Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3542/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümaynədəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı fərdi yaşayış evinin naturada bölünməsi, çıxarışın verilməsi, mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya ödənilməklə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək payçılar X9, X6, X10, X13, X7 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinin cavabdeh qismində mülki işə cəlb edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 77 saylı fərdi yaşayış evində İddiaçı məxsus 4/50 miras payının naturada bölgüsü, həmin paya yeni ünvan verilməklə mülkiyyət hüququna dair çıxarışın verilməsi, cavabdehlər Cavabdeh1 Zyadxan qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kompensasiya verilməklə onların iddiaçıya məxsus miras payı olan mənzildən passport qeydiyyatından çıxarılması üçün əsas kimi istifadə hüquqlarına xitam verilməsi və miras payı olan məzildən çıxarılmalarını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 77 paylı mülkiyyət hüququ əsasında ona məxsusdur və bu barədə ona Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən FM seriyalı, 011473 nömrəli reyestr nömrəli çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh1 onun keçmiş həyat yoldaşı, digər cavabdehlər Cavabdeh2, X8 və Cavabdeh4 övladlarıdır. Cavabdeh1 ilə aralarında olan nikah xx.xx.2004-cü il tarixdə məhkəmə qərarı əsasında pozulmuşdur. Həmin nikahdan olan digər cavabdehlər hamısı hazırda yetkinlik yaşına çatmış şəxslərdir. Lakin, buna baxmayaraq cavabdehlərin hamısı ona məxsus evdə pasport qeydiyyatındadırlar. Cavabdehlər onun keçmiş ailə üzüvləri olsalar da, onlarla heç bir yaxın ailə münasibəti yoxdur və onlarla aralarında hər hansı mənzilin istifadə hüququna dair müqavilə yoxdur. O, cavabdehlərə hazırkı yaşadıqları yer üzrə orta aylıq mənzil kirayə haqlarına uyğun yəni aylıq 200 manat olmaqla 60 ay üçün 12000 manat kompensasiya verməklə ona məxsus fərdi yaşayış evindən pasport qeydiyyatından çıxmalarını təklif etsə də, onlar bu təklifi qəbul etməmişlər. Buna görə də, bu barədə məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin mahiyyətinə uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilinin çıxışı ilə razı olduğunu bildirib, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək, iddiaçının əmlakda payının cüzi olduğunu, pay naturada bölünsə belə əmlakın böyük hissəsinin digər payçılarda qalacağını, ona görə də, tələbin faktiki olaraq qeyri-real olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, X9, X6, X10, X13, X14, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə tərəfləri dinləyib, işin hallarını araşdıraraq və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Seriya FM, 011473 № li qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsindəki 12 otaq, 204,6 kv.metr yaşayış sahəsi, 540,6 ümumi sahəsi olan 77 saylı fərdi yaşayış evi İddiaçı 4/50 hissədə, X3 24/50 hissədə, X1 4/50 hissədə, X2 4/50 hissədə, X4, X13na və X11 4/50 hissədə, X5na 10/50 hissədə məxsusdur. - AZ-İ 014568 № li ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx xxxxxx 2003-cü ildə vəfat etmişdir. - AZ-İ 873537 № li ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx xxx 2017-ci ildə vəfat etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, mübahisə predmeti olan miras əmlak paylı mülkiyyətdədir, iddiaçının payı mirasın 4/50 hissəsinədir və payçılardan ikisi vəfat etmişdir. Payların əhəmiyyətli hissəsi vəfat edən şəxslərə məxsusdur. Tərəflərin izahatlarına görə payçıların vəfatından sonra vərəsəlik işləri açılmamışdır. Mülki Məcəllənin 213.1-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsaəsn birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hazırkı işdə iddia tələbi bir neçə hissədən ibarətdir və tələbin əsas hissəsini əmlakın naturada bölgüsü təşkil edir. Çünki, əmlakın naturada bölgüsü əldə edildikdən sonra tələbin digər hissələri ilə bağlı hüquqi nəticəyə gəlinə bilər. Məhkəmə İddianın əmlakın naturada bölünməsi hissəsini əsaslı hesab etmir. Belə ki, işin hallarından göründüyü kimi, payçılardan ikisi vəfat etmişdir və onların vərəsələrinin olub-olmaması məlum deyildir. Mülki qanunvericiliyin tələblərinə görə isə ölmüş şəxsin əmlakı onun növbəlik üzrə vərəsələrinə keçməlidir. Hazırkı mübahisədə iddia tələbinin yönəldiyi şəxslərdən ikisi vəfat etmişdir. Nə qədər ki, mübahisəli miras əmlakın hüquqi müqəddəratı tam müəyyən edilməyib, əmlakın naturada bölgüsünün aparılması qanuni və əsaslı hesab edilə bilməz. Çünki, ölən şəxslərin vərəsələri məlum deyil və deməli əmlakın əhəmiyyətli hissəsi faktiki olaraq sahibsizdir və həmin hissə ilə bağlı bölgünün aparılması gələcəkdə potensial vərəsələrin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Tələbin bu hissəsi əsaslı hesab edilmədiyinə görə naturada bölgününü davamı olan iddianın digər hissələrini də məhkəmə əsaslı hesab etmir. Çünki, iddianın digər hissələri əmlakın naturada bölgüsü tələbinin davamıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Zı̇ yadxan qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı fərdi yaşayış evinin naturada bölünməsi, çıxarışın verilməsi, mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3542/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3542/2020
19.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver