Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3802/2024 18.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı̇ Səməd oğlu və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Səmədov Nı̇ zami Səmədəlı̇ oğlu və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə İddiaçı̇ Səməd oğlunun cavabdehlər Səmədov Nı̇ zami Səmədəlı̇ oğlu və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoru olmaqla vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsinin müəyyən edilməsi və hüquqmüəyyənedici sənədin verilməsi tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı̇ Səməd oğlu cavabdehlər Səmədov Nı̇ zami Səmədəlı̇ oğlu və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoru olmaqla vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsinin müəyyən edilməsi və hüquqmüəyyənedici sənədin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X9 adına Bakı şəhəri, Behbud Şaxtaxtinski (köhnə adla - 6-cı Xrebtovaya küç.27) küçəsində yerləşən, ümumi sahəsi 64.4 kvm. yaşayış sahəsi 33.4 kv.m, köməkçi sahəsi 30.7 kv.m olan iki otaqlı 37 saylı evə dair Bakı şəhəri,Suaraxanı rayonu 35 saylı notariat kontoru (ofisi) tərəfindən verilmiş, 2B-40 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab olunub ləğv edilməsi, iddiaçı X18 tərəfindən vərəsə olaraq X3ndan qalmış mirası (Bakı şəhəri, Behbud Şaxtaxtinski küçəsində yerləşən, ümumi sahəsi 64.4 kv.m yaşayış sahəsi 33.4 kv.m, köməkçi sahəsi 30.7 kv.m olan iki otaqlı 37 saylı ev) qəbul etməsi, payının müəyyən edilərək bu barədə iddiaçıya müvafiq hüquqmüəyyənedici sənədin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh Səmədov Nı̇ zami Səmədəlı̇ oğlunun nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi əsassız olduğundan onun rədd edilməsini xahiş etmişdir.
3. Cavabdeh2 “iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə ərizə” ilə məhkəməyə müraciət edərək, hazırki mülki işə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. X3, anası X7 olmuş, atası xx.xx.1991-ci ildə, anası isə xx.xx.1991-ci ildə vəfat etmişlər. Ailədə beş qardaş olmuşlar: Cavabdeh1, Səmədov Cavad (vəfat edib), Səmədov İlqar (vəfat edib), Səmədov Gülhüseyn və iddiaçı X18. Atası vəfat edəndən sonra ondan Bakı şəhəri, Behbud Şaxtaxtinski küçəsində yerləşən (köhnə ünvan 6-cı Xrebtovaya küçəsi 27) ümumi sahəsi 64.4 kv.metr yaşayış sahəsi 33.4 kv. metr, köməkçi sahəsi 30.7 kv.metr olan, iki otaqlı 37 saylı ev miras qalmışdır. 18 iyul 1991-ci ildə atası vəfat edərkən o, öz şəxsi vəsaiti hesabına ünvan 2 ünvanında, 40 məclisi əlavə olmaqla, 7 gün hüzr məclisi təşkil etmişdir. Həmçinin dəfn və digər zəruri xərclər üzrə bütün ödənişləri həyata keçirmişdir. Qeyd edir ki, ünvan 3 ünvanında atasından qalan miras evdə qardaşlardan heç kim faktiki olaraq yaşamamışdır. O və cavabdeh həmin evdə 6-7 yaşına qədər yaşamışlar. Miras qalmış ev kirayə verilmiş, evdə uzun müddət kirayəçilər yaşamışlar. O, həmin ünvanda qeydiyyatda olmasa da, mütəmadi olaraq həmin evə baş çəkmiş, nəzarət etmişdir. Qeyd edir ki, cavabdeh və onun ailəsi həmişə Hövsan qəsəbəsində, fərdi evdə yaşamışdır. Hövsan qəsəbəsində yerləşən həmin torpaqlar da atadan qardaşlara miras qalmışdır.Lakin biz qərara gəlmişik ki, Hövsan qəsəbəsində yerləşən torpaqları razılıqla, bərabər şəkildə, qardaşlar arasında bölək və həmin bölgü mübahisə olmadan baş vermişdir. Həmçinin belə qərara gəlmişlər ki, ünvan 4 ünvanında atadan qalmış miras evi isə gələcəkdə hər hansı şəxsə və ya tikinti şirkətinə satıb vəsaiti aralarında bölsünlər. Hüquqi savadsızlıq və məlumatsızlıq səbəbindən ataları X10 vəfat etdikdən sonra qardaşlar atadan qalmış Behbud Şaxtaxtinski küçəsi, ev 37 ünvanında yerləşən mirasın qəbulu üçün notariat orqanına müraciət etməmişlər. Lakin ona məlum olmuşdur ki, 2000-ci ildə miras evin ətrafında yeni binaların tikintisi başlandıqda Cavabdeh1 ondan və digər qanuni vərəsələrdən gizlin olaraq, Cavad adlı qardaşı ilə birgə miras əmlaka vərəsəlik şəhadətnaməsi almış, habelə qanunsuz olaraq həmin əmlaka, öz adına, 100 faiz pay ilə müvafiq dövlət qeydiyyat orqanından mülkiyyət hüquqlarının qeydiyyatı barədə Çıxarış əldə etmişdir. Məlumdur ki, Cavabdeh1 miras əmlakı sataraq əldə olunan vəsaiti digər vərəsələrlə bölüşdürmək istəməyibdir, buna görə də, notariusa təqdim etdiyi ərizədə digər vərəsələrin mövcud olmamasını qeyd etməklə, qanun üzrə vərəsələrin (doğma qardaşlarımın) mövcudluğunu gizlətmişdir. Qanunvericiliyə uyğun olaraq miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı, mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Bu baxımdan o, ondan xəbərsiz digər qanuni vərəsələrə miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsi verilməsini və miras əmlakın özgəninkiləşdirilməsini qanunsuz hesab etdiyi üçün bölgünün məhkəmə qaydasında aparılması iddiası ilə pozulmuş hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, son vaxtlar ona bildirilib ki, əgər o həmin evi vərəsəlik qaydasında öz adıma rəsmiləşdirməsə, həmin evə dair sərəncam verə bilməz və buna görə də, o, 2024-cü ilin iyun ayında, 3-cü şəxs 35 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. 35 saylı notariat ofisindən ona 26 iyun 2024-cü il tarixli, X-370 saylı məktubla bildirmişlər ki, xx.xx.1991-ci il tarixində vəfat etmiş X3ndan miras qalmış əmlaka dair qardaşları Cavabdeh1 və X15 xx.xx.2000-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin məktubla həmçinin bildirilmişdir ki, tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə müəyyən edilmiş mirası qəbul etmə müddəti ötürülmüşdür və buna görə məhkəməyə müraciət etməlidir. Pozulmuş hüquqlarımın müdafiəsi üçün o, ilk əvvəl vəkilə müraciət etmiş və əldə olunmuş vərəsəlik işi ilə tanışlıqdan sonra ona məlum olmuşdur ki, iddiaçının qardaşları Nizami və Cavad digər vərəsələrdən gizlin olaraq 2000-ci ilin avqust ayında (atamızın ölümündən 9 il keçmiş) Bakı şəhəri, 35 saylı notariat kontoruna müraciət edib, qanunvericiliyə zidd olaraq təqdim etdikləri şəxsi ərizələrində digər vərəsələrin mövcud olmasını gizlədərək yalnız öz adlarına “Qanun üzrə vərəsəlik şəhadətnaməsi” almışlar. Həmin vərəsəlik işində olan sənədlərdən də görünür ki, mərhum atasının ailə üzvləri haqqında xx.xx.2000-ci il tarixli arayışlarda onun övladları kimi yalnız Cavad və Nizaminin adları qeyd olunmuşdur. Buna baxmayaraq, notariat kontorunda da qanunvericiliyin tələblərinə zidd olaraq bu fakt araşdırılmamış, digər vərəsələr müəyyən edilməmiş və yalnız iki vərəsəyə, Cavad və Nizaminin adlarına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Özü də həmin şəhadətnamə ata X10 öldükdən 9 (doqquz) il sonra verilmişdir və həmin vaxt notariat kontoru onlara imtina cavabı verməmişdir, qanunla müəyyən olunmuş müddətin ötürülməsinin üzrlü olması və məhkəmə qaydasında müddətin bərpa edilməsi tələb olunmamışdır.
Tərəflərin izahatları.
5. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasında İddiaçı̇ Səməd oğlu iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında İddiaçı̇ Səməd oğlunun nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, iddianı müdafiə edir. Tərəflərin atası 1991-ci ildə vəfat edib, lakin 2000-ci ildə vərəsəlik şəhadətnaməsi alınıb. Cavabdeh tərəf vəsatətində iddia müddətinin ötməsini bildirib, lakin müddət ötməyib. Çünki cavabdeh tərəf məhkəməyə müraciət etmədən vərəsəlik şəhadətnaməsi alıb. Konstitusiya Məhkəməsinin Plenum Qərarında təsbit olunub ki, bu məsələlərə iddia müddəti şamil edilmir. Bu iş üzrə müddətin tətbiq olunması yersizdir. Çünki cavabdeh tərəf iddia müddətini ötürərək 9 ildən sonra şəhadətnamə alıb. Bu iş üzrə obyektiv qərar qəbul edilməsini xahiş edir.
8. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul etmədiyini bildirdi.
9. Məhkəmə iclasında cavabdeh Səmədov Nı̇ zami Səmədəlı̇ oğlu bildirdi ki, iddianı qəbul etmir. 1977-ci ilə kimi o, atasının evinə gedib-gəlmişdir. X17 həyat yoldaşı həmin evdə atası ilə yaşayıb.
10. Məhkəmə iclasında cavabdeh Səmədov Nı̇ zami Səmədəlı̇ oğlunun nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, iddianı qəbul etmir. 33 il ərzində hüquqların reallaşdırılmamasının kəsici müddət kimi tətbiq olunmamasını məhkəmə onsuz da müəyyən edəcək. İddiaçının həmin yaşayış yerinə gəlib təsərrüfat aparmamasını iddiaçının nümayəndəsi və vəkili ötən məhkəmə iclasında etiraf edib. İddia tələbinin hüquqi əsası yoxdur. MPM-nin 77-ci maddəsinə görə hər bir tərəf sübutları təqdim etməyə borcludur. Məhkəmə sübutlara əsasən işə baxır. Vərəsəlik 1991-ci ildə yaranıb. Konstitusiya Məhkəməsinin Plenum Qərarı qəbul olunduqdan sonrakı münasibətlərə şamil olunur, əvvəlki münasibətlərə yox. İddianın rədd olunmasını xahiş edir. İşin materialları.
11. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1952-ci ildə anadan olmuşdur. X3, anası X2r.
12. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1948-ci ildə anadan olmuşdur. X3, anası X2r.
13. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir.
14. Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, 6-cı Xrebtovaya küçəsində yerləşən 37 saylı ev Səmədov Səmədəlinin adına qeydiyyata alınmışdır.
15. xx.xx.2000-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə vəfat etmiş X8 vərəsləri – Cavabdeh1 və X16r. Miras qalmış əmlak - Bakı şəhəri, 6-cı Xrebtovaya küçəsində yerləşən, ümumi sahəsi 64.4 kvm. yaşayış sahəsi 33.4 kv.m, köməkçi sahəsi 30.7 kv.m olan iki otaqlı 37 saylı evdən ibarətdir.
16. AR ƏN Bakı şəhəri 35 saylı Dövlət Notariat Ofisinin 26 iyun 2024-cü il tarixli, X- 370 nömrəli məktubundan görünür ki, X11 bildirilmişdir ki, xx.xx.1991-ci ildə vəfat etmiş X6 miras qalmış əmlaka dair qardaşları xx.xx.2002-ci ildə X15 və Cavabdeh1 vərəsəlik şəhadətnaməsi verilmişdir. Sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, AR Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən qanunvericiliyin tələbində göstərilən mirasın qəbulu müddəti ötürülmüşdür və həmin tarixdə o, vərəsə kimi müraciət etmədiyi üçün vərəsə kimi tanınmamışdır. Odur ki, ötürülmüş müddətin bərpa edilmədən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Müddətin bərpası və vərəsə kimi tanınma üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
17. AR İN yanında ƏMDX DƏDKR X23 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi ünvan 5-40 reyestr nömrəli xx.xx.2000-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən xx.xx.2000-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Sonradan sözügedən hissəyə dair Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsi Tapıntılar Bürosunun 2284 nömrəli xx.xx.2011-ci il tarixli arayışa və qazetdə elana əsasən Cavabdeh1 adı ilə bağlı ********** (reyestr: **********27-10301) qeydiyyat nömrəli çıxarış (dublikat) tərtib edilmişdir. Həmçinin bildirilir ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli müraciəti ilə MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışa, FM seriyalı 027828 nömrəli xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə, 1963-cü il tarixli texniki pasporta və eskiz layihəyə əsasən “A” tikilisindən qalan hissə və “B" tikilisindən 1/2 hissəyə dair Cavabdeh2 adı ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarış tərtib edilmişdir, habelə “A" tikilisinin 1-ci mərtəbəsindən 1 otaq (y/s-16.9 kv.m, k/s-16.9 kv.m) və "B” tikilisindən 1/2 hissə üzərində Cavabdeh1 mülkiyyət hüquqları tanınmışdır.
18. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, tərəflərin əmisinin oğludur. Əmisi vəfat edəndən sonra cavabdeh mübahisəli evə gedib-gəlib. O, iddiaçını həmin evdə görməmişdir.
19. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirdi ki, o, tərəflərin əmisinin oğludur. Əmisi 30 ildən çoxdur ki vəfat edib. Əmisinin yas məclisində iştirak etmişdir. Tərəflərin hər ikisini yas məclisində görmüşdür. Əmisinin sağlığında tez-tez onun evinə getmişdir. İddiaçı daim atası ilə birgə yaşayıb. O da anadan olduğu vaxtdan mübahisəli evin yerləşdiyi həyətdə yaşayır.
İşin faktiki halları.
20. iddiaçı tələbində bildirir ki, mərhum miras qoyanın oğludur. iddiaçı mərhum atasının birinci dərəcəli vərəsəsi olmasına baxmayaraq, atasından miras qalmış əmlaka münasibətdə vərəsəlik işinin açılması ilə bağlı qardaşları – Nizami və Cavad tərəfindən notariat orqanın müraciət edilməsindən xəbəri olmamışdır. Belə ki, qardaşları yeganə vərəsə kimi yalnız özlərini təqdim etməklə mərhum atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və hər biri ½ hissədə pay əldə etmişdir. Daha sonra, qardaşı Cavadehə məxsus olan pay hazırki iş üzrə Cavabdeh2 satılmışdır. Cavabdeh vəfat etmişdir. Hazırki hallara istinad etməklə iddiaçı tələbinin təmin edilməsini xahiş edir. Tələbin hüquqi əsasını Mülki Məcəllənin vərəsəlik fəslini təşkil edən normaları təşkil edir. İddiaçı, eyni zamanda Kostitusiya Məhkəməsi Plenumunun mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş müddətlərin qüvvədən düşməsini müəyyən edən 26 dekabr 2023-cü il tarixli Qərarına istinad edir. Cavabdeh tərəf iddianı qəbul etmir və etirazını onunla əsaslandır ki, iddiaçı mirasın qəbul edilmə vaxtını ötürmüş və heç bir əsas olmadan uzun müddət keçəndən sonra hazırkı iddianı irəli sürmüşdür.
Tətbiq edilən hüquq.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
22. (Azərbaycan SSR Ali Soveti tərəfindən 1964-cü il sentyabrın 11-də qəbul edilmiş və 1965-ci il martın 1-də qüvvəyə minmişdir) Azərbaycan SSR Mülki Məcəlləsi. ( AR Mülki Məcəlləsinin 01 sentyabr 2000-ci il tarixdə qüvəyyə minməsilə qüvvədən düşmüşdür.) Maddə 73. Ümumi iddia müddətləri. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Maddə 77. İddia müddətinin tətbiq edilməsinin məcburiliyi . İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Maddə 527. Vərəsəliyin əsasları Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməmişsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum edilmişlərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Maddə 528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilmiş gün hesab olunur. Maddə 529. Vərəsəliyin açıldığı yer Vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə 552. Mirası qəbul Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki olaraq idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açıldığı gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlara mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
23. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı. Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi.
25. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Hazırkı mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edilməlidir ki, qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə 1964-cü il 11 sentyabr tarixli qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsi tətbiq edilməlidir. Belə ki, miras qoyan 1991-ci ildə vəfat etmişdir və vərəslik hüquq münasibəti də həmin dövrdə yaranmışdır. Mülki Məcəllənin 7-ci maddəsinə görə mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmçinin Mülki-Prosessual Məcəllənin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
26. Deməli, tələbin vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinə həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları əsasında qiymət verilməlidir.Tələbə yuxarıda qeyd edilmiş formada qiymət verdikdə müəyyən edilir ki, tələb bu hissədə əsaslı deyildir. 27.Hazırki iş materiallarının araşdırılması və tərəflərin izahatı nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Behbud Şaxtaxtinski (köhnə adla - 6-cı Xrebtovaya küç 27) küçəsində yerləşən, ümumi sahəsi 64.4 kvm. yaşayış sahəsi 33.4 kv.m, köməkçi sahəsi 30.7 kv.m olan iki otaqlı 37 saylı evə dair Bakı şəhəri Suraxanı rayonu 35 saylı notariat kontoru (ofisi) tərəfindən verilmiş, 2B-40 nömrəli, xx.xx.2000-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında mərhum - xx.xx.1991-ci il tarixdə vəfat etmiş X6 miras qalmış qeyd olunan əmlak vərəsələri kimi - Cavabdeh1 və X19 tərəfindən qəbul edilmişdir. Eyni zamanda o da müəyyən edilir ki, daha sonra qeyd olunan əmlakdan X15 düşən pay Cavabdeh2 xeyrinə özgəninkiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.1991-ci il tarixdə X8 ölməsi ilə mirasın açılmasına görə iddiaçı X18 mirası əldə etməklə bağlı həmin tarixdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş 6 ay müddət ərzində iradəsini ifadə etməmiş, yəni sözügedən yaşayış sahəsini faktiki olaraq idarə etməyə başlamamış, ona yiyələnməmiş, nə də həmin dövrdə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə vermişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da iddiaçı X18 miras açıldıqdan sonra mirasın onun tərəfindən faktiki olaraq qəbul olunmasını göstərən heç bir sübut təqdim etməmişdir. İddiaçının tələbində və sonrakı izahatlarında mirasın açılmasından xəbərdar olmaması, qanuni vərəsə kimi dəvət edilmədən miras əmlakın cavabdehin və digər mərhum qardaşının adına rəsmiləşdirildiyi barədə dəlilləri ilə məhkəmə razılaşmır. Ona görə ki, tərəflərin, elə iddiaçının öz izahatından da müəyyən edilir ki, o miras əmlak barədə kifayət qədər məlumatlı olmuş, lakin bununla belə artıq qeyd edildiyi kimi, müəyyən edilmiş müddət ərzində mirasa dair hüquqlarını irəli sürməmişdir.
28. Beləliklə, iddiaçı X18 miras açılan gündən 6 ay müddətində miras əmlakı qəbul etmədiyi üçün miras payı əldə etmək hüququnu itirdiyindən iddia tələbində qeyd edilən yaşayış sahəsinə münasibətdə mülkiyyət hüququ tanına bilməz. Sadalanan xüsusatları rəhbər tutmaqla məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Cavabdeh tərəfin iddia tələbinə münsibətdə Mülki Məcəllənin xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş 1246 və 1273-1-ci maddələrində nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi barədə etirazına münasibətdə isə məhkəmə bildirir ki, hazırkı mübahisəyə həmin maddələr tətbiq edilə bilməz. Ona görə ki, hüquq münasibəti yaranan dövrdə həmin maddələr mövcud deyildi. Mübahisəyə yuxarıda qeyd edildiyi kimi, hüquq münasibətinin yarandığı dövr qüvvədə olan maddi hüquq normaları tətbiq edilmişdir.
Məhkəmə xərcləri.
29. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
30. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə.
31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı̇ Səməd oğlunun cavabdehlər Səmədov Nı̇ zami Səmədəlı̇ oğlu və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoru olmaqla vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsinin müəyyən edilməsi və hüquqmüəyyənedici sənədin verilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
32. Şərh olunanlara əsasən və MPM-in sadalanan mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı̇ Səməd oğlunun cavabdehlər Səmədov Nı̇ zami Səmədəlı̇ oğlu və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoru olmaqla vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsinin müəyyən edilməsi və hüquqmüəyyənedici sənədin verilməsi barədə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov