Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3658/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh tərəfindən **********00033 saylı abonent kodu üzrə 29 sentyabr 2020-ci il tarixli ******* nömrəli aktla iddiaçıya hesablanmış 216 manat və 04 aprel 2023-cü il tarixli ******* nömrəli aktla iddiaçıya hesablanmış 3110,4 manat, ümumilikdə isə iddiaçıya hesablanmış 3326,4 (üç min üç yüz iyirmi altı manat 40 qəpik) manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi. İddia tələbinin dəlilləri İddiaçı ünvan 1 ünvanında yaşayır və həmin yaşayış evi iddiaçıya məxsusdur. Qeyd edilən yaşayış evinə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş, **********00033 saylı abonent kodu açılaraq, yaşadığı evdə “Zenner G4” markalı Smart-kart tipli sayğac quraşdırılmışdır. İddiaçı bu vaxta qədər Smart karta pul yükləyərək, yüklədiyi pulun həcmində qazdan istifadə etmiş, kartda pul qurtaran zaman qaz kəsilmiş, normal olaraq yenidən pul yükləmədən qazdan istifadə edə bilməmişdir. İddiaçı həmin sayğacdan 04 aprel 2023-cü ilədək istifadə etmişdir. Lakin 04 aprel 2023-cü ildə cavabdehin əməkdaşları qaz sayğacını çıxarıb aparmış, yerinə başqa sayğac qoyulmuşdur. Bundan sonra iddiaçıya hər hansı bir irad bildirməmişdir. Sonradan isə iddiaçı Smart karta pul yükləyən zaman kartdan pulun silinməsini görmüş, bu barədə X3 Sahəsinə müraciət etdikdə iddiaçının qaz sayğacında müdaxilə aşkar edilməsi və nəticədə ona 22 sentyabr 2020-ci il tarixdə 216 manat və 04 aprel 2023-cü il tarixdə 3110,4 manat məbləğində borc hesablanması bildirilmişdir. İddiaçı bununla əlaqədar Azəriqaz İB-nə gedərək orada şikayətini bildirmiş, lakin oradan iddiaçıya “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lər təqdim edərək, onlar tərəfindən borcun silinməsinin mümkün olmaması bildirilmişdir. İddiaçının ümumiyyətlə heç bir zaman sayğaca müdaxilə etməmişdir, məhz bu baxımdan da Cavabdeh tərəfindən iddiaçıdan tələb edilən məbləğ əsassız hesab edilərək ləğv edilməlidir. Belə ki, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 29 sentyabr 2020-ci il tarixli ******* nömrəli və 04 aprel 2023-cü ;l tarixli ******* nömrəli Aktlardan görünür ki, iddiaçının evində quraşdırılmış köhnə sayğaclar çıxarılan zaman sayğacların üzərində olan plomb bütöv olmuşdur, yəni artıq bu hal göstərir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməmişdir. Çünki sayğaca plomb yalnız cavabdehin əməkdaşları tərəfindən vurulur və qaz sayğacının plombu qırılmadan onun içərisinə müdaxilə etmək mümkün deyildir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2020-ci ilin iyun, iyul və avqust ayında uşaqları Şəmkirdə olmuş, özü isə işdə olmuşdur. 2020-ci ildə o, xəstəxanada olan zaman uşaqları ona bildirmişdir ki, qaz sayğacı koda düşüb. O da qaz idarəsi ilə əlaqə saxlayıb, gəlib Qaz sayğacını dəyişdirmişlər. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının yaşadığı ünvanın qaz sayğacı dəyişdirilib. Belə ki, qaz sayğacının borusu deşildiyi üçün qaz sayğacı dəyişdirilib. İş materialları Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AKX-05511xx/xx- 2023 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, həmin müqavilə əsasında Cavabdeh İB tərəfindən İddiaçı məxsus mənzilin qazla təmin edilməsi razılaşdırılmışdır. Abonentin saldosundan görünür ki, ünvan 1 (keçmiş Kirov) ünvana dair **********00033 saylı abonentin 02.2013-cü ildən 06.2023-cü il tarixədək qalıq və aktlar üzrə 3110,40 manat məbləğində borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, ünvan 1 (keçmiş Kirov) ünvana dair **********00033 saylı abonentin 09.2020-ci ildən 10.2020-ci il tarixədək qazın sərfiyyatı 237 m3, 22,40 manat məbləğində ödəniş etmişdir. Abonentin saldosundan görünür ki, ünvan 1 (keçmiş Kirov) ünvana dair **********00033 saylı abonentin 02.2013-cü ildən 09.2023-cü il tarixədək qazın sərfiyyatı 25920 m3, qalıq və aktlar üzrə 3110,40 manat olmuş və 130.00 manat məbləğində ödəniş etmişdir. 6947821 saylı xx.xx.2023-cü il tarixli «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktdan görünür ki, abonent İddiaçıun qaz sayğacına baxış keçirilmiş və baxış zamanı qaz sayğacının borusunda dəlik aşkarlanmışdır (9966) 28 (2577). 6636248 saylı xx.xx.2020-ci il tarixli «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktdan görünür ki, abonent İddiaçıun qaz sayğacına baxış keçirilmiş və baxış zamanı qaz sayğac OFF rejiminə salınmır, menyular oxunmur. Sayğacın qulaqcığı qırıq vəziyyətdə aşkar olundu. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-3863-1 №-li Aktına əsasən G-4 markalı **********382 №li sayğacın çıxış plastmas borusu deşikdir. Sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. 6 x 24 x 180 = 25920 m3 cəmi 25920 m3. Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-cı il tarixli tələbnamədən görünür ki, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2020-cu il tarixli 29/1710-03575-1 №-li Aktına əsasən G-4 markalı 1202AQ**********4 №li sayğacın çıxış plastmas borusu deşilib. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. 4 x 6 x 90 = 2160 m3 . Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, xx/xx.2023-cü il tarixli dövlət yoxlamasına əsasən **********382 saylı sayğacın çıxarış plasmas borusu deşilib, hesablanmış mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğac istifadəyə yararsızdı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli. 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yerləşdirilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş şərtlərə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, sayğaca baxış keçirilməsi zamanı hər hansı bir foto və ya video çəkilişin aparılması da iş materilları ilə müəyyən edilmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-də vurğulanır ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Lakin iş materiallarından müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır.
Məhkəmənin gəldiyi nəticə İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Sona Nuriyeva küçəsi, dalan 2, 3 saylı evə **********00033 saylı abonent kodu üzrə 29 sentyabr 2020-ci il tarixli ******* nömrəli aktla hesablanmış 216 manat və 04 aprel 2023-cü il tarixli ******* nömrəli aktla hesablanmış 3110,4 manat olmaqla, ümumilikdə hesablanmış 3326,4 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Sona Nuriyeva küçəsi, dalan 2, 3 saylı evə **********00033 saylı abonent kodu üzrə 29 sentyabr 2020-ci il tarixli ******* nömrəli aktla hesablanmış 216 (iki yüz on altı) manat və 04 aprel 2023-cü il tarixli ******* nömrəli aktla hesablanmış 3110,4 (üç min bir yüz on manat qırx qəpik) manat olmaqla, ümumilikdə hesablanmış 3326,4 (üç min üç yüz iyirmi altı manat qırx qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova