Məhkəmə qərarları › İş №2(010)-368/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-368/2022

16.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-368/2022 16.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10.04.1987-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən ərizəçinin nümayəndəsi və vəkili X5 ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, ərizəçinin bacısı X6 10.04.1987-cü ildə Bakı şəhərində anadan olmuşdur. Hazırda ərizəçinin bacısı uzun müddətdir ki, psixi pozuntudan əziyyət çəkir. Ona həkimlər tərəfindən “Anadangəlmə ağır kəmağıllıq” diaqnozu qoyulmuşdur. Halhazırda bacısı tamamilə kənar şəxsləri qulluğundan asılıdır. Bu səbəbdən xəstə olan ərizəçinn bacısının əmək qabiliyyəti yoxdur və 1 -ci qrup əlildir. Hal-hazırda onun qanunla müəyyən edilmiş qəyyumu olmadığından o, demək olar ki, hüquqi cəhətdən yardımsız qalıb. Bunun isə başlıca səbəbi kifayət qədər əsas olmasına baxmayaraq ərizəçinin bacısının indiyədək məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsidir. Ərizəçinin bacısı X3 üzərində qəyyum təyin edilməsi ilə bağlı Suraxanı Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin Suraxanı Rayonu İcra Hakimiyyəti Z-30-099 saylı 05.10.2021-ci il tarixli cavabla bildirmişdir ki, qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məqsədəuyğundur. Ərizəçinin bacısı X3 əqli pozuntu diaqnozu var. Ərizəçinin bacısının şəxsi təmizliyinə və şəxsi gigiyenasına ərizəçi özü baxır. Odur ki, ərizədəki tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasına məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkili X2 izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən 14.11.1987-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 10.04.1987-ci ildə doğulmuş, və valideynləri X8 və X1r. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən 11.10.1985-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.1985-ci il də doğulmuş və valideynləri X8 və X1r. 102061 saylı vəsiqədən müəyyən olunur ki, X6 birinci qrup uşaqlıqdan əlildir. Suraxanı rayon İcra Hakimiyyətinin 05.10.2021-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, 10.04.1987-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 08.12.2021-ci il tarixli 2928 saylı rəyindən görünür ki, X4 “ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK. DAVRANİŞ POZUNTULARİ İLƏ” (F71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (psixofıziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, İ qmp əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (,bələdliyini pozulması, davranışının qeyh-adekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. 10.04.1987-ci il təvəllüdlü X4 orta dərəcəli əqli gerilik, davranış pozuntulan ilə müəyyən edilir. 10.04.1987-ci il təvəllüdlü X4 müəyyən edilən orta dərəcəli ağıl zəifliyi müəyyən edilir. 10.04.1987-ci il təvəllüdlü X6 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Buna görə də, P.A.Zairovanı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. 10.04.1987-ci il təvəllüdlü X6 psixi vəziyyətinə görə məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 10.04.1987-ci il təvəllüdlü X6 Ərizəçi bacısıdır. Ərizəçinin bacısı X3 orta dərəcəli əqli geriik davranış pozuntuları ilə (F71.1) aşkar olunmuşdur. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 10.04.1987-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10.04.1987-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar