Məhkəmə qərarları › İş №2(010)-3728/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3728/2021

29.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3728/2021 29.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştrakı ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə, onun Suraxanı rayonu, Yeni Günəşli Y/M, “V” massivi, ev 21, mənzil 91 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Adıçəkilən evə dair 16.07.1998-ci il tarixində Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh ilə 2001-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahdann 28.01.2002-ci il təvəllüdlü X3 doğulmuşdur. Sonradan aralarında bağlanmış nikah Suraxanı Rayon Məhkəməsinin 13.11.2007-ci il tarixli 2-1534/2007 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin vaxtdan cavabdeh ona məxsus olan mənzildən çıxıb getmişdir və 14 ilə yaxındır ki, ona məxsus olan mənzildə yaşamır. Bu faktı 63 saylı MKİS-dən verilmiş 471 saylı 26.05.2021-ci il tarixli arayışla da sübut olunur. 2018-ci ildə məhkəməyə müraciət edərək Cavabdeh yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Lakin, Suraxanı Rayon Məhkəməsinin 19.10.2018-ci il tarixli 2(010)-5376/2018 saylı qətnaməsi ilə iddiası təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, Cavabdeh və X1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M, “V” massivi, ev 21, 91 saylı mənzilə istifadə hüquqları faktiki olaraq 2001-ci ildən rəsmi olaraq isə 2003-cü ildən mövcud olduğundan onların həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiası əsassızdır. Cavabdehin ona məxsus mənzilə olan qeydiyyatı və istifadə hüquqi formal xarakter daşıyır.Cavabdeh başqa yerdə yaşayır və onun yaşayış yeri var. Məhkəmə iclasıda iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib tələbinin təmin edilməsini xahiş etdi. Bundan başqa, məhkəməyə ərizə təqdim edərək bildirdi ki, Cavabdeh kompensasiya kimi 7000 manat ödəməyə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh 7000 manat kompensasiya müqabilində iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - Seriya ÖM №157354 saylı Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 21 saylı evin 91 saylı mənzili X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 896 saylı reyestr kitabında 16.07.1998-ci il tarixində qeydiyyat aparılmışdır. - Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 62 saylı Mənzil Kommunal İstismarı sahəsi tərəfindən verilən 471 nömrəli 26 may 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olsa da, orada yaşamır. - 06.05.2021-ci il tarixdə verilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - ünvan 3 oktaybr 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilir ki, qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, «Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçinin və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh kompensasiya vermək yolu ilə özünün mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi istəyir. Tələbin əsaslandırması ondan ibarətdir ki, cavabdeh iddiaçıya özünün mülkiyyət hüquqlarını sərbəst şəkildə həyata keçirmələrinə maneə törədir.Həmçinin cavabdeh qeyd edilən kompensasiya məbləği ilə razıdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını əsas tutaraq və işin hallarına hüquqi qiymət verərək hesab edir ki iddia tələbi əsaslıdır. Belə ki, qanunvericiliyin tələbinə görə yaşayış sahəsinə istifadə hüququ olan şəxsə qarşı mülkyyətçi tərəfindən istifadə hüququna xitam verilməsi tələbi irəli sürülərkən istifadə hüququna son qoyulmasının əvəzi kimi yaşayış sahəsinin yerləşdiyi ərazi və digər parametrlər nəzərə alınaraq kompensasiya müəyyən edilməlidir. Qanunverici məhdud əşya hüququ olan istifadə hüququna münasibətdə mütləq əşya hüququ olan mülkiyyət hüququnu üstün tutsa da, hüquq itirən şəxsin layiqli həyat şəraitinə uyğun şəkildə yaşayış yeri ilə təmin olunması hüquunu da tanıyır və buna görə də itirilmiş hüququn əvəzinə kompensasiya verilməsini nəzərdə tutur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 217-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İdrı̇ sova Səbı̇ nə Cəlal qızına iddiaçı Məhəmmədov İkrameddı̇ n Həsənbəyovı̇ ç tərəfindən 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə İdrı̇ sova Səbı̇ nə Cəlal qızının ünvan 4 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar