Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3773/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X6 iclas katibliyi ilə Ərizəçi maraqlı şəxs DƏDKR X20 * saylı Bakı Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs DƏDKR X20 * saylı Bakı Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair *972-ci ilin iyun ayında tərtib edilmiş texniki pasportun 20 dekabr 2000-ci il tarixdə rəhmətə getmiş Məmmədov Murtuzəli Ələkbər oğluna məxsus olması barədə hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi 29 avqust *978-ci ildə anadan olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında X7, ana qrafasında isə X*4 qeyd edilmişdir. X* 03 dekabr 2000-ci ildə rəhmətə getmişdir. Atasının ölüm haqqında şəhadətnaməsində də adı X2 qeyd edilmişdir. Atasına məxsus hüquqmüəyyənedici sənədlərdə adı X2 göstərilmişdir. Lakin Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair *972-ci ilin iyun ayında tərtib edilmiş texniki pasportda atasının adı səhvən X4 göstərilmişdir. Texniki pasportda atasının adı "X7" əvəzinə ""X**" kimi göstərilmişdir. Lakin hal-hazırda atasından miras qalmış fərdi yaşayış evini vərəsəlik qaydasında qəbul etməyi üçün ilk növbədə mərhum atasının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə müraciət edən zaman hüquqmüəyyənedici sənəddə uyğunsuzluq olduğundan həmin sənəddə müvafiq dəyişikliyin edilməsi Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığından, sənədin şəxsə məxsus olması barədə mülki prosessual qanunvercilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir.
4. Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
5. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X*5 **.**.*965-ci ildə nikaha daxil olmuşdurlar.
6. 252678 nömrəli, *6 sentyabr *978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*978-ci il tarixdə anadan olmuşdur. X*, anası X*4dır.
7. AZ seriyalı, 050925 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 20.*2.2000-ci il tarixdə vəfat etmişdir.
8. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair *972-ci ilin iyun ayında tərtib edilmiş texniki pasportdan görünür ki, qeyd olunan fərdi yaşayış evi X8 adına qeydiyyata alınmışdır.
9. Məhkəmənin 07 oktyabr 2024-cü il tarixli iclasında şahid qismində dindirilən X3 bildirdi ki, Ərizəçi qonşusudur. Mərhumun adı X7 idi. *0. Məhkəmənin 07 oktyabr 2024-cü il tarixli iclasında şahid qismində dindirilən X*6 bildirdi ki, ərizəçinin qonşusudur. Mərhumun adı X7 idi. **. Məhkəmənin 07 oktyabr 2024-cü il tarixli iclasında şahid qismində dindirilən X9 da digər şahidlər kimi bildirdi ki, ərizəçinin qonşusudur. Mərhumun adı X7 olmuşdur.
İşin faktiki halları.
*2. İşin faktiki halları ondan ibarətdir ki, Ərizəçi atasının adının X7 olduğunu, lakin mərhum atasına məxsus olan fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş texniki pasportda atasının adı səhvliklə Məmmədov Murtuk kimi qeyd edildiyini bildirir. Hesab edir ki, məhkəmə qaydasında həmin fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədinin atası – X5 məxsus olması faktı müəyyən edilməlidir.
Tətbiq edilən hüquq.
*3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*4. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmənin mövqeyi.
*5. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. *6. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi atasının ad soyad və ata adı təqdim edilmiş ona məxsus olan bütün sənədlərdə X2 qeyd edilmiş, lakin təkcə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair *972-ci ilin iyun ayında tərtib edilmiş texniki pasportda həmin şəxsin adı səhvliklə X** olaraq qeyd edilmişdir. Eyni zamanda, məhkəmə iclasında şahid qismində dindirilən şahidlər də bildirmişdir ki, mərhumun ad soyad və ata adı X7 olmuşdur. *7. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normaları baxımdan hesab edir ki, hazırki ərizənin təmin edilməməsi üçün hər hansı əsas mövcud deyil və ərizə təmin edilməklə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair *972-ci ilin iyun ayında tərtib edilmiş texniki pasportun 20 dekabr 2000-ci il tarixdə vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilməlidir. Ona görə ki, işə əlavə edilmiş digər sənədlərdən də görünür ki, barəsində ərizə verilmiş şəxsin ad soyad və ata adı X7 olmuş, lakin yuxarıda qeyd edilən sənəddə səhvən adı Murtuk kimi qeyd edilmişdir.
Məhkəmə xərcləri
*8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *9. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair *972-ci ilin iyun ayında tərtib edilmiş texniki pasportun 20 dekabr 2000-ci il tarixdə vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. 2*. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair *972-ci ilin iyun ayında tərtib edilmiş texniki pasportun 20 dekabr 2000-ci il tarixdə vəfat etmiş X5 məxsus olması faktı təsdiq edilsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov