Məhkəmə qərarları › İş №2(010)-355/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-355/2023

07.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-355/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan xx.xx.2004-cü il təvəllüdlü qızı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanda yaşayan xx.xx.2004-cü il təvəllüdlü qızı X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik Psixatriya xəstəxanası tərəfindən verilmiş arayışa əsasən Yüngül əqli gerilik-F70, kəmağıllılıq və davranış pozuntuları mövcuddur və kənar şəxsin köməyinə ehtiyacı vardır. Qızı xx.xx.2004-cü il təvəllüdlü X8 onunla yaşayır və hərtərəfli qayğı ilə təmin edilir. O, ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti 099 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə xx.xx.2004-cü il təvəllüdlü qızım X8 üzərində qəyyum təyin edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küç, 28 ünvanda yaşayan xx.xx.2004-cü il təvəllüdlü qızı X1 yaşaya bilmir və ona görə də onun üzərində qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Belə ki, xx.xx.2004-cü il təvəllüdlü qızı X8 psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmir. Məhkəmə iclasında dindirilən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil tələbi müdafiə edib izahatında, ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi (vəkili) Vəkil izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 xx.xx.2004-cü ildə doğulmuş və valideynləri X10 və Ərizəçidır. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü X4 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli həkim psixiatr komissiyasının arayışından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X7 «yüngül kəmağıllılıq, davranış pozuntuları ilə F70 İQ50» Diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3471 saylı rəyindən müəyyən olunur ki, X8 “yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” F.70.1 müəyyən edilir. Bunu anamnestik məlumatlar (anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, erkən körpəlik dövründən yaşıdlarına nəzərən psixofiziki inkişafda geridə qalması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 müayinədə olması və ona “Yüngül kəmağıllıq, davranış pozuntuları ilə" diaqnozu təyin edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər {nitqinin qüsurlu olması, narahatlığı, nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: xx.xx.2004-cü il təvəllüdlü X6 yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. xx.xx.2004-cü il təvəllüdlü X5 yüngül dərəcəli əqli gerilik müəyyən edilir. Yoxlanılan şəxs X9 öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. xx.xx.2004-cü il təvəllüdlü X8 gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.2004-cü il təvəllüdlü X8 Ərizəçi qızıdır. Ərizəçinin qızı xx.xx.2004-cü il təvəllüdlü X5 “yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” F.70.1 müəyyən olunur. xx.xx.2004-cü il təvəllüdlü X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.2004-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar