Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3694/2022 20.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh3 ASC-nin nümayədəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Suraxanı Rayon İcra Şöbəsı̇ , "xxxx" MMC, Yelo Bank ASC-yə qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Suraxanı Rayon İcra Şöbəsı̇ , "xxxx" MMC, Yelo Bank ASC-yə qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, *5 may 20*6-cı il tarixində İddiaçı məxsus Bakı şəhəri, Suraxani rayon, Yeni Günəşli qəsəbəsi, ev *4*, mənzil 63 ünvanında yerləşən yaşayış sahəsinə dair keçirilən hərrac nəticələrinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X3 ilə bağladığı 0* iyun 2007-ci il tarixli zaminlik müqaviləsi ilə İddiaçı məxsus Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y\s *4* saylı evin ipoteka predmeti kimi tanınması ilə razılığa gəlmişdir. Lakin əsas borclu tərəfindən pul "xxxx" İKB ASC-yə ödənilmədiyindən, tələb Bakı Apellyasiya Məhkəməsinin *2 avqust 2009-cu il tarixli icra vərəqəsinə əsasən Ş. Abuşova məxsus sözügedən ipoteka predmetinə yönəldilmişdir. Belə ki, həmin icra vərəqəsinə əsasən, M.Mehdiyevin kredit müqaviləsindən irəli gələn 34.694.67 ABŞ dolları əsas borcun və 2.*54.30 ABŞ dolları faiz borcu və 584.9* ABŞ dolları pulu olmaqla cəmi 37.433.88 ABŞ dolları və 30.*0.2007-ci il tarixindən etibarən öhdəlik tam icra olunanədək hər bir təqvim günü üçün 52.04 ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin iddia qaldırılması üçün ödənilmiş *9 manat 80 qəpik dövlət rüsumunun, ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsaitə yönəldilməsi qət edilmişdir. 30 oktyabr 20*2-ci il tarixli Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş qərara əsasən, İddiaçı "05" gün müddətində icranın könüllü şəkildə icra edilməsi öhdəliyi qoyulmuş və əks təqdirdə, əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. 07 noyabr 20*2-ci ildə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisinə ünvanlanmış məktubda göstərilmişdir ki, icra tələbi müəyyən edilmiş vaxtda könüllü icra edilməmiş, bu səbəbdən də, ona əlavə olaraq 5 gün vaxt təyin edilmişdir. Əks halda isə, *6 noyabr 20*2-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" y\s, *4* saylı İddiaçı qızma məxsus sahəsi 38.3 kv.metr olan 3 otaqlı 63 saylı mənzildə yaşayanların evdən məcburi çıxarılması təyin edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinə verilmiş *7 noyabr 20*2-ci il tarixli məktubuna əsasən, İddiaçı qızma məxsus sözügedən mənzil üzərinə qadağa qoyulmuşdur. 20 aprel 20*5-ci il tarixli Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş qərara əsasən, X*0ma məxsus sözügedən mənzilin qiymətləndirilməsi üçün X* keçirən "xxxx" MMC-dən mütəxəssis dəvət edilməsi qərara alınmışdır. ** noyabr 20*5-ci il tarixli "xxxx" MMC tərəfindən İddiaçı məxsus ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı təqdim olunan hesabata əsasən, ümumi məbləğ 67000 manat müəyyən edilmişdir. *5 may 20*6-cı il tarixli Müqaviləyə əsasən, İddiaçı qızma məxsus sözügedən mənzilin hərrac yolu ilə "xxxx" X4 ASC-yə 47.7*3 min manata satılmışdır. 4 fevral 2022-ci il tarixli "xxxx" ASC tərəfindən Suraxanı rayon İcra şöbəsinin müdirinə göndərilən məktuba əsasən isə, X2 *2.08.2009-cu il tarixli qətnamə üzrə qalıq borcu *2353.*4 ABŞ dolları və 30 manat dövlət rüsumu təşkil etdiyindən, qətnamənin icrasını təmin etmək üçün icra tədbirlərinin davam etdirilməsi, eyni zamanda bankın mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən ev *4*, 63 saylı mənzilin boşaldılması ilə bağlı təyinat verilməsindən ötrü icra məmuruna göstəriş verilməsini xahiş etmişdir. Buna əsasən. Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti tərəfindən qəbul edilmiş İddiaçı ünvanlanmış xəbərdarlığa əsasən isə *5.05.20*6-cı il tarixli hərrac yekunları haqqında protokola əsasən mübahisəli mənzilin "xxxx" ASC-yə satılmasına baxmayaraq, mənzilin boşaldılmaması və bu səbəbdən mənzilin xx.xx.2022-ci il tarixə qədər könüllü surətdə boşaldılması tələb edilmişdir. 3* may 2022-ci il tarixli Suraxanı rayon İcra Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlığa əsasən isə, məcburi icra hərəkətlərinin həyata keçirilməsi xx.xx.2022-ci il tarixə təyin edilmişdir. 6 iyun 2022-ci il tarixli Bakı şəhər Suraxanı rayon İcra Şöbəsini qərarına əsasən isə. Bakı Apellyasiya Məhkəməsinin 2(*03)-37*7/2009 saylı icra sənədinin tələbləri tam icra olunduğu və xx.xx.2022-ci ildə sözügedən mənzildə yaşayanlar evdən çıxarılaraq tələbkarın nümayəndəsinə təhvil verildiyindən icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi Məhkəmə iclasında Cavabdeh3 ASC-nin nümayədəsi X** iddia tələbinə etirazını bildirib təmin edilməməsini xahiş etdi. Xahişini onunla əsaslandırdı ki, iddiaçının qətnamənin icrası mərhələsində edilən prosessual hərəkətlərdən məlumatları olmuşdur. Ona görə də, onun tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizənin təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdehlər "xxxx" MMC-yə "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,cavabdehlər səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə cavabdehlərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin *2 avqust 2009-cu il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *3 mart 2008-ci il tarixli qətnaməsi 3.200 manat nümayəndəyə ödənilən məbləğ hissəsində dəyişdirilərək həmin pulun *000 manat məbləğində müəyyən edilməsi, kredit Müqaviləsinin təminatı kimi 0* iyun 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipotekaya qoyulmuş və İddiaçı məxsus Bakı şəhəri, Suraxani rayon, Yeni Günəşli qəsəbəsi, ev *4* ünvanında 38.3 kv.metr olan, 3 otaqlı 63 saylı mənzildə yaşayanların hüquqlarına xitam verilməklə evdən çıxarılmaları, M.Mehdiyevin kredit müqaviləsindən irəli gələn 34.694.67 ABŞ dolları əsas borcun və 2.*54.30 ABŞ dolları faiz borcu və 584.9* ABŞ dolları dəbbə pulu olmaqla cəmi 37.433.88 ABŞ dolları və 30.*0.2007-ci il tarixindən etibarən öhdəlik tam icra olunanədək hər bir təqvim günü üçün 52.04 ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin iddia qaldırılması üçün ödənilmiş *9 manat 80 qəpik dövlət rüsumunun, ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsaitə yönəldilməsi qət edilmişdir. - Suraxanı Rayon İcra Şöbəsinin 30.*0.20*2-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *2 avqust 2009-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış və borclu İddiaçı tələbin könüllü icra edilməsi üçün 05 gün müddətinə vaxt verilmişdir. - Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 20 aprel 20*5ci il tarixli qərara əsasən, X5 məxsus sözügedən mənzilin qiymətləndirilməsi üçün X* keçirən "xxxx" MMC-dən mütəxəssis dəvət edilməsi qərara alınmışdır. - ** noyabr 20*5-ci il tarixli "xxxx" MMC tərəfindən İddiaçı məxsus ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı təqdim olunan hesabata əsasən, ümumi məbləğ 67000 manat ( altmış yeddi min manat) müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinə verilmiş *7 noyabr 20*2-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus sözügedən mənzil üzərinə qadağa qoyulmuşdur. - "xxxx" Hərracın nəticələri haqqında *5 may 20*6-cı il tarixli, Y-2*5 saylı yekun Protokoldan görünür ki, hərracın təşkilatcısı "xxxx" MMC olmuş, satılan əmlak İddiaçı məxsus mübahisəli mənzil ilkin olaraq 67000 manata qiymətləndirilmiş, ilkin satış qiymətinin enmiş faizləri təkrar hərracda *5% və 25% olmaqla əmlakın son qiyməti 42.7*3 manat təşkil etmiş və ipoteka saxlayan satılan əmlakı 42.7*3 manata almışdır. - Suraxanı Rayon İcra Şöbəsinin 03 iyun 20*6-cı il tarixli, məktubundan görünür ki, "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y-2*5 nömrəli yekun protoklu məlumat üçün X5 göndərilmiş və 06.06.20*6-cı il tarixdə X8 tərəfindən imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir. - *5.03.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş və İddiaçı ünvanlanmış xəbərdarlığa əsasən, *5.05.20*6-cı il tarixli hərrac yekunları haqqında protokola əsasən mübahisəli mənzilin "xxxx" İBK ASC-yə satılmasına baxmayaraq, mənzilin boşaldılmaması və bu səbəbdən mənzilin xx.xx.2022-ci il tarixə qədər könüllü surətdə boşaldılması tələb edilmişdir. - 3* may 2022-ci il tarixli Suraxanı rayon İcra Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıqdan görünür ki, məcburi icra hərəkətlərinin həyata keçirilməsi xx.xx.2022-ci il tarixə təyin edilmişdir. - 6 iyun 2022-ci il tarixli Bakı şəhər Suraxanı rayon İcra Şöbəsini qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(*03)-37*7/2009 saylı icra sənədinin tələbləri tam icra olunduğu və xx.xx.2022-ci ildə sözügedən mənzildə yaşayanlar evdən çıxarılaraq tələbkarın nümayəndəsinə təhvil verildiyindən icraata xitam verilmişdir. - Cavabdeh3 ASC-nin **.08.2022-ci il tarixli ərizəsindən görünür ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı hərracın etibarsız sayılması barədə tələbini onunla əsaslandırır ki, ipoteka predmeti olan əmlakla bağlı qiymətləndirmə aparılarkən və qiymət müəyyən olunarkən, həmçinin hərrac keçirilib əmlak satılarkən ona məlumat verilməmişdir. Əmlakının satılmasını və mülkiyyət hüququnun Banka keçməsini yalnız icra məmurları onun evinə gələrkən bilmişdir. Ona görə də tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh Yelo Bank ASC isə iddiaçının dəlilinə əks sübut kimi əvvəlki illərə aid sənədlərə istinad edərək iddiaçının icra hərəkətlərindən məlumatlı olduğunu, beləliklə də, hazırkı tələb üzrə müəyyən edilmiş iddia müddətini buraxdığını bildirir. AR Mülki Məcəlləsinin 4*6.*.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 337.*.-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə iddiaçının əsas gətirdiyi, mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi dəlili ilə bağlı qeyd edir ki, Suraxanı Rayon İcra Şöbəsinin 03 iyun 20*6-cı il tarixli, məktubuna əsasən "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y-2*5 nömrəli yekun protoklu məlumat üçün X5 göndərilmiş və 06.06.20*6-cı il tarixdə X8 tərəfindən imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 202*-ci il tarixli Qərarında qeyd edilir ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Həmin Qərarda qeyd edilir ki, bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Qanunvericilikdə hərracın keçirilməsinin, qiymətli kağızların buraxılışının və vəsiyyətnamələrin yalnız məhkəmə qərarı ilə etibarsız hesab oluna biləcəyi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 4*6, *078- 27.*.3 və *225.3-cü maddələri). Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi həmin Qərarında son olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Mülki Məcəllənin 354.2.-ci maddəsimnə görə Bu Məcəllənin 347.*-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəllənin 550-ci maddəsinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Yuxarıda qeyd edilənlərə əsaslanaraq, məhkəmə bildirir ki, hazırkı işdə iddiaçı, barəsində tələb irəli sürdüyü əqdi mübahisələndirmək imkanını itirmişdir. Çünki, iddiaçı həmin əqd barəsində ən azından 20*6-cı ildən məlumatlı olmuşdur. Bunun davamı olaraq, iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, ərizə əsaslı deyildir. Ona görə ki, artıq qeyd edildiyi kimi, iddiaçının ötürdüyü müddət iddia müddəti deyil, kəsici müddətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.*.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin **9.*-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 2*7.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı nın cavabdehlər Suraxanı Rayon İcra Şöbəsı̇ , "xxxx" MMC, Yelo Bank ASCyə qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3694/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3694/2022
20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver