Məhkəmə qərarları › İş №2(010)-3946/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3946/2022

07.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3946/2022 07.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Bəşı̇ rova Gülnar Nərı̇ man qızının, Cavabdeh5 iştirakları ilə, İddiaçı İ̇smayilov Vüsal Əlı̇ oğlunun cavabdeh Bəşı̇ rova Gülnar Nərı̇ man qızı və qeyrilərinə qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı İ̇smayilov Vüsal Əlı̇ oğlu cavabdeh Bəşı̇ rova Gülnar Nərı̇ man qızına qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onun həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onun həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tərəflərin izahatları: Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 16 fevral 2021-ci il tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsilə notariat orqanında keçmiş mülkiyyətçi Cavabdeh1 almış və fərdi yaşayış evi 22 fevral 2021-ci il tarixində onun adına Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətində qeydiyyata alınaraq onun tam mülkiyyət hüququ təsdiqlənmiş, bu barədə ona çıxarış verilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə evi satdıqdan sonra evdən çıxacağını bildirmiş, lakin şifahi formada evdən çıxması üçün ona vaxt verilməsini xahiş etmişdir. Cavabdeh dəfələrlə özünə yeni yaşayış yeri tapması üçün vaxt istəmişdir, lakin bugünə kimi evdən çıxmamışdır. İddiaçı tərəfindən dəfələrlə evdən çıxması barədə xəbərdar edilmiş, ancaq cavabdeh, ümumiyyətlə, iddiaçının dediklərinə məhəl qoymamış, ailə üzvləri ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. Cavabdehin hələ də o evdə yaşaması onun mülkiyyət hüquqlarını pozur. Asan Xidmətdən yaşayış yeri haqqında aldıqları arayışda cavabdehlərin qeydiyyatdan çıxdıqları görünür, lakin faktiki olaraq orada yaşayırlar. Cavabdeh məhkəmə iclasında evin satılmasından xəbərsiz olduğunu bildirmişdir, halbuki, kimsə mənzilinin başqasının adına keçirildiyini öyrəndikdə bunu araşdırmalıdır. Hazırki dövrdə bütün sənədləşmə işləri elektron formada aparılır. Etibarnamədə hər hansı uyğunsuzluq olsa heç bir hərəkət edilə bilməzdi. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bəşı̇ rova Gülnar Nərı̇ man qızı iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçını tanımır və onun kim olduğundan məlumatsızdır. Həmçinin alqı-satqı müqaviləsi bağlanıldığı qeyd olunur, halbuki, onun razılığı olmadan alqı-satqı müqaviləsi bağlanıla bilməz. Bu məsələləri yoldaşı daha çox bilir və hər bir məsələdə o iştirak edib. Onlar avtobus almaq istədikləri üçün Ayaz Süleymanovdan 20000 manat məbləğində borc pul almışlar. Bu proseslərdə də onun yoldaşı iştirak edib, o, yalnız notariusa gedib evinin sənədlərini qoyaraq pul müqaviləsi bağlamışdır. Ümumiyyətlə onun orada nə söhbətlər danışıldığından xəbəri yoxdur, yalnız notariusda imza etmişdir. O, həmin evdə Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 ilə birlikdə yaşayır. Həmin ev onun ata mülküdür. O, evin çıxarışını 2000-ci ildə almışdır. 2020-ci ildə A.Süleymanov ona tanışları vasitəsi ilə çıxarışı yeniləməyi təklif etmişdir. O, evi satıb pulu vermək istəyirdi, lakin sən+ədləri düzəltdikdən sonra Ayazdan çıxarışı verməsini istədikdə, o, çıxarışı pulu gətirəndə verəcəyini, daha sonra isə evi öz adına keçirtdiyini bildirmişdir. Lakin məhkəməyə müraciət edib çıxarışın ləğvini istəməmiş və ona inandığı üçün heç bir araşdırma aparmamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianını rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, Ayaz Süleymanova evin sənədlərini verərək qarşılığında 20000 manat pul götürmüş və həmin pul ilə avtobus almışdır, lakin karantin olduğu üçün işləmək mümkün olmamış və o da pulu qaytara bilməmişdir. Sonra Ayaz ilə evin çıxarışını yeniləmək barədə razılığa gəldilər və o, evi bankda girov qoyaraq pul götürəcək və borcunu bağlayacaqdı. Lakin Ayaz sənədi yeniləyərək, evi öz adına keçirtdi. Buna görə aralarında söz-söhbət oldu, lakin Ayazın bu hərəkəti ilə bağlı heç bir hüquq mühafizə orqanına müraciət etmədi. Ayaz 40000 manat pul vermələrini və evin çıxarışını geri qaytaracağını bildirdi. Onlar ayda 1500 manat ödəməklə razılaşdılar, daha sonra 1000 manat ödəyəcəyini bildirdi və 4 ay olmaqla 4000 manat ödəniş etdi. 3 ay əvvəl Ayaza 3600 manat da pul vermişdir. Ona verdiyi pulları 1 faiz ilə hesablayaraq faiz borcdan çıxır və əsas borcunun qaldığını deyirdi. Göründüyü kimi ev onların əlindən qanunsuz olaraq alınmışdır və buna görə də qeyd olunanların nəzərə alınaraq iddianını rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: X1 (Cavabdeh1 Nərı̇ man qızı əvəzinə) ilə İsmayilov Vüsal Əlı̇ oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ seriyalı ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Nərı̇ man qızı ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanını İsmayilov Vüsal Əlı̇ oğluna satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İsmayilov Vüsal Əlı̇ oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında yalnız İsmayilov Vüsal Əlı̇ oğlu qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq olunan hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Mülki Məcəllənin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin müəyyən olunan hallarından göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Bəşı̇ rova Gülnar Nərı̇ man qızına məxsus olub və onun nümayəndəsi X1 ilə İsmayilov Vüsal Əlı̇ oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin ev sonuncuya 30.000 manata satılıb, satıcı(lar) daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi, eləcə də evdən qeydiyyatdan çıxmağı öhdə(lər)sinə götürüb və əmlak xx.xx.2021-ci ildə İsmayilov Vüsal Əlı̇ oğlunun adına qeydiyyata alınıb. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, hazırda həmin evdə cavabdehlər yaşamaqla iddiaçının evə sahibliyinə maneə yaratmaqdadırlar. Məhkəmə qeyd olunan faktlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehlərin mübahisəsi gedən ev üzərində hər hansı hüquqları qalmamışdır və onların iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan evdə mülkiyyətçinin iradəsinin əleyhinə yaşamaları, hüquqi əsaslar olmadan oradan istifadə və evdən çıxmaqdan imtina etmələri sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehlərin müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, cavabdehlərin mübahisəli mənzildə yaşamaları mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakdan istifadə etmək, sahiblik etmək və ona dair sərəncam vermək hüquqlarını pozduğundan cavabdehlərin mübahisəli mənzildən çıxarılmalarına və iddiaçının həmin evə köçürülməsinə dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə, cavabdehlərin izahatı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin məhkəmə iclasında verdiyi izahatlar inandırıcı hesab edə bilməz. Belə ki, cavabdehlər sözügedən evin qanunsuz olaraq mülkiyyətdən çıxarılması və özgəninkiləşdirildiyini bildirsələr də, qeyd olunan fatkla bağlı araşdırma aparmamış, hüquq-mühafizə orqanlarına müraciət etməmiş və alqı-satqı müqaviləsini mübahisələndirməmişlər. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, iddiaçı İ̇smayilov Vüsal Əlı̇ oğlu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. İddiaçı İ̇smayilov Vüsal Əlı̇ oğlu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada iddiaçı İ̇smayilov Vüsal Əlı̇ oğlunun xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar