Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-361/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas kаtibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər "xxxx" MTK və Cavabdeh2 (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər * saylı Ərazi İdarəsi) “müqavilələrin etibarsız hesab edilməsi və tələbin əmlaklara yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər "xxxx" MTK və Cavabdeh2 (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər * saylı Ərazi İdarəsi) “müqavilələrin etibarsız hesab edilməsi və tələbin əmlaklara yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" MTK tərəfindən Cavabdeh2 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində *3 M saylı binada **.03.20*0-cu il tarixli, 57 nömrəli yaşayış binasından alınmış ticarət mərkəzi haqqında müqavilə üzrə binanın 3-4 girişlərində olan *20 m2 ticarət mərkəzi, 28.07.20**-ci il tarixli, 59 B nömrəli yaşayış binasından alınmış ticarət mərkəzi haqqında müqavilə üzrə binanın *-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə (dükanlar) 3-4 giriş, *50 m2 olan sahəni, **.03.20*0-cu il tarixli, 56 nömrəli yaşayış binasından alınmış ticarət mərkəzi haqqında müqavilə üzrə yaşayış binasının *-2 girişlərində olan 883 m2 ticarət mərkəzi, 09.08.20**-ci il tarixli, 62 A nömrəli *-2 girişdə sahəsi 20 m2 olan ** saylı və *9 saylı qarajlar və 05.07.202*-ci il tarixli, *5 nömrəli 3-4 girişdə sahəsi 20 m2 olan 29 saylı qaraja dair müqavilələrin etibarsız hesab edilməsi və hərracdan satılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcuna yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və geri qaytarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin hazırlıq iclasından geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər proses iştirakçıları məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *70. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması. *70.*. Bu Məcəllənin 254, 255, 26*.0.*—26*.0.3 və 26*.0.6—26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. *70.3. Bu Məcəllənin *70.*-ci və *70.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.**-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin *70-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur (“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3*.03.20**-ci il tarixli, 3№-li qərarı). Həmçinin iddia ərizəsi geri qaytarıldığından bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçının ödədiyi *00 manat məbləğində dövlət rüsumu da dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **4.*.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, bu iş üzrə iddiaçının ərizəsi əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20.*0.2023-cü il tarixli, *6(0*0)-234/2023 saylı qərardadı ilə müvəqqəti təminat tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *62.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmənin baxılmamış saxlama qərardadı qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20.*0.2023-cü il tarixli, *6(0*0)-234/2023 saylı qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in *70, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər "xxxx" MTK və Cavabdeh2 (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər * saylı Ərazi İdarəsi) “müqavilələrin etibarsız hesab edilməsi və tələbin əmlaklara yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu (tarix: *6.*0.2023, qəbzin nömrəsi: **766) dövlət büdcəsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20.*0.2023-cü il tarixli, *6(0*0)-234/2023 saylı qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-361/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-361/2024
10.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver