Məhkəmə qərarları › İş №2(010)-3974/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3974/2023

27.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3974/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilmiş hasarın sökülməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilmiş hasarın sökülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehlər Cavabdeh1 və Cavabdeh2 Bak şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi ev 46 ünvanında tikdiyi qanunsuz hasarın cavabdehlərin özlərinin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, həmin mənzilə 1987-ci ildə gəlin köçmüşdür. Orada onun 3 övladı dünyaya gəlmişdir. Əri ilə nikahı rəsmi qaydada pozulduqdan sonra o, Suraxanı rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə həmin mənzilə köçürülmüşdür. Həmin vaxtdan da sözügedən mənzildə yaşayır. Onun qaynatası X11 2023-cü ildə rəhmətə getdikdən sonra, təxminən 2 ay bundan qabaq qonşu həyətdə yaşayan cavabdehlər qətnamə ilə onun da istifadəsində olan həyətə evinin qarşısına hasar çəkmişdir. Bu isə onun istifadəsində olan həyətdən sərbəst şəkildə istifadə etməyinə maneə törədir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qaynatası vəfat etdikdən vərəsəlik işi açılmayıb. Cavabdehlər isə bu vəziyyətdən sui-istifadə etməyə çalışırlar. Çünki onlar qaynatanın yeganə varisi olan keçmiş ərinin ruhi xəstə olduğunu bilirlər. Həmin hasarın evinin qarşısında çəkilməsi onun və övladlarının həyatına və sağlamlığına birbaşa qəsddir. Bu məsələnin qarşısının alınması üçün məhkəməyə müraciət etməkdən başqa heç bir çarəsi yoxdu. Cavabdehlərin etirazı. xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz vərərək, İddiaçı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, iddiaçının hal-hazırda yaşadığı və qeydiyyatda olduğu ev onun keçmiş qayınatası X4 mülkiyyətindədir. X12 xx.xx.2023-cü ildə dünyasının dəyişmişdir. İddiaçı X1 Əli Teymur oğlunun oğlu Gülaga Canbaxışovun keçmiş həyat yoldaşı olmuşdur. X12 rəhmətə gedəndən sonra onun yeganə varisi Gülağa Canbaxışov olmasına baxmayaraq, vərəsəlik haqqında şəhadətnamə almamışdır. Əsas məsələ bundan ibarətdir ki, X12 rəhmətə getməmişdən əvvəl həmin evin bir hissəsini xx.xx.2021-ci il tarixdə alğı-satqı yolu ilə Cavabdeh1 satmış və Cavabdeh1 həmin evə dair xx.xx.2021-ci il tarixdə çıxarış əldə etmişdir. Eyni zamanda, Əli Canbaxışov rəhmətə getməmişdən əvvəl xx.xx.2019-cu il tarixdə vəsiyyətnamə verərək ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaq, bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Bu özü bir sübutdur ki, Cavabdeh1 ilə Əli Canbaxışovun münasiətləri mehriban olmuş və övladı X10 himayəsinə vermişdir. Belə ki, Canbaxışov Gülağanın səhhətində müəyyən problemlər vardır. Bundan başqa, məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı mülkiyyətçi deyildir, o sadəcə olaraq həmin evdə yaşamaq və istifadə etmək hüququna malikdir. İddiaçının sahiblik və sərəncam vermək hüququ yoxdur. Əlavə olaraq onu da qeyd edir ki, adıçəkilən hasar mülkiyyətçi X12 rəhmətə getməmişdən əvvəl 2015- 2016-cı illərdə onun öz təşəbbüsü ilə tikilmişdir. Göründüyü kimi, iddiaçı Canbaxışov Əlinin rəhmətə getməsindən bir neçə ay sonra iddia qaldıraraq, çəkilmiş hasarın sökülməsinə və istifadə etdiyi həyətin daha da genişləndirilməsinə nail olmaq yönümündə qaldırılmış iddiadır. Belə ki, həmin hasar iddiaçıya heç bir halda maneə törətmir. Çünki, iddiaçının həyətinə giriş və çıxışı tam şəkildə ayrıdır. Cavabdehlərin də həyətə girişçıxışı tam şəkildə ayrıdır və bir-biri ilə əlaqəsi yoxdur. İddiaçının əlində həmin evə dair çıxarış olmamasına baxmayaraq, iddia qaldıraraq həyətin genişlənməsini istəyir. Cavabdehin adına çıxarış var və cavabdeh mülkiyyətçi olaraq sərəncam vermək və sahiblik etmək hüququna malikdir. Bundan başqa məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı həmin ünvanda yaşayır və onun sərəncam vermək hüququ yoxdur. Subyektiv olaraq da onun hər hansı iddia qaldırmaq və əmlak tələb etmək və ya həmin evlə , torpaq sahəsi ilə bağlı iddia irəli sürmək hüququ yoxdur. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, hasarın sökülməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz verdiklərini, evin giriş –çıxışlarının ayrı olduğunu, hasarı onların qonşu kimi ayırdığını bildirmişdir. İddiaçı qərəzli şəkildə hasarın sökülməsini istədiyini qeyd etmişdir. İş materialları. Suraxanı rayon Məhkəməsinin 2/2005 saylı 03 oktyabr 2005-ci il il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərkən, X11 Bakı şəhəri, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 46 saylı evə köçürülməsi, Bakı şəhəri, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 46 saylı evin 21,5 kv metr sahəsi olan otağı və onun qarşısındakı şüşəbəndin yarısı (15,9 kv metr) X5, evin 20,5 kv metr olan otağı və onun qarşısındakı şüşəbəndin yarısı (15,9 kv metr) X7 və uşaqlarının istifadəsində, həyətyanı torpaq sahəsi, hamam və tualet ümumi istifadə saxlanılması, şüşəbəndin ayrılması X2 hesabına həyata keçirilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışının sürətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi M.F.Axundov küçəsi, ev 46 (yeni qaydalarla: AZ1049, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X18 küçəsi, 78) ünvanında yerləşən, ümumi sahəsi 98.70 kv.m fərdi yaşayış evinin və 0,0268 ha torpağın 50.7 kv.m və 0.00956 ha torpaq sahəsi X4, 48 kv.m və 0.01724 ha olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********14-10301). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışının sürətindən görünür ki, ünvan 5 qaydarla: AZ1049, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X18 küçəsi, 78) ünvanında yerləşən, ümumi sahəsi 98.70 kv.m fərdi yaşayış evinin və 0,0268 ha torpağın 50.7 kv.m və 0.00956 ha torpaq sahəsi X4, 48 kv.m və 0.01724 ha olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********14-10301). Bakı şəhər 10 saylı dövlət notariat ofisinin 10 fevral 2021-ci il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın alqı-satqı” müqaviləsindən görünür ki, a) satıcı X12 Bakı şəhəri, Suraxanı rayonu, X18 küçəsi, ev 46 (yeni qaydalarla: AZ1049, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X18 küçəsi, 78) ünvanında yerləşən, ümumi sahəsi 98.7 kv/m fərdi yaşayış evinin paylı mülkiyyət üzrə on(lar)a məxsus hissəssindən 48 kv/m hissəsini alıcı Cavabdeh1 satmış, b) satıcı X12 Bakı şəhər, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X18 küçəsi, 46 (yeni qaydalarla: AZ 1049, Bakı şəhəri, Suraxanı rayonu, Əmircam qəsəbəsi, X18 küçəsi, 78) ünvanında yerləşən, ümümi sahəsi 268 kv/m torpaq sahəsinin paylı mülkiyyət üzrə on(lar)a məxsus 172,4 kv/m hissəsini alıcı Cavabdeh1 satmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X17 küçəsi 78 ünvanında yerləşən sahənin xx.xx.2020-ci il tarixli bölgü sxemindən görünür ki, torpaq sahəsi 172,4 kv.m A f.y.e bir hissəsi ümumi 48 kv.m-dən ibarətdir. Torpaq sahəsi – 95,6 kv.m A f.y.e bir hissəsi ümumi 50,kv.m-dən ibarətdir. Hasarın ölçüləri: 4.1x 5.9 m. Sahələrə iki ayrı girişi var. Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021cü il tarixində verilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, ünvan 5 ünvan ünvan 6n torpaq sahəsinin 2 hissəsi var, onların arasında hasar çəkilib, hasarın ölçüləri 4,1x5,9m. Sahələrə iki ayrı giriş çəkilibdir. 27 noyabr 2019-cu il tarixli notarial qaydasında təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, xx.xx.1936-ci il təvəllüdlü X12 ölən günədək ona məxsus olan harda yerləşməsindən və nədən ibarət almasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını xx.xx.1966-ci il təvəllüdlü Cavabdeh1 vəsiyyət etmişdir. xx.xx.2023-cü il tarixdə X8 vəsatətlə müraciət edərək, əri Gülağa Canbaxışovun ıı qrup əlliliklə bağlı pensiya almasının hansı diaqnoza əsaslanmasına dair məlumat verilməsi üçün müraciət etdiyini, lakin həmin müraciətə dolğun cavab verilmədiyindən məhkəmənin müraciət edib cavab alınması xahiş olunmuşdur. Vəsatət əsassız olduğundan təmin edilməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmənin təşəbbüsü ilə yerli müayinə təyin edilərək, qeyd olunan ünvanda 1 evin 2 mənzilə ayrıldığı və həmin mənzillərin yerləşdiyi torpaq sahələrə ayrı girişlər olduğu və mənzillərin və torpaq sahələrin hasar ilə ayrıldığı görülmüşdür. Tətbiq edilən hüquq. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.... Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Maddə 157. Mülkiyyətin müdafiəsi. ...157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 170. Qonşuluq hüququ 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 176. Torpaq sahələrinin hasarlanması və mərzlənməsi 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İddiaçının hal-hazırda yaşadığı və qeydiyyatda olduğu ev onun keçmiş qayınatası mərhum X4 mülkiyyətindədir. 2-2005 saylı qətnaməsi ilə iddiaçının sahənin müəyyən hissəndən istifadə hüquqları təsdiq edilmişdir. Eyni zamanda, cavabdehlər iddiaçının bu hüququnu mübahisələndirmirlər, onu olduğu kimi qəbul edib, yalnız hasarın sökülməsinə etiraz edirlər. Bununla da məhkəmə qeyd edir ki, iddiaçı Canbaxışovanın yaşayış sahəsindən istifadə hüququnun mövcudluğu – işin mübahisəsiz halıdır. İş materiallarında olan daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X12 evin bir hissəsini 10 fevral 2021-ci il tarixində Cavabdeh1 satmış və cavabdeh evin Çıxarışını almışdır. X12 rəhmətə getməmişdən öncə vəsiyyətnamə verərək ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaq bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Lakin, vərəsəlik işi indiyə kimi açılmadığından, evin ikinci hissəsi X4 adına qeydiyyatdadır. İş materiallarından görünür ki, iddiaçı mülkiyyətçi deyildir, lakin o, Bakı şəhəri, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 46 saylı evin 20,5 kv metr olan sahədə yaşamaq və istifadə etmək hüququna malikdir. İddiaçının həmin sahədən sərəncam vermək hüququ yoxdur. 2- 2005 saylı qətnaməsi ilə, həyətyanı torpaq sahəsi, hamam və tualet ümumi istifadədə saxlanılmışdır. Yerli müayinə zamanı isə qeydə alınmışdır ki, iddiaçının yaşadığı sahədə sanitar qovşağı tikilmişdir. Həyətyanı torpaq sahəsi isə əvvəldən X4 mülkiyyətində idi, o da öz növbəsində hasar ucaldaraq, həmin həyətyanı sahənin bir hissəsini Cavabdeh1 özgəninkiləşdirmişdir. Belə ki, iddiaçı X8 yaşamaq üçün ona ayrılmış yaşayış sahəsindən istifadəsi üçün nəzərdə tutulan həyətyanı sahədən məhrum olunmayıbdır. Mübahisəli hasar xx.xx.2020-ci il tarixdə, yəni X3 və tam mülkiyyətçisi olan dövrdə artıq mövcud idi. Bu hal xx.xx.2020-ci il tarixli bölgü sxemi ilə təsdiq olunur. Nəticə etibarı ilə, mərhum X12 və Cavabdeh1 mübahisəli hasar tikildiyi torpaq sahəsinin mülkiyyətçiləridir, iddiaçı X8 isə həmin torpaq sahəsindən istifadə etmək hüququna malik olan şəxsdir. Nəzərə alaraq ki, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, iddiaçının istifadə hüquqları qalmaqdadır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bununla da məhkəmə hesab edir ki, ilk növbədə hasarın mövcudluğu iddiaçının sahədən istifadə etmək hüququnu pozub-pozmadığı müəyyən edilməlidir. Bu baxımdan, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda sadalanmış mülki qanunvericiliyin müddəalarına görə, iddiaçı X8 və Cavabdeh1 qonşudurlar. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi qonşunun sahəsi sayıldığından, qonşu torpaq sahələrinin mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, iddiaçının və cavabdehin girişləri ayrıdır, iddiaçının yaşayış və istifadə hüququna heç bir təsir göstərilmir, hasarın mövcudluğu iddiaçının maraqlarına toxunmur. Beləliklə, məhkəmə hasarın sökülməsi üçün heç bir hüquqi və faktiki əsas aşkar etməmişdir. İkinci Cavabdeh2 isə Cavabdeh1 arvadıdır, lakin ev və ya torpaq sahəsi onun adına qeydiyyatdan keçmədiyi üçün, ona qarşı irəli sürülən iddia tam əsassızdır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilmiş hasarın sökülməsinə” dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 ünvan 7 ünvanında tikdiyi qanunsuz hasarın cavabdehlərin Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar