Məhkəmə qərarları › İş №2(010)-3799/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3799/2022

22.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3799/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə , Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X2 Bürosunun verdiyi iyun 1972-ci il tarixli 0.655 ha (6550.4 kv m =65.5 sot) torpaq üzərində 67.1 kv m fərdi yaşayış evinin mülkiyyətə verilməsi haqqında texniki pasportu əsasında ünvan 1 ünvanındakı mülkiyyətə verilmiş fərdi yaşayış sahəsinin xx.xx.1992-ci il tarixdə vəfat etmiş xx.xx.1936-cı il təvəllüdlü X9 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda doğulmuşdur. Ərizəyə əlavə etdiyi AZ-İİ № 273611 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1992-ci il tarixdə infarkt səbəbi ilə vəfat etmişdir. Ərizəyə əlavə etdiyi AZ № 098073 saylı ölüm haqqında digər şəhadətnamədən isə görünür ki, anası X10 xx.xx.2001-ci il tarixdə xroniki qan dövranı çatışmamazlığı səbəbi ilə vəfat etmişdir. Qeyd edir ki, mərhum X3nun və mərhum anası X4 varislərindən (vərəsəsi) və övladlarından biri odur. Amma bacısı X15 mərhum atalarından qalan mülkdən imtina edir. Ərizəyə əlavə etdiyi Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X2 Bürosunun verdiyi iyun 1972-ci il tarixli fərdi yaşayışın mülkiyyətə verilməsi haqqında texniki pasportundan görünür ki, ünvan 2 ünvanındakı əmlak X12.verilmişdir. Bildirir ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X2 Bürosunun verdiyi iyun 1972-ci il tarixli fərdi yaşayışın mülkiyyətə verilməsi haqqında texniki pasportda mərhum atasının soyadı səhv qeyd olunmuşdur. Belə ki soyadı Həsənov yox, Hüseynovdur. Qeydiyyatda olduğu Mağaza küç ev 23 ünvanında ondan, bacısından, mərhum atasından və anasından və yaxın qohumlardan başqa heç kəs qeydiyyatda olmayıb və X16 adında şəxs yoxdur ki 1972-ci ildən qalma mülkə sahib olmuş olsun. Mağaza küç ev 23 yeganə sahibi X3 olub. Hamıya məlum olan haldır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X2 Bürosu ləğv olunduqdan sonra həmin dövlət orqanının bütün səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə verilmişdir. Belə olan halda bu uyğunsuzluğun aradan qaldırılması da onların səlahiyyətləri daxilində olduğundan xx.xx.2022-ci il tarixdə və ondan qabağki tarixlərdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X2 Bürosunun verdiyi iyun 1972-ci il tarixli fərdi yaşayışın mülkiyyətə verilməsi haqqında texniki pasportuna əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi Mağaza küçəsi ev 23 ünvamndakı 0.655 ha (6550,4 kv m) torpaq sahəsi 67.1 kv m evi mərhum X7 mülkiyyətinə verilmiş uyğunsuzlar aradan qaldırılmasını və həmin texpasportda düzəliş edilərək “X16” sözlərinin “X14” sözləri kimi qeyd olunmasını xahiş etmişdi. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məktubla cavab vermişdir ki, fərdi yaşayış sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37.2.5-ci maddəsinə uyğun olaraq, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin ( həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, passport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktına məhkəmə tərəfindən baxılır. Bununla bağlı Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məktubla müraciətimizə eyniməzmunlu cavab verərək qeyd etmişdir ki, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Bildirir ki, ərizəçi olaraq iddia ərizəsində göstərdikləri və iddia ərizəsinə əlavə olunmuş sənədlər biribirini tamamlayır. Təsdiq olunur ki, X14 ilə texpasportda qeyd olunan X16 eyni şəxslərdir və sadəcə Həsənağanın adı “Həsən” hissəsi ilə başlandığı üçün o vaxt ki qeydiyyatçı soyadıda “Həsən” hissəsi ilə başlayaraq Həsənov kimi qeyd edib. Göstərilən sənəddə yaranmış uyğunsuzluğun aradan qaldırılmasından isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən imtina olunaraq, məhkəməyə müraciət etməsinin tövsiyə olunması ilə nəticələnmişdir. İddia ərizəsinə əlavə etdiyi Bakı Şəhər “ASAN” xidmət mərkəzi tərəfindən verilən şəxsiyyət vəsiqəmin ,doğum haqqında şəhadətnaməmin və atamın ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, mənim adım atamın soyadı Hüseynov, adı Həsənağa, ata adı isə Mövsüm. Qeyd olunan sənəd şəxsiyyəti təsdiq edən əsas sənəd sayıldığından və bütün digər sənədlər də onun əsasında verildiyindən, mötəbər sübut hesab olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, DA-01302-2022 nömrəli, arxiv arayışından görünür ki, 18 sentyabr 1936-cı ildə doğulmuş X8 atası X18, anası X17r. - Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X2 Bürosunun verdiyi iyun 1972-ci il tarixli fərdi yaşayışın mülkiyyətə verilməsi haqqında texniki pasportundan görünür ki, ünvan 2 ünvanındakı əmlak X12 verilmişdir. - “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 ilə X10 xx.xx.1974cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. - “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə doğulmuşdur. X3, anası X5r. - “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.1992-ci il tarixdə infarkt nəticəsində vəfat etmişdir. - “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2001-ci il tarixdə xroniki qan dövranı çatışmazlığı səbəbindən vəfat etmişdir. - xx.xx.2022-ci il tarixli Arayışın surətindən görünür ki, X1 rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi ev 23 ünvanında öldüyü günə kimi qeyd olunan ailə tərkibi ilə yaşamışdır: X10, X15, Ərizəçi. - Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, fərdi yaşayış sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37.2.5-ci maddəsinə uyğun olaraq, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin ( həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, passport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktına məhkəmə tərəfindən baxılır. Bununla bağlı Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə şikayət verilə bilməsi qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X15 27 sentyabr 1992-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakı faktiki və yaxud notariat orqanına ərizə verməklə qəbul etmədiyini, gələcəkdə mirasın qəbul edilməsinə dair müddətin uzadılması üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iş materiallarında ünvan 2 ünvanındakı əmlak Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X2 Bürosu tərəfindən X12.verilmişdir. Lakin iş materiallarından görünür ki, həmin şəxs – X11r. Lakin yuxarıda qeyd olunan sənəddə yanlışlıqla soyadı Hüseynov əvəzinə Həsənov olaraq qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməldir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin ərizənin məzmunu ilə bağlı 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2.-ci bəndinə görə Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə hesab edir ki, ərizə yuxarıda qeyd edilən maddi hüquq normaları baxımından əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X2 Bürosunun verdiyi iyun 1972ci il tarixli 0.655 ha (6550.4 kv m =65.5 sot) torpaq üzərində 67.1 kv m fərdi yaşayış evinin mülkiyyətə verilməsi haqqında texniki pasportu əsasında ünvan 1 ünvanındakı mülkiyyətə verilmiş fərdi yaşayış sahəsinin xx.xx.1992-ci il tarixdə vəfat etmiş xx.xx.1936-cı il təvəllüdlü X9 məxsus olması faktı təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar