Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3949/2022 27.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı X2 iştirakı ilə İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X5 məhkəmədə cavabdeh "xxxx" ASC-yə qarşı iddia qaldıraraq, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 8, mənzil 15 ünvanında yerləşən ona məxsus mənzildə əsassız olaraq yazılmış 1924 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, bir neçə il əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 8, mənzil 15 ünvanında yerləşən X6 məxsus mənzili almış və alqı-satqı zamanı bütün kommunal xidmətlərdən heç bir borcun olmaması haqqında arayışlar təqdim edilmişdir. Ancaq işıq sayğacını adına keçirməmişdir. Bu yaxınlarda isə sayğacı adında keçirtmək istəyərkən bu problemlə qarşılaşmış və ona 1924 manat borcu olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia tələbini müdafiə edərək hesablanmış borcun silinməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat veirlməsinə baxmayaraq nümayəndəsi gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - Abunə kodu **********80015 olan X6 aid abunə haqqında məlumatdan görünür ki, ona illər üzrə elektrikdən istifadəyə görə ümumilikdə 2511.96 manat borc hesablanmışdır. - “AR Energetika Nazirliyi Enerji X1 Bakı Filialı”nın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, mənzil enerjitəchizatı müəssisəsində **********80015 abunə kodu ilə X4 adına qeydiyyatdadır. Hesab ödəniş dövriyyəsi təhlil olunarkən məlum olmuşdur ki, istehlakçının hesabına “BARMEK Azərbaycan Elektrik Şəbəkəsi" MMC dövrünə aid 1924,22 manat məbləğində borc keçirilmişdir. "BARMEK Azərbaycan Ejektrik Şəbəkəsi” MMC dövrünə aid borcun yaranma səbəblərinin araşdırılmasını, mövcud qaydaların tələblərinə uyğun tədbirlərin görülməsi üçün "xxxx" ASC-yə AERA-20-2460/22 nömrəli, xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. "Azərişıq” ASC-nin № xx-xx/4469 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda yaranmış borcun xx.xx.2002-ci i! tarixinədək mənzildə istehlak edilən elektrik enerjisinin dəyərinin olduğu, həmçinin göstəriiən məbləğin yalnız abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunduğu bildirilmişdir. - Qeydiyyat tarixi xx.xx.2014-cü il, qeydiyyat nömrəsi ********** olan AR DƏDRX-nin Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.33 kv.m olan mənzil X2 mülkiyyətindədir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, abonent saldosu digər şəxsin adına olsa da, həmin sayğacın quraşdırıldığı mənzil iddiaçıya məxsusdur. İddiaçı bildirir ki, mübahisələndirilən borc məbləği mənzilin əvvəlki sakininə aiddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alğı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan “AR Energetika Nazirliyi Enerji X1 Bakı Filialı”nın xx.xx.2022-ci il tarixli məktubundan da göründüyü kimi, qeyd olunan 1924 manat məbləğində borc **********80015 abunə kodu ilə X7 adlı şəxsə hesablanmış və qeyd olunan dövrdə iddiaçı ümumiyyətlə həmin mənzildə yaşamamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, hesablanmış 1924 manat boc məbləği məhz xx.xx.2002-ci il tarixinədək mənzildə istehlak edilən elektrik enerjisinin dəyəridir. Bu hal cavabdeh qurumun iddiaçıya ünvanladığı cavab məktubundan da aydın olur. Bundan başqa, Mülki Məcəllənin 550-ci maddəsinə görə, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə,kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Qeyd olunan normaları nəzərə almaqla məhkəmə qeyd edir ki, göründüyü kimi vaxtaşırı ödənişlər barədə tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Bu baxımdan məhkəmə hesab edir ki, xx.xx.2002-ci il tarixədək hesablanmış borc məbləği üzrə tələb öz qüvvəsini də itirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı X3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilə cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 1924 manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3949/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3949/2022
27.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver