Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3785/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçinın (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi xx.xx.2010-cu il təvəllüdlü X2 faəliyyət qabiliyyəti olmayan hesab edilməsi. Ərizəçinin tələbini əsaslandırdığı hallar Ərizəçi xx.xx.2010-cu il təvəllüdlü qızı X5 uşaqlıqdan psixi xəstəlikdən əziyyət çəkməklə böyümüşdür. Hazıradək hərəkətlərini normal idarə edə bilmir. O, üçüncü dərəcəli əlildir. Onun əlilliyi təsdiq olunmuşdur. Qızı öz hərəkətlərini və davranışını idarə edə bimədiyi üçün anası ona qulluq edib yanında saxlayır. Anası onlardan ayrı yaşayır. Qızının maddi və mənəvi dəstəkçisi və baxımı ilə özü və anası məşğul olur. Bu səbəbdən də onun qəyyumu təyin olunmaq istəyir. O, qəyyumluq təyini ilə bağlı Bakı şəhəri Suraxanı rayon icra hakimiyyətinə müraciət etmiş, lakin oradan ona xx.xx.2024-cü il tarixli məhkəməyə müraciət etməsi hüququnun izah ediməklə imtina məktubu verildi. Qızı onunla birlikdə ünvan 1 ünvanında yaşayır. Bu səbəbdən də o, yaşayış yeri üzrə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Proses iştirakçılarının izahatları Məhkəmə iclasında dindirilən ərizəçi Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2010-cu ildə doğulmuşdur. Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. X4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, azyaşlı qızı xx.xx.2010-cu il tarixdə doğulmuş X2, nənəsi –X1 qəyyumluğuna verilməsinə etiraz etmir, razıdır. Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X5 «uşaq autizmi kanner sindromu, yüngül kəmağıllıq, nitq və davranış pozuntusu, İQ-54» diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əllildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X8 xx.xx.2025-ci il tarixli 3020 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X3 uşaq autizmi (Kanner sindromu) orta əqli gerilik davranış pozuntuları ilə (F84.02) qeyd olunur. Bunu anamnestik məlumatlar- körpəlikdən psixofiziki inkişafdan geri qalması, qıcolma tutmalarının özünü büruzə verməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, xəstəliyi ilə əlaqədar İİİ dərəcəli əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - verbal ünsiyyətə daxil ola bilməməsi, stereotip hərəkətləri təkrarlaması, ona ünvanlanan sualların bir qismini başa düşməməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, davranışı üzərində nəzarətinin zəifləməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. X3 uşaq autizmi (Kanner sindromu) orta əqli gerilik davranış pozuntuları ilə qeyd olunur. X5 onda qeyd olunan əqli gerilik orta dərəcədə təzahür edir. X5 onda qeyd olunan psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tətbiq olunan hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır Məhkəmənin mövqeyi Ərizəçi, xx.xx.2010-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini istəyir. Ərizəçi Ərizəçi, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini istədiyi xx.xx.2010-cu il təvəllüdlü X2 atasıdır. Ərizəçinin qızı xx.xx.2010-cu il təvəllüdlü X3 uşaq autizmi (Kanner sindromu) orta əqli gerilik davranış pozuntuları ilə (F84.02) qeyd olunur. X3 uşaq autizmi (Kanner sindromu) orta əqli gerilik davranış pozuntuları ilə qeyd olunur. X5 onda qeyd olunan əqli gerilik orta dərəcədə təzahür edir. X5 onda qeyd olunan psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. Məhkəmənin gəldiyi nəticə Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.2010-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3785/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3785/2025
02.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver