Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3597/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Q.Vəliyev küçəsi, ev 12/2-də mənzilinə Cavabdeh İB-nin əməkdaşları tərəfindən əsassız hesablanmış borcun silinməsi və sayğaca yüklənən vəsaitdən çıxılan borcun dayandırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Q.Vəliyev küçəsi, ev 12/2-də mənzilinə Cavabdeh İB-nin əməkdaşları tərəfindən əsassız hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü il tarixdə Naxçıvan MR, Kəngərli rayonu, Qıvraq qəsəbəsində anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri, ünvan 1 ünvanda da yaşayır. Özü Azərbaycan Vətən X2 Birliyinin Suraxanı şöbəsinin sədridir. Təxminən avqust-sentyabr aylarında Cavabdeh İB-nin əməkdaşları tərəfindən beş ildən artıq istifadə etdiyi qaz sayğacını çıxarıb və yerinə yeni qaz sayğacı qoymuşlar. Sayğacın çıxarılmasının səbəbini bildirməmişlər. Sonradan ona bildirilmişdir ki, sayğaca müdaxilə olunması səbəbindən cərimə olunmuşdur.Onun mənzilnə quraşdırılmış sayğac küçədə yerləşir, dəfələrlə sayğacın qutusu açıq vəziyyətdə olmuş, müraciət edərkən problem olmaması bildirilmişdir. Yaz aylarından sayğacda vəsait qalmış və karta pul ödəyəndə bilmişdir ki, 100 manata 25 manat yüklənir. Onun müharibə əlilliyi pensiyasını dayandırıblar. Amma müharibə veteranı kimi 80 manat alır. Son bir ayda o, qaz kartına pul tapıb ödəyə bilmir. Sayğacdan məlumatı olmadığı üçün heç vaxt sayğaca müdaxilə etməmişdir. 17 ildir yuxarıda qeyd olunan ünvanda yaşayıb qaz, su, elektrik enerjisindən istifadə edir və heç vaxt heç bir problem yaşamamışdır. Cavabdeh əməkdaşlarının bildirdiyinə görə sayğacların istismar müddəti beş ildir. Əgər müddət beş il müddət müəyyən olunubsa, deməli sayğacın istismar müddəti bitmişdir. Lakin indiyə qədər ona bununla bağlı heç bir akt təqdim edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh nümayəndəsi X3 ərizə ilə Suraxanı rayon Məhkəməsinə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə müraciət edərək, iddia ərizəsinə onun iştirakı olmadan baxaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Cavabdeh nümayəndəsi X5 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün və element yuvasının qapağının alt hissədən çatladığı, daxilində hesablama mexanizminin hərəkətə gətirən dişli çarxın dişlərinin kənar təsir nəticəsində kəsildiyi və istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə 3110,4 manat borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. İddiaçı həmin borca görə 2023-cü ilin noyabr ayından 2024-cü ilin aprel ayına kimi etdiyi ödənişlər (tutulmalar) nəticəsində hazırda 2265,4 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X4”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz özündə istisna edilir. Bu halda iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İş materialları.
7. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş Təbii X4nın pozulması haqqında ******* saylı akta əsasən baxış keçirilən zaman aşkar olmuş nöqsanlarla bağlı qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixli Dövlət yoxlamasına əsasən, 14-731299 saylı sayğacın hesablama mexaniziminin hərəkətə gətirən dişi çarxların dişləri kənar təsir nəticəsində kəsilib. Sayğac istismara yararsızdır və dəymiş ziyanın ödənilməsi qeyd olunmuşdur.
8. Cavabdeh qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə MSK-14-2- 2/3-5-5376/Q002 saylı, xx.xx.2023-cü il tarixli aktına əsasən, 1405AZ**********99 nömrəli sayğac 12466947 nömrəli plomb kəsilərək G-6S/0833 saylı qutu açıldı. Sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağı alt hissədən çartlayıb. Hesablama mexanizmi ilişir. Daxilində hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilib. Sayğac istismara yararsızdır.
9. Cavabdeh tərəfindən tərtib olunan **********00020 saylı abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 3110,40 manat təşkil edir.
10. ASAN 4 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından müəyyən olunur ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.
11. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, 6x24x180=25920 m3 dəymiş ziyan həcmi hesablanmışdır.
12. Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktına əsasən qaz sayğacın alt hissəsində çat olması ehtimalı olması hesab edilmişdir.
İşin faktiki halları.
13. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli 039060 saylı akt tərtib olunmuş və İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğac yenisi ilə əvəz edilmişdir. Sonradan həmin saygac laboratoriyaya göndərilmiş və Cavabdeh qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə MSK-14-2-2/3-5-5376/Q002 saylı, xx.xx.2023-cü il tarixli aktına əsasən, 1405AZ**********99 nömrəli sayğac 12466947 nömrəli plomb kəsilərək G-6S/0833 saylı qutu açıldı. Sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağı alt hissədən çartlayıb. Hesablama mexanizmi ilişir. Daxilində hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilib. Sayğac istismara yararsızdır.Sayğca müdaxilə olunması ilə bağlı akt tərtib olunmuş və iddiaçıdan 3110.40 manat pul tələb olunur.
14.Tətbiq edilən hüquq.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.[50] 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir.
16. “X4”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
4. X1 və İstismarı 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
17. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.
Məhkəmənin mövqeyi.
20. Nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş (§ 14, 15) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun və “X4”nın müvafiq maddələrindən görünür ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı yox, qaz paylayıcısı daşıyır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildiyi halda qaz paylayıcısı bu barədə akt tərtib edərək inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Hazırkı halda Cavabdeh tərəfindən istehlakçının təqsiri olması barədə hər hansı qərar təqdim olunmamışdır.
21. Göründüyü kimi, həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilədə istənilən zərərin yox, məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Belə olan halda yalnız iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi sübuta yetirilərsə, onun üzərinə qanunsuz istehlak edilən qazın dəyərini ödəmək vəzifəsi qoyula bilər.
22. Məhkəmə qeyd edir ki, iddiaçının təbii qazdan qanunsuz istifadə etməkdə təqsirli olmasını sübut etmək cavabdehin üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1ci maddələri).
23. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
24. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
25. İşin faktiki hallarından görünür ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixli 039060 saylı akt tərtib olunmuş və İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğac yenisi ilə əvəz edilmişdir. Sonradan həmin saygac laboratoriyaya göndərilmiş və Cavabdeh qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə MSK-14-2-2/3-5- 5376/Q002 saylı, xx.xx.2023-cü il tarixli aktına əsasən 1405AZ**********99 nömrəli sayğac 12466947 nömrəli plomb kəsilərək G-6S/0833 saylı qutu açılmış və sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağı alt hissədən çartlayıb. Hesablama mexanizmi ilişir. Daxilində hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilib. Sayğac istismara yararsızdır.Sayğaca müdaxilə olunması ilə bağlı akt tərtib olunmuş və iddiaçıdan 3110.40 manat pul tələb olunur.
26. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür.
27. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh təbii X4nın pozulmasına dair tərtib olunmuş akta əsasən iddiaçıdan pul tələb edilməsi əsassız olmuşdur. Odur ki, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
28. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. Lakin hazırkı iş üzrə İddiaçı istehlakçı olduğundan və iddia tələbi təmin olunduğundan 51,10 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı təbii X4nın pozulması haqqında akt əsasında tələb olunan 3110,40 manat Cavabdeh tərəfindən silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Abonent İddiaçı (kod **********00020) təbii X4nın pozulması haqqında akt üzrə tələb olunan 3110,40 (üç min yüz on manat, qırx qəpik) manat pul vəsaiti Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 51,10 (əlli bir manat, on qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova