Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3804/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su verilməsinə görə 649,53 manat borcun №**********001 abonent koduna və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 679,53 məbləğində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə (müqavilə №- 21321311, abonent kodu-**********001) əsasən cavabdeh iddiaçi tərəfindən su ilə təchiz edilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən illər ərzində verilən suya görə odəniş etməmişdir və nəticədə xx.xx.2020-ci il tarixinə abonentin 649,53 manat borcu yaranmışdır. Ötən illər ərzində İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə xx.xx.2020-ci il tarixdə yazılı xəbərdarlıq göndərilmişdir. Lakin abonent Cavabdeh sudan mütamadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödəniş etməmişdir. “Su təchizatı və tullantı suları haqqında ”xx xxxxxxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən istehlakçı su təhcizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təhcizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. İddiaçı ASC-nin xx xxxxxxxx 2012-ci il tarixli 237 nömrəli əmri ilə təsdiq edilmiş “Su təchizatı və tullantı suların axıdılması xidmətlərindən sayğacsız istifadədən hesabatının aparılmasına dair” Təlumatın 2.2 bəndinə əsasən əhali qrupuna aid istehlakçıya göstərilmiş aylıq xidmətin həcmi mənzildə (yaxud evdə) yaşayan ailə üzvlərinin (sakinlərin) faktiki sayının Azərbaycan Respublikası tarif (Qiymət) Şurasının təsdiq etdiyi 1 nəfər üçün aylıq su istehlakı norması (5kub.metr) hasili əsasında müəyyən edilmişdir. Abonent Cavabdeh yaşadığı mənzildə ailə tərkibinin 5 nəfər olmasını nəzərə alaraq su təchizatına və kanalizasiya xidmətinə görə hesablama 1 kub.m x 0.35 man.x 5 kub.m=1.75 manat, 1.75 manat x 5 nəfər =8.75 manat, 8.75 man x 74 ay = 649,53 manat qaydasında aparılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ətraflı abonent kartından görünür ki, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 637.98 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcla bağlı İddiaçı ASC tərəfindən xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 22 saylı evdə qeydiyyatdadır. «Su təchizatı və tullantı suları haqqında» Azərbayçan Respublikası Qanununun 30-cu maddəsinə əsasən istehlakcıya verilən suyun həcmi su ölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Bu Qanunun 60-cı maddəsinin 1-ci hissəsinin «a» yarımbəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələri istehlakçıların bütün kateqoriyaları ücün göstərdiyi xidmətlərə görə mövcud qaydalara uyğun su ölçən cihazların göstəricilərinə və ya hesabat göstəricilərinə əsasən götürülmüş suyun və axıdılmış tullantı sularının miqdarına görə ödəmə təklif edə bilərlər. Həmin Qanunun 62-ci maddəsinə görə qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən 30 gün müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin azı üc gün əvvəlcədən borcluya xəbərdarlıq etmək şərti ilə onun obyektini su təchizatı sistemindən ayırmaq hüququ vardır. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin odənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisənin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məçəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Eyni Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, Cavabdeh ailə üzvləri ilə Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 22 saylı evdə qeydiyyatda olmaqla yaşamış, sudan və kanalizasiya xidmətindən istifadə etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ötən illər ərzində verilən suya görə ödənişlər etməmiş və beləliklə də 637.98 manat borc yaranmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunaraq Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə 637.98 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Acıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə 637.98 (altı yüz otuz yeddi manat, doxsan səkkiz qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu pul tutularaq İddiaçı Acıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3804/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3804/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver