Məhkəmə qərarları › İş №2(010)-3956/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3956/2021

20.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3956/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Cavabdeh1 nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakı ilə, İddiaçı FHN-nin DYNX-nin 4-cü ərazi X1 İdarəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “təxliyyə çıxışının əvvəlki vəziyyətə qaytarılması və əlavə inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı FHN-nin DYNX-nin 4-cü ərazi X1 İdarəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “təxliyyə çıxışının əvvəlki vəziyyətə qaytarılması və əlavə inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmənin çağırışlarına gəlməyən iddiaçı işə onun iştirakı olmadan baxmağı xahiş etməsə də, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddələrini rəhbər tutmaqla işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ərizə buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı FHN-nin DYNX-nin 4-cü ərazi X1 İdarəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “təxliyyə çıxışının əvvəlki vəziyyətə qaytarılması və əlavə inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar