Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3618/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş JN-2056A kod, 3050*004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin mülkiyyət hüququ ilə ərizəçi, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Ölkəmizdə keçirilən torpaq islahatı ilə əlaqədar Siyəzən rayon Aqrar İslahat Komissiyasının 2* aprel 2006-cı il tarixli qərarı ilə bizim ailənin yaşadığı evin yerləşdiyi Siyəzən şəhəri ərazisində 0.05 ha. torpaq sahəsi mülkiyyətimizə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə paylı mülkiyyətimiz DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş JN- 2056A, kod 3050*004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə tanınır. Bu yaxınlarda bizə mənə məlum olmuşdur ki, qeyd olunan Şəhadətnamədə torpaq mülkiyyətçiləri kimi göstərilən Ərizəçi şəxsiyyət vəsiqəsində göstərilmiş Comərd ata adı ilə Şəhadətnamədə səhv kimi “Canəli” adı kimi göstərilməklə ata adı arasında uyğunsuzluq vardır. Belə ki, mülkiyyətçi Ərizəçi şəxsiyyət vəsiqəsində qeyd olunan Comərd ata adı, Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş, JN- 2056A, kod 3050*004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən mülkiyyətçinin Ərizəçi Comərd ata adı “Canəli” kimi səhv yazılmışdır. DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş JN-2056A, kod 3050*004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə ki, uyğunsuzluqların aradan qaldırılmasından ötrü Azərbayacn Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə etdiyimiz yazılı müarciətimizə verilmiş 3-2*-3-3*/2-2888/2023 saylı, 25 avqust 2023-cü il tarixli cavab məktubunda bildirirlir ki, "Azərbaycan Respublikası MPM-nin 307.2.5 maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hiıquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlrına müraciət etməyiniz tövsiyyə olunur” Yuxarıda qeyd olunan şəhadətnaməni verən Siyəzən rayon DT XK-nin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluqları başqa qaydada aradan qaldırmaq mümkün deyildir, ona görə də bu ərizə ilə məhkəməyə müraciət edirik. Məhkəməyə müraciətlə əlaqədar mənim Ərizəçi adıma DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə hazırlanmış, lakin Comərd ata adım səhvən “Canəli” kimi yazılmış, JN-2056A, kod 3050*004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməni istədikdə bildirdilər ki, ata adınız düzgün yazılmadığı üçün onu sənə verə bilmərik, bu barədə məhkəmədən bizə sorğu veriləndən sonra məhkəməyə təqdim edəcəyik. Ona görə də Sizdən xahiş edirəm ki, qeyd olunan şəhadətnaməni, yəni mənim adıma DT və XK-nin Siyəzən rayon Şöbəsi tərəfindən hazırlanmış, 03 may 2006- cı il tarixli, JN-2056A, kod 3050*004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin əslinin cavabdehdən tələb edərək alaraq iş materiallarına əlavə edəsiniz.”
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, plan və ölçü Siyəzən şəhəri ərazisində 0.05 ha torpaq sahəsi Ərizəçi Canəli oğlu adına tərtib edilmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən *4.03.2024-cü il tarixdə Ərizəçi ünvanlanmış 3-2*-3- 3*/2-2888/2023 nömrəli cavab məktubundan görünür ki, JN-2056A, kod 3050*004 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə” sənədindəqeyd olunan ata adı ilə müraciətə əlavə edilən şəxsiyyəti təsdiq dən sənəddən göstərilən ata adı arasında uyğunsuzluq aşkar edildiyindən imtina edilmiş və hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
7. Azərbaycan Respublikası Bakı şəhəri Siyəzən rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş *274 nömrəli arayışdan görünür ki, Ərizəçi Siyəzən şəhəri, A.Zahirov küçəsində qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayır. Vətəndaş *997-2005-ci ilə kimi Siyəzən şəhəri A.Zahirov küçəsində yaşayıb. Qonşuların iştirakı ilə akt tərtib olunub.
İşin faktiki halları.
8. Siyəzən rayon Aqrar İslahat Komissiyasının 2* aprel 2006-cı il tarixli qərarı ilə ailənin yaşadığı evin yerləşdiyi Siyəzən şəhəri ərazisində 0.05 ha. torpaq sahəsi ərizəçinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə paylı mülkiyyət DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş JN- 2056A, kod 3050*004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə tanınır. Qeyd olunan Şəhadətnamədə torpaq mülkiyyətçiləri kimi göstərilən Ərizəçi şəxsiyyət vəsiqəsində göstərilmiş Comərd ata adı ilə Şəhadətnamədə səhv kimi “Canəli” adı kimi göstərilməklə ata adı arasında uyğunsuzluq vardır. Hazırda ərizəçi həmin torpaq sahəsinin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*0. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmənin mövqeyi.
**. İşin faktiki hallarından göründüyü kimi, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 2* aprel 2006-cı il tarixli qərarı ilə ərizəçinin yaşadığı evin yerləşdiyi Siyəzən şəhəri ərazisində 0.05 ha. torpaq sahəsi ərizəçinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə paylı mülkiyyət DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş JN- 2056A, kod 3050*004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə tanınır. Qeyd olunan Şəhadətnamədə torpaq mülkiyyətçiləri kimi göstərilən Ərizəçi şəxsiyyət vəsiqəsində göstərilmiş Comərd ata adı ilə Şəhadətnamədə səhv kimi “Canəli” adı kimi göstərilməklə ata adı arasında uyğunsuzluq vardır. Hazırda ərizəçi həmin torpaq sahəsinin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə müvafiq siyahıda ərizəçinin adı və ata adının düzgün qeyd edilmədiyi nəticəsinə gəlir. *2. Üstəlik, bu səhvin aradan qaldırılması üçün ərizəçi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. *3. iş materialları əsasında müəyyən edilmişdir ki, müvafiq Şəhadətnamədə “Ərizəçi Canəli oğlu” kimi qeyd edilmiş şəxs Ərizəçidur *4. Eyni zamanda, nəzərə alınmalıdır ki, bu siyahı hüquq müəyyən edən sənəddir. Belə ki, bu siyahı əsasında ərizəçi torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilər. Hətta ərizəçi bunun üçün daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparan orqana müraciət etmiş, siyahıdakı bu ad uyğunsuzluğuna görə onun müraciətindən imtina edilmişdir. Bu səbəbdən məhkəmə hazırda təsdiq edilməsi xahiş edilən faktı hüquqi əhəmiyyəti olan fakt kimi qiymətləndirir. *5. Belə olan halda məhkəmə hesab edir ki, bu hüquqi əhəmiyyətli faktın təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, ərizə təmin edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
*6. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş JN-2056A kod, 3050*004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin mülkiyyət hüququ ilə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. *7. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006cı il tarixdə verilmiş JN-2056A kod, 3050*004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva