Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3948/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X9 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “X8 ilə *9.02.2000-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon VVAQ Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşam. Bizim birgə nikahımızdan xx.xx.2004-cü il təvəllüdlü X*0 anadan olmuşdur. X* müalicə tələb edən ciddi davranış pozuntusu, nitq və davranış pozuntusu ilə debillik dərəcəsində olan xəstəlikdən əziyyət çəkir, xəstəliyi ilə bağlı müavinət alır. X* 2 saylı X3 qeydiyyatdadır və mütəmadi olaraq müalicələr alır. Övladımıza mən baxıram, onun kənar şəxsin qulluğuna etiyacı vardır, tək harasa çıxmağa qoymuram, ancaq mənimlə birlikdə bayıra gəzməyə çıxır və onu daima nəzarətdə saxlayıram. Belə ki, qızımın psixi qüsurlarına və ağıl zəifliyinə görə yaddaşı tez-tez itir və hadisələri yadında saxlaya bilmir. Mən qızımın üzərində qəyyum təyin olunmaq məqsədi ilə Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etdim. Suraxanı rayon İcra Hakimiyyəti özünün A-*06-099, xx.xx.2022-ci il tarixli məktubu ilə qızım X5 fəaliyyət qabiliyyəti olmayan sayılması ilə bağlı məhkəməyə müraciət etməli olduğumu bildirdi. Yuxarıda göstərilənlər əsasən də qızım X5 psixi qüsurlarına görə məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət edirəm”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmənin hazırlıq iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, o, 2000-ci ildə ailə həyatı qurmuşdur. 2004-cü ildə qızı Əminə dünyaya gəlmişdir. Qızı iki yaşında olan zaman qıcolma (sudurqa) keçirmişdir və o vaxtdan qızında ağıl geriliyi mövcuddur. Vəziyyətinə görə sosial müavinət alır və *-ci qrup əlillik dərəcəsi var. Bu səbəbdən hesab edir ki, qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün kifayət qədər əsas var.
5. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 430862 nömrəli doğum haqqında şəhadətnamənn notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X*0 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 333 nömrə ilə qeyd edilmişdir.
7. 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **20 saylı rəydən görünür ki, X7 orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları diaqnozu qoyulmuş və anamnezində qıcolma tutmaları ilə kənar şəxslərin himayəsinə ehtiyacı olduğu müəyyən olunmuşdur.
8. 2 nömrəli X4 tərəfindən verilmiş *6.03.2022-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X*0 xx.xx.2022-ci il tarixdə xəstəxanaya daxil olmuş, *0.03.2022-ci il tarixdə xəstəxanadan çıxmışdır. Ona burada orta kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış diaqnozu qoyulmuşdur.
9. “X*5” X*6 tərəfindən verilmiş çıxarışdan görünür ki, X*0 **.05.2022-ci il tarixdə “dəqiqləşdirilməmiş qıcolma” diaqnozu ilə xəstəxanaya daxil olmuş və epilepsiya xəstəliyi klinik diaqnozu qoyulmuşdur. *0. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sistemdən çıxarışdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X2-Sosial Ekspert Komissiyasında müayinədən keçmişdir. Ona “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli kəmağıllılıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə, anamnezində qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozu qoyulmuşdur. **. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X*0 üzərində qəyyum təyin edilməsi üçün şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olması zəruri olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. *2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*6 tərəfindən verilmiş 07.*0.2022-ci il tarixli, 2654 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin yekun hissəsindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X6 orta dərəcəli əqli gerilik, qıcolma tutmaları ilə müəyyən edilir. xx.xx.2004-cü il təvəllüdlü X*0 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X*0 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 onda müəyyən edilən orta dərəcəli əqli gerilik, qıcolma tutmaları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.
İşin faktiki halları. *3. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən qızı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin qızı X5 hər hansı psixi xəstəliyinin olubolmamasının, eləcə də onun öz hərəkətlərini dərk etmək və idarə etmək imkanının müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X*6 tərəfindən verilmiş müvafiq rəydə göstərilmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü X6 orta dərəcəli əqli gerilik, qıcolma tutmaları ilə müəyyən edilir. xx.xx.2004-cü il təvəllüdlü X*0 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X*0 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmiş, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq.
*4. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
*5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.*. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.*.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 3*7. Ərizənin verilməsi. 3*7.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 3*7.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 32*. Məhkəmənin ərizə üzrə qətnaməsi. 32*.*. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 32*.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi.
*6. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş onun atasının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş prixiatrik ekspertiza nəticəsində X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üçün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.
Məhkəmənin gəldiyi nəticə.
*7. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X*0 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. *8. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X*0 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva