Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3634/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürən üçüncü şəxs X* iştirakları ilə, İddiaçı cavabdeh 4 saylı Bakı «Asan Xidmət» Mərkəzi Notariat Ofisinə (X2, X8 və X9 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddətin üzrlü hesab olunaraq bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi. *. İddiaçı cavabdeh 4 saylı Bakı «Asan Xidmət» Mərkəzi Notariat Ofisinə (X2, X8 və X9 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddətin üzrlü hesab olunaraq bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası - *5 avqust 20*7 il tarixdə vəfat etmiş X7 adına açılmış vərəsəlik işi ilə bağlı miras əmlakının onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması və miras əmlakının faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx *973-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, döngə 6, *8 a saylı ev ünvanında pasport qeydiyyatında olmaqla faktiki olaraq orada yaşayır. AA-24689* №-li qeydiyyat şəhadətnaməsi əsasında VAZ-2*0** minik markalı, ban №-si ******* olan, *0-HM-447 dövlət qeydiyyat nişanlı avtomobil atası X*0 məxsus olmuşdur. Belə ki, atası X*3 **.08.20*7-ci il tarixdə vəfat etmişdir. Mərhum atasının sağ olduğu vaxtdan bəri sözü gedən avtomobili müvafiq etibarnamə ilə o idarə etmişdir. Ölümündən sonra da avtomobil onun faktiki istifadəsində və mülkiyyətində olmuşdur. Həmin miras əmlakının qəbulu ilə əlaqədar cavabdeh notariat ofisinə ərizə ilə müraciət etmiş, həmin müraciəti əsasında mərhum atasının adına V- 207/2025 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinin *852 №-li, xx.xx.2025-ci il tarixli məktubu ilə mirasın qəbul müddətini ötürdüyü üçün müraciətindən imtina edilmişdir. Müddəti ötürməyinin səbəbi qanunun tələbini səhv başa düşməyi olmuşdur. O miras əmlakın qəbulu ilə bağlı 6 ay tamam olduqdan sonra istənilən vaxtı müraciət etməli olduğunu başa düşmüşdür. Lakin sonradan ona izah olunmuşdur ki, 6 ay tamam olduqdan sonra müraciət etməli olduğu yox, 6 ay müddət tamam olduqdan sonra vərəsəlik haqqında şəhadətnamə verilir. Yəni, qanunun tələbini səhv başa düşmüşdür. Bu müddət ərzində miras əmlakına faktiki sahiblik etmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun atası X*3 **.08.20*7-ci il tarixdə vəfat etmişdir. O, hal-hazırda Bakı şəhəri, Əmircan qəsəbəsi, Kommunist küçəsi, döngə 6, ev *8 a ünvanında yerləşən evin bir hissəsində faktiki olaraq yaşayır və atasına məxsus olmuş avtomobili idarə edir. O, miras əmlakının qəbulu ilə əlaqədar notariat ofisinə müraciət etmiş, notariat ofisinin məktubu ilə mirasın qəbul müddətini ötürdüyü üçün müraciətindən imtina edilmişdir. Mirasın qəbul müddətini ötürməyinin səbəbi qanunun tələbini səhv başa düşməyi olmuşdur. Belə ki, belə bir tələbin mövcud olduğu ona sözügedən avtomobilə etibarnamə vermək istədiyi zaman məlum olmuşdur. Onlar ailədə iki bacı və iki qardaş olmuş, qardaşlarından biri X*2 vəfat etmişdir. Digər bacıları isə bununla bağlı öz razılıqlarını vermişlər.
4. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Hal-hazırda həmin evdə qardaşı(iddiaçı) yaşayır. Mirasın qəbulu ilə bağlı müəyyən edilmiş 6 ay müddətdən onun da xəbəri olmamışdır. Belə ki, avtomobili satmaq istədikləri zaman onlara miras əmlakın qəbulu üçün müəyyən edilmiş müddəti ötürdükləri məlum olmuşdur. O, müddətin bərpasına etirazının olmamasını bildirmişdir.
İş materialları.
5. 4 saylı Bakı «Asan Xidmət» mərkəzi tərəfindən verilmiş AZ-İ seriyalı 896895 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 **.08.20*7-ci il tarixdə ölmüşdür.
6. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı *66259 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 28.02.202*-ci il tarixdə ölmüşdür.
7. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 ilə X3 30.05.*968-ci il tarixdə 24 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Ələkbərova, ərə Ələkbərov soyadı verilmişdir.
8. Kürdəmir rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.*973-cü ildə doğulmuşdur, anası X3 və atası X**r.
9. Etibarnamənin surətindən görünür ki, X*3 *3.0*.2007-ci il tarixdə özünə məxsus *0 HM 447 dövlət qeydiyyat nişanlı “Vaz-2*0** minik” markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi *3.0*.2027-ci il tarixə kimi İddiaçı etibar etmişdir. *0. AAN № 24689* saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, *0 HM 447 dövlət qeydiyyat nişanlı “Vaz-2*0** minik” markalı nəqliyyat vasitəsinin sahibi X**r. **. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı Tağı oğluna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, **.08.20*7-ci il tarixdə vəfat etmiş atası X7 adına xx.xx.2025-ci il tarixdə V-207/2025 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *246-cı (miras qoyanın öldüyü məqamda qüvvədə olan) maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. AR MM *248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Yuxarıda qeyd edilənlərə əsasən mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə müraciət edilməlidir. *2. X8 tərəfindən 4 saylı Bakı “Asan xidmət” mərkəzinə təqdim edilmiş ərizənin surətindən görünür ki, o yazaraq bildirir ki, mərhum atası X7 **.08.20*7-ci il tarixli vəfatı ilə bağlı ondan qalan miras əmlakın ona çatası miras payının faktiki qəbul etməmiş, qəbul etmək niyyətində deyildir. *3. X9 tərəfindən 4 saylı Bakı “Asan xidmət” mərkəzinə təqdim edilmiş ərizənin surətindən görünür ki, o yazaraq bildirir ki, mərhum atası X7 **.08.20*7-ci il tarixli vəfatı ilə bağlı ondan qalan miras əmlakın ona çatası miras payının faktiki qəbul etməmiş, qəbul etmək niyyətində deyildir. *4. Kürdəmir rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 22.*2.*975-ci ildə doğulmuşdur, anası X3 və atası X**r. *5. 4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, X*2 *2.05.*980-ci ildə Kürdəmir rayonu, Kürdəmir şəhərində anadan olmuşdur. *8.02.*994-cü ildə vəfat etmiş X4 ölümü *5.03.*994-cü il tarixdə 66№li akt qeydi ilə Suraxanı rayon, Əmircan İcra nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. *6. Rayon, Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş *6.08.*988-ci il tarixli Qeydiyyat Şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Əmircan qəsəbəsi, Kommunist küçəsi, döngə 6, ev *8 a ünvanında yerləşən evin bir hissəsi X*0, bir hissəsi X5 məxsusdur.
İşin faktiki halları.
*7. İşin faktiki hallarından müəyyən olunur ki, VAZ-2*0** minik markalı, *0-HM-447 dövlət qeydiyyat nişanlı avtomobil AA-24689* №-li qeydiyyat şəhadətnaməsi əsasında iddiaçının atası X*0 məxsus olmuşdur. Bundan əlavə Rayon, Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş *6.08.*988-ci il tarixli Qeydiyyat Şəhadətnaməsinə əsasən Əmircan qəsəbəsi, Kommunist küçəsi, döngə 6, ev *8 a ünvanında yerləşən evin bir hissəsi X*0 məxsus olmuş və iddiaçı faktiki olaraq həmin ünvanda yaşayır. İddiaçının atası X*3 **.08.20*7-ci il tarixdə vəfat etmişdir. Mərhum atasının sağ olduğu vaxtdan bəri sözü gedən avtomobili müvafiq etibarnamə ilə o idarə etmişdir. Miras əmlakının qəbulu ilə əlaqədar cavabdeh notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinin *852 №-li, xx.xx.2025ci il tarixli məktubu ilə bildirilmişdir ki, **.08.20*7-ci il tarixdə vəfat etmiş atası X7 adına xx.xx.2025-ci il tarixdə V-207/2025 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *246-cı (miras qoyanın öldüyü məqamda qüvvədə olan) maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. AR MM *248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Yuxarıda qeyd edilənlərə əsasən mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə müraciət etməlidir. Müddəti ötürməyinin səbəbi qanunun tələbini səhv başa düşməyi olmuşdur.
Tətbiq edilən hüquq
*8. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə **33. Vərəsəlik anlayışı **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə **34. Vərəsələr **34.*. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə **45. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə **46. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə **5*. Miras əmlak **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. **5*.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə **59. Qanun üzrə vərəsələr **59.*. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə **60. Qanun üzrə vərəsəlik zamanı növbəlik Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə *243. Mirasın qəbul edilməsi *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə *246. Mirasın qəbul edildiyi müddət (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə *248. Mirasın qəbul edilməsi vaxtının uzadılması *248.*. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə *273. Mirasın qəbulunun hüquqi nəticələrinin baş verməsi vaxtı Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə *32*. Vərəsəlik şəhadətnaməsi anlayışı *32*.*. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. *32*.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. *32*.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə *322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
*9. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı
*. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən *246 və *273-*-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri 2.*. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.*. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *06. İşdə iştirak edən şəxslərin izahatları *06.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 2*8. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 2*8.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
2*. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarı
Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
22. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
Məhkəmənin mövqeyi
23. Məhkəmə işin faktiki hallarını, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
24. Belə ki, VAZ-2*0** minik markalı, *0-HM-447 dövlət qeydiyyat nişanlı avtomobil AA-24689* №-li qeydiyyat şəhadətnaməsi əsasında iddiaçının atası X*0 məxsus olmuşdur. Bundan əlavə Rayon, Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş *6.08.*988-ci il tarixli Qeydiyyat Şəhadətnaməsinə əsasən Əmircan qəsəbəsi, Kommunist küçəsi, döngə 6, ev *8 a ünvanında yerləşən evin bir hissəsi X*0 məxsus olmuş və iddiaçı faktiki olaraq həmin ünvanda yaşayır. İddiaçının atası X*3 **.08.20*7-ci il tarixdə vəfat etmişdir. Mərhum atasının sağ olduğu vaxtdan bəri sözü gedən avtomobili müvafiq etibarnamə ilə o idarə etmişdir. Miras əmlakının qəbulu ilə əlaqədar cavabdeh notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinin *852 №-li, xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, **.08.20*7-ci il tarixdə vəfat etmiş atası X7 adına xx.xx.2025-ci il tarixdə V- 207/2025 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *246-cı (miras qoyanın öldüyü məqamda qüvvədə olan) maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. AR MM *248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Yuxarıda qeyd edilənlərə əsasən mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə müraciət etməlidir. Müddəti ötürməyinin səbəbi qanunun tələbini səhv başa düşməyi olmuşdur.
25. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyriformal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyriformal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir və s.
26. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in *4.2 və 77.*-ci maddələri). Həmin Məcəlləsinin 78.*-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
27. Məhkəmə qeyd edir ki, miras qoyanın vərəsələr X8 və X9 4 saylı Bakı “Asan xidmət” mərkəzinə ərizə təqdim edərək mərhum atası X7 **.08.20*7-ci il tarixli vəfatı ilə bağlı ondan qalan miras əmlakın onlara çatası miras payının faktiki qəbul etmədiklərini və qəbul etmək niyyətində olmadıqlarını bildirmişlər. Digər müstəqil tələb irəli sürən üçüncü şəxs X2 miras əmlakda iddiaçının yaşadığını və həmin avtomobilin qardaşının istifadəsində olmasını əsas gətirərək ərizənin təmin olunmasına etiraz etməmişdir.
28. Hazırkı halda iddiaçı miras əmlaka dair qanun üzrə şəhadətnamə almaq niyyətindədir və bunun üçün müddətin ötürülməsinin üzrlü hesab olunmasını xahiş edir. İddiaçının konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar əks etdirir. Belə ki, iddiaçı atasının ölümü ilə bağlı olaraq miras əmlaka dair faktiki sahiblik hüququnu həyata keçirmiş və digər vərəsələr isə buna etiraz etməmişlər. İddiaçı miras əmlaka münasibətdə faktiki sahiblik hüququnu həyata keçirsə də, miras əmlakın qəbul edilməsinin formal üsulundan da istifadə etməmiş və bunu qanunu bilməməsi ilə əlaqələndirmişdir.
29. Məhkəmə qeyd edir ki, iddiaçı mirası faktiki olaraq qəbul etməsini nümayiş etdirsə də, notariat orqana qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunla müəyyən olunmuş müddət ərzində müraciət etməmişdir. Digər vərəsələrin miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsinə və qanun üzrə vərəsəlik şəhadətnaməsinin onun adına rəsmiləşdirilməsinə hər hansı bir etirazları yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, miras əmlakın faktiki olaraq iddiaçı tərəfindən qəbul edilməsi mübahisə doğurmadığından iddia tələbi təmin olunmalı və ötürülmüş müddət üzrlü hesab olunmalıdır. Məhkəmə xərcləri
30. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən *00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə
3*.Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 miras qalmış (VAZ 2*0** minik markalı, *0 HM 447 dövlət qeydiyyat nişanlı avtomobil və Bakı şəhəri, Əmircan qəsəbəsi, Kommunist küçəsi, döngə 6, ev *8 a ünvanında yerləşən evin bir hissəsi) əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsə İddiaçı tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab olunaraq bərpa edilməlidir. 32.Miras əmlakların (VAZ 2*0** minik markalı, *0 HM 447 dövlət qeydiyyat nişanlı avtomobil və Bakı şəhəri, Əmircan qəsəbəsi, Kommunist küçəsi, döngə 6, ev *8 a ünvanında yerləşən evin bir hissəsi) vərəsə İddiaçı tərəfindən qəbul edilmə faktı müəyyən olunmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: Ərizə təmin edilsin. X6 miras qalmış (VAZ 2*0** minik markalı, *0 HM 447 dövlət qeydiyyat nişanlı avtomobil və Bakı şəhəri, Əmircan qəsəbəsi, Kommunist küçəsi, döngə 6, ev *8 a ünvanında yerləşən evin bir hissəsi) əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsə İddiaçı tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab olunaraq bərpa edilsin. Miras əmlakların (VAZ 2*0** minik markalı, *0 HM 447 dövlət qeydiyyat nişanlı avtomobil və Bakı şəhəri, Əmircan qəsəbəsi, Kommunist küçəsi, döngə 6, ev *8 a ünvanında yerləşən evin bir hissəsi) vərəsə İddiaçı tərəfindən qəbul edilmə faktı müəyyən olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Leyla Talıbova