Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-397/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Qulı̇ yeva Almas Bəyməmməd qızının cavabdehlər Səfərov Vaqı̇ f Bəyməmməd oğlu, Baki şəhəri 4* Sayli Notarı̇ at ofı̇ si, Azəraycan Respublı̇ kasının İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi Yaninda ƏMDX-nin DƏDKR Publı̇ k Hüquqı̇ şəxsı̇ n * saylı Bakı ərazi idarəsı̇ nə qarşı vərəsəlik hüququnun müəyyən olunması, qanuni və vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnamələrinin, eləcə də sazişin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və vərəsələrin payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qulı̇ yeva Almas Bəyməmməd qızı cavabdehlər Səfərov Vaqı̇ f Bəyməmməd oğlu, Baki Şəhəri 4* saylı Notarı̇ at ofı̇ si, Azəraycan Respublı̇ kasının İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi Yaninda ƏMDX-nin DƏDKR Publı̇ k Hüquqı̇ şəxsı̇ n * saylı Bakı ərazi idarəsı̇ nə qarşı vərəsəlik hüququnun müəyyən olunması, qanuni və vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnamələrinin, eləcə də sazişin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və vərəsələrin payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaracuxur qəsəbəsi, A.Şadlinski küçəsi, ev 3* ünvanında *.*2722 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3*8.3 kv.m olan fərdi yaşayış evinə dair 2- V-2*3 reyestr nömrəli, **.*7.2***-ci il tarixli “Ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməmin, 2-V-2*4 reyestr nömrəli, **.*7.2***-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməmin, 2-V-2*5 reyestr nömrəli **.*7.2***-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, eləcə də-M-*-56 reyestr nömrəli **.*7.2***-ci. il tarixli sazişin və Bakı şəhəri, *6 saylı notariat kontorunun 4ə-*82 reyestr nömrəli **.*4.2**5-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibasız hesab edilməsi, cavabdehin adına *****67*85 qeydiyyat nömrəli, *2.*8.2***-ci il tarixli çıxarışın və ***6*75257 qeydiyyat nömrəli *7.*2.2**6-cı il tarixli çıxarışın ləğv edilməsi və vərəsələrin payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx xxxxxxxx *969-cu ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi ev 3* ünvanında böyüyüb boya-başa çatmışdır. Ailə qurduqdan sonra da həmin ünvanda 2**2-ci ilin dekabr ayınadək həyat yoldaşı X5 *-ci Qarabağ müharibəsi veteranı kimi ev verilənə qədər daimi yaşamışdır. 2**2-ci ilin dekabr ayından sonra isə həmin ünvanda yaşadığı evdə şərait yaxşı olmadığı üçün hər iki evdə yaşamalı olmuşdur. Qeyd edir ki, 29.*4.2***-cu ildə X2, *8.*8.2**6-cı ildə isə anası X** rəhmətə getmişdir. O, vərəsəlik haqqında şəhadətnamə almaq istədiyin bildirdikdə isə hər dəfə ona hər kəs öz payını alacaq deyib söhbətin uzanmasına yol verməmişdir. Ailə olaraq hamısı faktiki olaraq vərəsəliyi qəbul etməsinə baxmayaraq, vərəsəliyin dairəsi müəyyən edilən zaman o, nə vərəsə kimi notariat kontoruna çağrılmış, nə də onun payı müəyyən edilərək açıq saxlanılmışdır. Qardaşı Cavabdeh* onlara miras əmlakda yaşamağa sahə versə də, ona miras əmlakdan çatacaq paya dair vərəsəlik şəhadətnaməsi verilməsini istəməmiş və vərəsəlik işi açılanda onun vərəsə olması haqqında məlumat verməmiş, işin saxtalaşdırılmış sənədlər əsasında həyata keçirilməsini təmin etmişdir. Bununla əlaqədar olaraq bildirir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadliniski küçəsi, ev 3* ünvanında, istifadədə olan *.*2722 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3*8.3 kv.m olan fərdi yaşayış evi Bakı şəhəri 4* saylı notariat kontorunun 2-V-2*3 reyestr nömrəli **.*7.2***-ci il tarixli “Ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə”yə, Bakı şəhəri 4* saylı notariat kontorunun 2-V- 2*4 reyestr nömrəli **.*7.2***-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə, Bakı şəhəri 4* saylı notariat kontorunun 2-V-2*5 reyestr nömrəli **.*7.2***ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamə”yə, eləcə də Bakı şəhəri 4* saylı notariat kontorunun 3-M-*-56 reyestr nömrəli, **.*7.2***-ci il tarixli sazişə əsasən, tam mülkiyyət hüququ üzrə Cavabdeh* adına *****67*85 qeydiyyat nömrəli, *2.*8.2***-ci il tarixli çıxarış ilə qeydiyyata alınmışdır. Sorğusuna cavab olaraq ünvanlanmış ərizədə qeyd olunmuşdur ki, 29.*4.2***-cu il tarixdə vəfat etmiş X4 tərəfindən 24 saylı Notariat ofisində *5.*5.2**6-cı il tarixli, 2V-37 reyestr nömrəli vəsiyyətnamə qoyulmuşdur. X3 vərəsəsi, oğlu Cavabdeh* tərəfindən **.*7.2***-ci il tarixdə və arvadı X** tərəfindən *7.*7.2***ci il tarixdə Notariat ofisinə müraciət daxil olmuş, “Elektron notariat” X* axtarış edilmiş, vərəsəlik işinin heç bir notariat ofisi tərəfindən açılmadığı məlum olduqdan sonra tərəfimizdən vərəsəlik işi açılmışdır. Cavabdeh* **.*7.2***-ci il tarixli. 2V-2*5 reyest nömrəli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə, X8 isə **.*2.2***-ci il tarixli, 2V-2*3 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə və **.*7.2***-ci il tarixli, 2V-2*4 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, ərizədə qeyd edilənlərə uyğun izahat verib, işə mahiyyəti üzrə baxılaraq, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddiaçı ilə eyniməzmunlu izahat verərək işə mahiyyəti üzrə baxılmasını xahiş edib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Səfərov Vaqı̇ f Bəyməmməd oğlu, Baki Şəhəri 4* Sayli Notarı̇ at Ofı̇ si, Azəraycan Respublı̇ kasının İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi Yaninda ƏMDX-nin DƏDKR Publı̇ k Hüquqı̇ şəxsı̇ n * saylı Bakı ərazi idarəsı̇ nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin *85.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfi dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: - AZ-İV № 38533* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.*969-cu il tarixdə anadan olmuşdur. X2, anası X6. - AZ-İİ *7*833 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 29.*4.2***-cu ildə tarixdə kəskin koronar çatmazlığından vəfat etmiş və bu barədə **.*5.2***cu il tarixdə ölüm haqqında akt qeydləri kitabında 42* № ilə qeyd edilmişdir. - AZ-İİ *7*82* saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X** *8.*8.2**5-ci ildə tarixdə durğunluq, ürək çatışmazlığından vəfat etmiş və bu barədə 2*.*8.2**5-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 65* № ilə qeyd edilmişdir. - AR İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi Yaninda ƏMDX-nin DƏDKR Publı̇ k Hüquqı̇ şəxsı̇ n * saylı Bakı ərazi idarəsı̇ nin *6.*8.2*22-ci il tarixli soğuya ünvanlanmış cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadliniski küçəsi, ev 3* ünvanında, istifadədə olan *.*2722 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3*8.3 kv.m olan fərdi yaşayış evi Bakı şəhəri 4* saylı notariat kontorunun 2-V-2*3 reyestr nömrəli **.*7.2***-ci il tarixli “Ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə”yə, Bakı şəhəri 4* saylı notariat kontorunun 2-V- 2*4 reyestr nömrəli **.*7.2***-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə, Bakı şəhəri 4* saylı notariat kontorunun 2-V-2*5 reyestr nömrəli **.*7.2***ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamə”yə, eləcə də Bakı şəhəri 4* saylı notariat kontorunun 3-M-*-56 reyestr nömrəli, **.*7.2***-ci il tarixli sazişə əsasən, tam mülkiyyət hüququ üzrə Cavabdeh* adına *****67*85 qeydiyyat nömrəli, *2.*8.2***-ci il tarixli çıxarış ilə qeydiyyata alınması qeyd olunmuşdur. - Bakı şəhəri 4* sayıl Notariat ofisinin İddiaçı sorğusuna cavab olaraq ünvalanmış **.**.2*22-ci il tarixli, X-799 nömrəli məktubdan görünür ki, X3 vərəsəsi, oğlu Cavabdeh* tərəfindən **.*7.2***-cı il tarixdə və arvadı X** tərəfindən *7.*7.2*** -ci il tarixdə Notariat ofisinə müraciət daxil olmuş, “Elektron notariat” X* axtarış edilmiş, vərəsəlik işinin heç bir Notariat ofisi tərəfindən açılmadığı məlum olduqdan sonra vərəsəlik işi açılmışdır. Cavabdeh* **.*7.2***-ci il tarixli, 2V-2*5 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X8 isə **.*7.2***-ci il tarixli, 2V-2*3 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə və **.*7.2***-ci il tarixli, 2V-2*4 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin onun notariat orqanına ünvanlanmış *8.*9.2*22-ci il tarixli müraciətindən əvvəl vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün onu vərəsəliyin dairəsinə daxil etmək mümkün olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, A.Şadlinski küçəsi, ev 3* ünvanında yerləşən, miras qoyana məxsus fərdi yaşayış evinə onun oğlu Cavabdeh* vəsiyyətnamə üzrə, onun arvadı X8 mülkiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildikdən sonra *8.*9.2*22-ci il tarixdə notariat orqanına ünvanlanmış ərizə ilə onu vərəsəliyin dairəsinə daxil etmələrinin və vərəsəlik hüququ haqqında şəhadətnamə vermələrinin qanunvericilikdə nəzərdə tutulmadığı üçün bu məsələ ilə bağlı məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Beləliklə, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı valideynlərinə məxsus əmlaka onun da vərəsə olduğunu, müəyyən müddət həmin əmlakda yaşadığını, həmin əmlaka vərəsəlik hüququnu rəsmiləşdirmək istədikdə isə qardaşı olan Cavabdeh* müdaxiləsi ilə bu mümkün olmamışdır. İddiaçının tələbində bildirdiyinə görə miras əmlak cavabdeh tərəfindən qanunsuz olaraq sənədləşdirilmiş, onun payı isə özünə verilməmişdir. İddiaçı tərəfindən qeyd edilən halların təsdiqi olaraq hər hansı sübut məhkəməyə təqdim edilməmiş, yalnız müvafiq icra hakimiyyəti orqanın və notariat orqanının əmlakın hüquqi vəziyyətini əks etdirən cavab məktubları məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in *4.2 və 77.*-ci maddələri). Həmin Məcəlləsinin 78.*-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalıdır, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübutlar təqdim etməyi təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən mülki mühakimə icraatında tərəflər öz iddia və etirazlarını məhkəməyə təqdim etdiklri sübutlarla əsaslandırmalıdırlar. Hazırkı işdə iddiaçı onun da miras payının olduğu əmlakla bağlı hüquqmüəyyənedici sənədlərin düzgün tərtib edilmədiyini, ona görə də, həmin əqdlərin etibarsız hesab edilməsini və əmlakla bağlı hüquqmüəyyənedici sənədlərin yenidən tərtib edilməsini xahiş etsə də, mübahisələndirdiyi əqdləri məhkəməyə təqdim etməmiş, eləcə də tələbini mötəbər sübutlarla əsaslandırmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki yuxarıda qeyd olunan normanın məzmunundan da göründüyü kimi, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı iddia predmetinə münasibətdə tutarlı dəlilləri – sübutları təqdim edə bilmədiyiniə görə iddia tələbi əsassızdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qulı̇ yeva Almas Bəyməmməd qızının cavabdeh Səfərov Vaqı̇ f Bəyməmməd oğlu, Baki Şəhəri 4* sayli Notarı̇ at ofı̇ si, Azəraycan Respublı̇ kasının İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi Yanında ƏMDX-nin DƏDKR Publı̇ k Hüquqı̇ şəxsı̇ n * sayli Bakı ərazi idarəsı̇ nə qarşı vərəsəlik hüququnun müəyyən olunması, qanuni və vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnamələrinin, eləcə də sazişin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və vərəsələrin payının müəyyən edilməsi tələbi təmin edilməsin. İş üzrə ödənilmiş *** manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-397/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-397/2023
01.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver