Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-371/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçinin nümayəndəsi X* iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı *4.03.*972-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, *4.03.*972-ci il təvəllüdlü X5 uşaqlıqdan əlildir. Belə ki, uşaqlıqdan ağır dərəcəli əqli gerilikdən, ağır kəmağıllıqdan əziyyət çəkir. Əlillik müddətsiz verilmişdir. Bacısına o baxır, belə ki, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Onu tək harasa çıxmağa qoymur. Bacısı öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Onun yaddaşı yoxdur, öz fikirlərini izah etmək qabiliyyəti yoxdur, evdən tək buraxmaq mümkün deyildir. O, bacısının üzərində qəyyum təyin olunması məqsədi ilə Bakı şəhəri Suraxanı rayon,İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti özünün xx.xx.2022-ci il tarixli məktubu ilə bacısı X2 "fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı" məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi X4 ərizəsində qeyd olunanlara uyğun izahat verib onun təmin edilməsini xahiş etdi. Mülki iş üzrə maraqlı şəxs Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Doğum haqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*968-ci ildə anadan olmuşdur. X8, anası Məmmədova Şərqiyədir. - Doğum haqında şəhadətnamənin surətindən görünür ki, X5 *4.03.*972-ci ildə anadan olmuşdur. X8, anası Məmmədova Şərqiyədir. - *8*0*8 nömrəli vəsiqənin surətindən görünür ki, *4.03.*972-ci ildə anadan olmuş X5 ikinci qrup əlildir. -Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının Ərizəçi müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırki məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 24.*2.2022-ci il tarixli 3448 saylı rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hazırki psixiatrik müayinənin nəticələri – doğuş zədəsi ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqin qeyri-aydın olmaqla tək-bir sözlərdən ibarət olması, psixi vəziyyəti ilə əlaqədar fərdi qaydada psixiatr tərəfindən ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, əqli inkişafdan geri qalması, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, əsəbiliyi, fizioloji ifrazatları ilə natəmiz olması, davranış pozuntularının biruzə verməsi, evdə yersiz hərəkətlərə yol verməsi, qeyri-müəyyən səslər çıxarması, əsəbiliyi, ömürlük 2-ci qrup əlil olması, davranış pozuntuları, narahatlığı, hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi ilə əlaqədar, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, psixiatrik kabinetdə qeydiyyatda olmaqla evdə sakitləşdirici müalicə qəbul etməsi, hazırki müayinə zamanı yoxlanılam şəxsdə ağır dərəcəli əqli geriliyin müəyyən edilməsi və.s sübut edir. Belə nəticəyə gəlinir ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən də onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Hazırki psixi vəziyyət onun məhkəmədə iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 3*7.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 32*.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işə əlavə edilən sənədlərlə müəyyən edilir ki, X2 fəaliyyət qabiliyyəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və *4.03.*972-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. *4.03.*972-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-371/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-371/2023
25.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver