Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3723/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi, Cavabdeh2, və Cavabdeh6 nümayəndəsinin iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbi barədə olan mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən atası Ağasəlim Məsməli oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanda olan 0.061450 ha torpaq sahəsinin vərəsələr arasında bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsini qaytarmaqla mülki işin baxılmamış saxlanılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanılıb, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etdi. Məhkəmə baxış iclasında Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi, Cavabdeh2, və Cavabdeh6 nümayəndəsi İddiaçı Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işin mahiyyəti üzrə həll olunmasını tələb etməyərək, iddiaçı tərəfinAzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilərək, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını barədə ərizəsi təmin edilsin İddiaçı Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3723/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3723/2021
14.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver