Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3752/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Bakı şəhəri 10 saylı Notariat Ofisinə qarşı mirasın bölüşdürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Bakı şəhəri 10 saylı Notariat Ofisinə qarşı mirasın bölüşdürülməsi tələbinə dair məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Həzi Aslanov küçəsində, yerləşən 14 saylı yaşayış evinə X1 1/3 hissədə, İddiaçı2 oğlunun 1/3 hissədə və İddiaçı1 Berəli oğlunun 1/3 hissədə miras payənən müəyyən edilməsi və həmin payların ayı-ayrılıqda vərəsələrin mülkiyyəti hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 yazılı ərizə təqdim edərək, iddianın geri götürməsini, bununla əlaqədar mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasınadək Bakı şəhəri 10 saylı Notariat ofisi tərəfindən göndərilmiş ərizəyə əsasən, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq göstərilən tarixdə məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı3 iddia ərizəsinin geri qaytarılmasına və işin baxılmamış saxlanılmasına dair ərizəsini verdiyinə görə, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Bakı şəhəri 10 saylı Notariat Ofisinə qarşı mirasın bölüşdürülməsi tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.11, 260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Bakı şəhəri 10 saylı Notariat Ofisinə qarşı mirasın bölüşdürülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və işdəki sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3752/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3752/2021
12.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver