Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3798/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı atadan miras qalmış paydan hissəvi icarə haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı atadan miras qalmış paydan hissəvi icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X8 Bakı şəhəri, Nərimanov rayonu, X24 prospekti, 99 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 2021-ci ilin sentyabr ayından qətnamə qəbul edilən tarixə qədər ona çatacaq icarə haqqının yarı hissəsi payının verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, atası X12 xx.xx.2021-ci il tarixdə “COVİD-19”dan vəfat etmişdir, onun hüquqi varisləri mənimlə yanaşı qardaşı Cavabdeh, erməni əsilli X9 (anası), hansının ki, Respublikada yaşamaq hüququ olmadan, heç bir sənədə malik olmayaraq, atam tərəfindən əldə edilmiş Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi D, ev 11, mənzil 4-də yaşayaraq aralarında atasının sağlığından əmlaklar üzrə mübahisə davam etməkdədir və hal-hazırda atası vəfat etdikdən sonra 2021-ci ilin sentyabr ayından Bakı şəhəri, Nərimanov rayonu, X24 prospekti, 99 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi (02226 №-li, xx.xx.2004-cü il tarixli dövlət əmlakının qeydiyyatından keçmiş) çıxarış əsasında onlar tərəfindən müxtəlif icarədarlara icarəyə verərək, bəhrələnərək bu günə qədər ona çatacaq pul vəsaitini verməyərək qəsdən müxtəlif məhkəmələrdə mənasız və mahiyyətsiz iddia ərizələri verməklə vaxtı uzadaraq nəzərə almırlar ki, “11” yanvar 2021-ci il tarixdə Bakı şəhəri 3 saylı “ASAN” Xidmətdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəlik işi açılmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, ərizədə qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbi ilə razı olmadığını bildirərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: - Qeydiyyat tarixi xx.xx.2014-cü il, Qeydiyyat nömrəsi ********** AR DƏDRX-nin Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X24 prospekti 99 ünvanında yerləşən ümumi sahəsi 298 kv.m olan qeyri-yaşayış binası-yeməkxana X5 mülkiyyətindədir. -xx.xx.2015-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X12 Bakı şəhəri, Nərimanov rayonu, X24 prospekti 99 ünvanında yerləşən ümumi sahəsi 298 kv.m olan qeyri-yaşayış sahəsindən 20 kv.m hissəni icarəçi X1 aylıq icarə haqqı 200 manat olmaqla icarəyə vermişdir. -xx.xx.2015-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X12 Bakı şəhəri, Nərimanov rayonu, X24 prospekti 99 ünvanında yerləşən ümumi sahəsi 298 kv.m olan qeyri-yaşayış sahəsindən 20.2 kv.m hissəni icarəçi X3 aylıq icarə haqqı 150 manat olmaqla icarəyə vermişdir. -xx.xx.2015-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X12 Bakı şəhəri, Nərimanov rayonu, X24 prospekti 99 ünvanında yerləşən ümumi sahəsi 298 kv.m olan qeyri-yaşayış sahəsindən 12 kv.m hissəni icarəçi X6 aylıq icarə haqqı 150 manat olmaqla icarəyə vermişdir. -xx.xx.2016-cı il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X12 Bakı şəhəri, Nərimanov rayonu, X24 prospekti 99 ünvanında yerləşən ümumi sahəsi 298 kv.m olan qeyri-yaşayış sahəsindən 27.1 kv.m hissəni icarəçi Cavabdeh aylıq icarə haqqı 50 manat olmaqla icarəyə vermişdir. -xx.xx.2016-cı il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X12 Bakı şəhəri, Nərimanov rayonu, X24 prospekti 99 ünvanında yerləşən ümumi sahəsi 298 kv.m olan qeyri-yaşayış sahəsindən 20.2 kv.m hissəni icarəçi X10 aylıq icarə haqqı 120 manat olmaqla icarəyə vermişdir. -xx.xx.2016-cı il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X12 Bakı şəhəri, Nərimanov rayonu, X24 prospekti 99 ünvanında yerləşən ümumi sahəsi 298 kv.m olan qeyri-yaşayış sahəsindən 3 kv.m hissəni icarəçi X4 aylıq icarə haqqı 50 manat olmaqla icarəyə vermişdir. -xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X12 Bakı şəhəri, Nərimanov rayonu, X24 prospekti 99 ünvanında yerləşən ümumi sahəsi 298 kv.m olan qeyri-yaşayış sahəsindən 11.1 kv.m hissəni icarəçi X11 aylıq icarə haqqı 100 manat olmaqla icarəyə vermişdir. -xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X12 Bakı şəhəri, Nərimanov rayonu, X24 prospekti 99 ünvanında yerləşən ümumi sahəsi 298 kv.m olan qeyri-yaşayış sahəsindən 20.1 kv.m hissəni icarəçi X2 aylıq icarə haqqı 150 manat olmaqla icarəyə vermişdir. -xx.xx.2018-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X12 Bakı şəhəri, Nərimanov rayonu, X24 prospekti 99 ünvanında yerləşən ümumi sahəsi 298 kv.m olan qeyri-yaşayış sahəsindən 12 kv.m hissəni icarəçi X7 aylıq icarə haqqı 150 manat olmaqla icarəyə vermişdir. -xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X12 Bakı şəhəri, Nərimanov rayonu, X24 prospekti 99 ünvanında yerləşən ümumi sahəsi 298 kv.m olan qeyri-yaşayış sahəsindən 30.3 kv.m hissəni icarəçi X13 aylıq icarə haqqı 200 manat olmaqla icarəyə vermişdir. - AZ-İİ 208309 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci ildə tarixdə törədicisi müəyyən olunmamış digər pnevmoniyadan vəfat etmiş və bu barədə xx.xx.2021-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 855 № ilə qeyd edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1094/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi və İddiaçı Cavabdeh qarşı şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair qarşılıqlı ərizəsi təmin edilməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı mərhum atasından miras qalan əmlaka münasibətdə vərəsə olması ilə əlaqədar olaraq icarəyə verilmiş həmin əmlakın icarə haqqından ona payına düşməli olan hissənin verilməsini tələb edir. Cavabdeh tərəf isə öz növbəsində iddia tələbini tamamilə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1.-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, mübahisə obyekti olan əmlakla bağlı vərəsə olmasını sübut edən dəlilləri məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddia predmetinə münasibətdə vərəsəlik hüquqlarının olmasını sübut edə bilmədiyinə görə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı atadan miras qalmış paydan hissəvi icarə haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3798/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3798/2022
13.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver