Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3587/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü X9 onun anasıdır. Anası ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar. Anası Rəna uzun müddətdir ki, sayıqlama pozuntusu xəstəliyindən əziyyər çəkir, onun kənar şəxsin qulluğuna və idarəsinə ehtiyacı vardır. Anası hal-hazırda İİ dərəcəli əlildir. Lakin hər dəfə sənəd işləri və ya pensiya kartını almaq lazım olduqda çətinliklərlə qarşılaşır. Odur ki, ona qəyyum təyin edilib sənəd işləri ilə özü məşğul olmaq istəyir. Anası psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən onun üzərində qəyyum təyin olunmağı məqsədi ilə Suraxanı Rayon İcra Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Lakin ona məhkəmə qaydasında anasının fəaliyyət qabiliyyəti olmayan hesab olunmasının zəruri olduğunu bildirdilər. Odur ki, anası xx.xx.1964-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi məhkəmə tərəfindən müəyyən olunmaqla və onun üzərində qəyyum təyin olunmağı zərurəti yaranmışdır. Qeyd olunanların nəzərə alınmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, ərizəçi Suraxanı Rayon İcra Hakimiyyətinə anası X6 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi ilə bağlı müraciət etmiş, lakin ona bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ekspertiza rəyinə əsasən X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar vardır və buna görə də ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu VVADQ tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi qzı xx.xx.2005ildə doğulmuşdur, anası X9 və atası X2r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Ərizəçi ünvanlandığı məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacılarının) ərizəsi üzrə qaldırıla bilər. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Həmin məcəllənin 321.2ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilmək üçün əsasdır. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət edilməyi məqsədəuyğun hesab edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatından görünür ki, X8 “F22.0 Sayıqlama pozuntusu. Sayıqlama pozuntusu” diaqnozu ilə İkinci dərəcəli əlillik verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “X10” X13 tərəfindən X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, “X10” PHŞ ərizəyə cavab olaraq məlumat üçün bildirir ki, vətəndaş X1 həyat yoldaşı ünvan 5 ünvanında yaşayan, xx.xx.1964-cü il təvəllüdlü X4 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası elektron portalının məlumatına əsasən İİ qrup (80 %) əlildir və Psixiatriya portalının məlumatına əsasən mərkəzin psixiatriya kabinetində 2023-cü ildən Dz:F 22.0 Sayıqlama pozuntusu diaqnozu ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1248 saylı Rəyin yekun hissəsindən müəyyən olunur ki, Xroniki sayıqlama pozuntusu formasında psixi xəstəlik müəyyən edilir, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Buna görə də X9 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 düçar olduğu Xroniki sayıqlama pozuntusu formasında psixi xəstəliyi ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verilmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Normanın məzmunundan müəyyən olunur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərindən yaxın qohumların valideynlərin, uşaqların, qardaş-bacıların ərizəsi üzrə qaldırıla bilər. Bundan başqa normadan müəyyən olunur ki, həmin ərizə müvafiq icra hakimiyyəti orqanının və psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə də qaldırıla bilər. Beləliklə, iş materiallarından müəyyən edildi ki, Ərizəçi xx.xx.1964-cü il təvəllüdlü X9 üzərində qəyyum təyin olunması üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin məktubu ilə ərizəçiyə bildirilmişdir ki, məhkəmənin qərarı olduqdan sonra o üzərində qəyyum təyin oluna bilər. Belə ki, X9 öz hərəkətləri üzərində nəzarəti həyata keçirə bilmir. Buna görə də onun üzərində qəyyum təyin olunması zəruridir. Odur ki, ərizəçi X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi nəticəsinə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3587/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3587/2025
15.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver