, X-*65 nömrəli məktubla da təsdiq edilmişdir. Bütün sənədlərdə, o cümlədən mərhum ərinin doğum haqqında şəhadətnaməsində mərhum ərinin atası kimi X2 göstərilmişdir. Həm mərhum qaynatası X2, həm də özü mərhum əri ilə Bakı şəhəri, Hövsan qəsəbəsi, Çöllük (hazırki O.Şabanov) küçəsi, ev ** ünvanında yaşamışlar, hazırda həmin evdə oğlu öz ailəsi ilə birlikdə yaşayır. Qeyd edilən ev və yerləşdiyi torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndrilməsinə aid pasport” əsasında mərhum əri X4 verilmişdir. Lakin mərhum ərinin atasının adı Zakir oğlu olduğu halda həmin sənəddə “Zaki” kimi yazılmışdır. Göründüyü kimi mərhum ərinə məxsus olması faktının müəyyən edilməsini tələb etdiyi sənəd AR Ədliyyə Nazirliyinin sənədi olmadığından mülkiyyət hüququ haqqında texniki pasportun onun mərhum ərinə məxsus olması faktı məhkəmə qaydasında müəyyən oluna bilər. O, qeyd edilən faktın müəyyən edilməsi üçün lazım olan sənədləri başqa qaydada ala bilmədiyinə görə Suraxanı rayon məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, materiallarında olan Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış **.04.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, *8.05.20*0-cu ildə vəfat etmiş X3 vərəsəsi arvadı- Ərizəçidır. X3 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, (Çöllük) O.Şabanov küçəsi, ev ** ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair Çıxarış verilməsini xahiş etmişdir. İş materiallarında olan Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Orconikidze indiki (Suraxanı) rayon VVAQ Şöbəsi tərəfindən verilmiş nikah bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 və X9 20.05.*970-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərin soyadı İbrahimov, arvadın İbrahimova qeyd edilmişdir. İş materiallarında olan İİİ-ЖГ № 306499 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 25.08.*985-ci ildə ölmüşdür. İş materiallarında olan *5.05.*942-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 02.04.*942-ci tarixdə anadan olmuş, atası X2, anası X*r. İş materiallarına əlavə olunmuş Hövsan Qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 253 saylı arayışdan müəyyən olunur ki, mərhum X6 ünvan 6 ünvanında öldüyü günə kimi ailə üzvləri ilə birlikdə yaşamışdır. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un surətindən müəyyən olunur ki, Bakı şəhəri, Orconikidze (indiki Suraxanı) rayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evinin texniki pasportunda ev sahibinin adı, soyadı və atasının adı soyadı “X8” kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Hövsan Qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş *0.08.2022-ci il tarixli, 528 saylı arayışdan müəyyən olunur ki, Suraxanı RİH-nin 27.05.*999-cu il tarixli 505 saylı sərəncamına əsasən “Çöllük” küçəsinin adı dəyişdirilərək şəhid Oktay Şabanovun adı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Orconikidze (indiki Suraxanı) rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi ev ** ünvanına dair “X8” adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un *8.05.20*0-cu ildə ölmüş “X*0” oğluna məxsus olması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-3**-ci və 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Orconikidze (indiki Suraxanı) rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi ev ** ünvanına dair “X8” adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un *8.05.20*0-cu ildə ölmüş “X*0” oğluna məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3528/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3528/2022
02.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver