Məhkəmə qərarları › İş №2(010)-3978/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3978/2024

06.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3978/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə İddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, 7 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı (ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X** * saylı Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi *. İddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, 7 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı (ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X** * saylı Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində daşınmaz əmlakın bağşlanmasına dair *2.*0.2023-cü il tarixli ***********909 nömrəli müqavilənin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsini xahiş etmişdir.

2. İddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində sürüşmə sahəsində yerləşən fərdi yaşayış evlərinin sakinlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə onların köçürülməsi üçün birdəfəlik maddi yardımın ödənilməsi məqsədi ilə sürüşmə sahəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müvafiq rəylərə əsasən texniki vəziyyətləri qəzalı və yolverilməz olan fərdi yaşayış evlərinin sakinləri aldıqları birdəfəlik maddi yardım vəsaiti müqabilində evlərindən köçürülmüş, onlara Zığ bələdiyyəsinə ayrılmış 6,0 ha ərazidən müəyyən edilmiş ölçüdə torpaq sahəsi ayrılmış və həmin qəzalı evlər sökülmüşdür. Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-*” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin mülkiyyətçilərindən biridə Cavabdeh3 olmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş 0*74465 nömrəli *2.05.2009-cu il tarixli çıxarışa əsasən vətəndaş Cavabdeh3 mülkityyətində olmuş və sürüşmə ərazisinə düşən Suraxanı rayonu, Zığ qəsəbəsi, Həzi Aslanov küçəsində 236.9 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli, 4 otaqdan ibarət yaşayış sahəsi 73.8 kv.m, köməkçi sahəsi 43.9 kv.m olan 76 nömrəli, “A” tikilisindən köçürülmək müqabilində Cavabdeh3 ailə üzvləri ilə birlikdə 40,0000 (qırx min) manat bir dəfəlik maddi yardım, *050 (min əlli) manat üç aylıq kirayə haqqı və əşyaların daşınması üçün 500 (beş yüz) manat, ümumilikdə 4*550 (qırx bir min beş yüz əlli manat) vəsait verilmiş və Zığ bələdiyyəsinə ayrılmış 6,0 ha ərazidən 400,0 kv.m torpaq sahəsi əyrilmişdir. Bunun qarşlığında Cavabdeh3 Bakı şəhəri, 35 saylı notariat ofsində, ailə üzvləri isə Bakı şəhəri, *0 saylı notariat ofsində razılıq ərizələri verərək sözügedən ünvandakı 236.9 kv.m torpaq sahəsinə və “A” tikilisinə dair iddia və tələblərinin olmayacağını öhdələrinə götürərək torpaq sahəsindən və fərdi yaşayış evindən imtina etdiklərini bildirmişlər.

Tərəflərin izahatları

4. Cavabdeh 7 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X** * saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və tələbdə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinə etiraz etmədiyini bildirdi.

7. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirdi.

İş materialları

8. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 04 aprel 2000-ci il tarixli sərəncamından və 28 yanvar 2004-cü il təvəllüdlü aktdan görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində 600.0 kv.m torpaq sahəsinin X* ayrılması müəyyən edilmişdir.

9. AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, 0*74465 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Həzi Aslanov küçəsində istifadədə olan 0.02369 ha torpaq sahəsində yerləşən * mərtəbəli, 4 otaqlı, 73.8 kv.m yaşayış sahəsi, 43.9 kv.m köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində *20 nömrəli reyestr kitabının *0857 nömrəli vərəqində qeydiyyata alınmışdır. *0. Cavabdeh2 28 dekabr 20*8-ci il tarixli və 8İ-*667 reyestr nömrəli ərizəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-* sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş bir mərtəbəli fərdi yaşayış evini boşaltmaqla AR Nazirlər Kabinetinin 20*6-cı il ** iyul tarixli, 407s nömrəli sərəncamı ilə ayrılmış ərazidə yeni fərdi yaşayış evinin tikintisi üçün onlara ödəniləcək birdəfəlik maddi yardımın (40 000 AZN), hər ay üçün 350 manat olmaqla 3 aylıq kirayə haqqının (*050 AZN) və 500 AZN daşınma xərclərinin anası - X4 ödənilməsinə etirazının olmadığını bildirmiş və həmin vəsait ödənildikdən sonra 3 gün ərzində evi tam boşaltmağı öhdəsinə götürmüş və qəzalı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqlarından imtina etdiyini bildirmişdir. **. X7 28 dekabr 20*8-ci il tarixli və 8İ-*668 reyestr nömrəli ərizəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-* sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş bir mərtəbəli fərdi yaşayış evini boşaltmaqla AR Nazirlər Kabinetinin 20*6-cı il ** iyul tarixli, 407s nömrəli sərəncamı ilə ayrılmış ərazidə yeni fərdi yaşayış evinin tikintisi üçün onlara ödəniləcək birdəfəlik maddi yardımın ( 40 000 AZN), hər ay üçün 350 manat olmaqla 3 aylıq kirayə haqqının (*050 AZN) və 500 AZN daşınma xərclərinin arvadı - X4 ödənilməsinə etirazının olmadığını bildirmiş və həmin vəsait ödənildikdən sonra 3 gün ərzində evi tam boşaltmağı öhdəsinə götürmüş və qəzalı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqlarından imtina etdiyini bildirmişdir. *2. Cavabdeh3 28 dekabr 20*8-ci il tarixli və 8İ-*669 reyestr nömrəli ərizəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-* sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş bir mərtəbəli fərdi yaşayış evini boşaltmaqla AR Nazirlər Kabinetinin 20*6-cı il ** iyul tarixli, 407s nömrəli sərəncamı ilə ayrılmış ərazidə yeni fərdi yaşayış evinin tikintisi üçün onlara ödəniləcək birdəfəlik maddi yardımın (40 000 AZN), hər ay üçün 350 manat olmaqla 3 aylıq kirayə haqqının (*050 AZN) və 500 AZN daşınma xərclərinin anası - X4 ödənilməsinə etirazının olmadığını bildirmiş və həmin vəsait ödənildikdən sonra 3 gün ərzində evi tam boşaltmağı öhdəsinə götürmüş və qəzalı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqlarından imtina etdiyini bildirmişdir. *3. X6 28 dekabr 20*8-ci il tarixli və 8İ-*670 reyestr nömrəli ərizəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-* sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş bir mərtəbəli fərdi yaşayış evini boşaltmaqla AR Nazirlər Kabinetinin 20*6-cı il ** iyul tarixli, 407s nömrəli sərəncamı ilə ayrılmış ərazidə yeni fərdi yaşayış evinin tikintisi üçün onlara ödəniləcək birdəfəlik maddi yardımın (40 000 AZN), hər ay üçün 350 manat olmaqla 3 aylıq kirayə haqqının (*050 AZN) və 500 AZN daşınma xərclərinin anası - X4 ödənilməsinə etirazının olmadığını bildirmiş və həmin vəsait ödənildikdən sonra 3 gün ərzində evi tam boşaltmağı öhdəsinə götürmüş və qəzalı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqlarından imtina etdiyini bildirmişdir. *4. X5 28 dekabr 20*8-ci il tarixli və 8İ-*67* reyestr nömrəli ərizəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-* sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş bir mərtəbəli fərdi yaşayış evini boşaltmaqla AR Nazirlər Kabinetinin 20*6-cı il ** iyul tarixli, 407s nömrəli sərəncamı ilə ayrılmış ərazidə yeni fərdi yaşayış evinin tikintisi üçün onlara ödəniləcək birdəfəlik maddi yardımın (40 000 AZN), hər ay üçün 350 manat olmaqla 3 aylıq kirayə haqqının (*050 AZN) və 500 AZN daşınma xərclərinin ailə üzvlərinin razılığı nəzərə alınaraq təqdim etdiyi bank hesabına köçürülməsini xahiş etmiş və həmin vəsait ödənildikdən sonra 3 gün ərzində evi tam boşaltmağı öhdəsinə götürmüş və qəzalı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqlarından imtina etdiyini bildirmişdir. *5. X2 *8 yanvar 20*9-cu il tarixli və 8İ-222 reyestr nömrəli ərizəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-* sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş bir mərtəbəli fərdi yaşayış evini boşaltmaqla AR Nazirlər Kabinetinin 20*6-cı il ** iyul tarixli, 407s nömrəli sərəncamı ilə ayrılmış ərazidə yeni fərdi yaşayış evinin tikintisi üçün onlara ödəniləcək birdəfəlik maddi yardımın (40 000 AZN), hər ay üçün 350 manat olmaqla 3 aylıq kirayə haqqının (*050 AZN) və 500 AZN daşınma xərclərinin anası - X4 ödənilməsinə etirazının olmadığını bildirmiş və həmin vəsait ödənildikdən sonra 3 gün ərzində evi tam boşaltmağı öhdəsinə götürmüş və qəzalı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqlarından imtina etdiyini bildirmişdir. *6. Cavabdeh3 *5.03.2023-cü il tarixli və 8İ-*745 reyestr nömrəli ərizəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Həzi Aslanov küçəsi,76 ünvanında yerləşən AR DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş *2.05.2009-cu il tarixli Seriya MH 0*74465 saylı Çıxarışa əsasən istifadəsində olan 236.9 kv.m torpaq sahəsinə və həmin ünvanda yerləşən “A” tikilisində yaşadıqları qəzalı vəziyyətə düşmüş bir mərtəbəli fərdi yaşayış evi üçün birdəfəlik maddi yardımın (40 000 AZN), hər ay üçün 350 manat olmaqla 3 aylıq kirayə haqqının (*050 AZN) və 500 AZN daşınma xərclərinin ümumilikdə 4* 500 AZN vəsait ayrıldığını nəzərə alaraq istifadəsində olan torpaq sahəsinə və həmin ünvanda yerləşən “A” tikilisi olan fərdi yaşayış evinə dair iddia və tələbinin olmayacağını öhdəsinə götürür və istifadəsində olan 236.9 kv.m torpaq sahəsinə və evə dair hüquqlarından imtina etdiyini bildirmişdir. *7. ƏMDX DƏDKR X** **23064087 qeyiyyat nömrəli və *9.05.2023-cü il qeydiyyat tarixli Çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Həzi Aslanov küçəsi,76 – Yeni qaydalarla : AZ *09*, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X*5 küçəsi, *05 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir. *8. İş materiallarında olan “Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-* sürüşmə sahəsində yerləşən və ziyan çəkmiş fərdi yaşayış evlərinin sökülməsi müqabilində birdəfəlik maddi yardım ödəniləcək şəxslərin siyahısı”ndan görünür ki, qeyd olunan hallarla əlaqədar X4 40 000 (qırx min) manat birdəfəlik maddi yardım ödənilməsi nəzərə tutulmuşdur. *9. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, X3 hesabına kirayə haqqı üçün *050 manat və daşınma xərcləri üçün 500 manat ödəniş edilmişdir.

20. *2.*0.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Həzi Aslanov küçəsi, 76 – Yeni qaydalarla: AZ *09*, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X*5 küçəsi, *05 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini hədiyyə alan Cavabdeh2 bağışlamışdır. 2*. ƏMDX DƏDKR X** **23*66426 qeyiyyat nömrəli və *4.*0.2023-cü il qeydiyyat tarixli Çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Həzi Aslanov küçəsi,76 – Yeni qaydalarla : AZ *09*, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X*5 küçəsi, *05 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir.

İşin faktiki halları

22. İşin faktiki halları ondan ibarətdir ki, hazırki iddia tələbində iddiaçı Cavabdeh3 və Cavabdeh2 arasında həmin mübahisəli torpaq sahəsinə münasibətdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsini tələb edir və tələbində ona istinad edir ki, mübahisəli torpaq sahəsi vaxtilə qəzalı vəziyyətdə olduğu üçün həmin torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh3 və onun ailə üzvlərinin razılığı ilə X4 birdəfəlik maddi yardım, müvəqqəti kirayə haqqı və daşınma xərcləri ödənilməklə mülkiyyətçi və onun ailə üvləri həmin torpaq sahəsindən imtina etmişdirlər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddia tələbinə etiraz etmədiklərini bildirmişdirlər.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 324. Əqd anlayışı və onun növləri 324.*. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 666. Bağışlama müqaviləsi 666.* Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.

24. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 202*-ci il tarixli Qərarı. Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair *8 mart 2022-ci il tarixli Qərarı.

Həmin qeyd edilir ki, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

26. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının *4 iyun 2022-ci il tarixli Qərardadı.

Həmin qərardadda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

28. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

29. Hazırkı mübahisədə etibarlılığı yoxlanılan əqd *2.*0.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsidir. Həmin müqavilədən görünür ki, hədiyyə verən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Həzi Aslanov küçəsi,76 – Yeni qaydalarla : AZ *09*, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X*5 küçəsi, *05 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini hədiyyə alan Cavabdeh2 bağışlamışdır.

30. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçı tərəfin izahatlarını nəzərdən keçirərək qeyd edir ki, mübahisəli torpaq sahəsi qəzalı vəziyyətdə olduğu üçün iddiaçı tərəfindən birdəfəlik maddi yardım (40 000 AZN), hər ay üçün 350 manat olmaqla 3 aylıq kirayə haqqı (*050 AZN) və 500 AZN daşınma xərcinin ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, həmin dövrdə mübahisəli torpaq sahəsi Cavabdeh3 mülkiyyətində olmuşdur və qeyd olunan pul vəsaitinin verilməsi müqabilində həm mülkiyətçi Cavabdeh3 özü, həm də digər ailə üzvləri notarial qaydada təsdiq edilmiş ərizələr təqdim etməklə həmin torpaq sahəsinin və orada yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması ilə əlaqədar köçürülmələri üçün təqdim edilmiş birdəfəlik maddi yardım (40 000 AZN), hər ay üçün 350 manat olmaqla 3 aylıq kirayə haqqı (*050 AZN) və 500 AZN daşınma xərcinin ödənilməsi müqabilində həmin torpaq sahəsini və fərdi yaşayış evini boşalmaltarını və həmin daşınmaza əmlaka münasibətdə hüquqlarından imtina etdiklərini bildirmişdirlər. Qeyd olunan pul vəsaiti mülkiyyətçi Cavabdeh3 anası - X3 hesabına ödənilmişdir. Hazırkı iddia tələbini yuxarıda qeyd edilən normaların tələbləri baxımından yoxlayarkən məhkəmə hesab edir ki, göründüyü kimi artıq mülkiyyətçi Cavabdeh3 qeyd olunan halla əlaqədar təqdim edilmiş birdəfəlik müavinat müqabilində mülkiyyətində olan torpaq sahəsini boşaltmağı və eyni zamanda həmin mübahisəli torpaq sahəsinə münasibətdə hüququndan imtina etməyi öz öhdəsinə götürdüyündən qeyd olunan mübahisəli torpaq sahəsinin daha sonra qardaşı – digər Cavabdeh2 bağışlaması barədə *2.*0.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi etibarlı əqd hesab edilə bilməz. Ona görə ki, cavabdeh orpaq saəsini bağışlayarkən artıq özünə mənsub olmayan əmlak barəsində sərəncam vermişdir. Belə olduğu halda, mülkiyyətçi artıq daha əvvəl həmin torpaq sahəsinə münasibətə öz hüququndan imtina etdiyindən həmin torpaq sahəsinə münasibətdə bağladığı sərəncamverici əqd etibarlı sayıla bilməz. 3*. Məhkəmə eyni zamanda iddia tələbinin davamı olaraq onu da qeyd edir ki, qeyd olunan mübahisəli torpaq sahəsinin bağışlanmasına dair *2.*0.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Həzi Aslanov küçəsi 76, Yeni qaydalarla: AZ *09*, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mirzə Ələkbər küçəsi, *05 ünvanındakı torpaq sahəsinə dair *4.*0.2023-cü il tarixli, **23*66426 nömrəli Çıxarış da ləğv edilməlidir.

Məhkəmə xərcləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə

34. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Daşınmaz əmlakın bağışlanmasına dair *2.*0.2023-cü il tarixli, ***********909 nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli və Cavabdeh2 adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Həzi Aslanov küçəsi 76, Yeni qaydalarla: AZ *09*, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mirzə Ələkbər küçəsi, *05 ünvanındakı torpaq sahəsinə dair *4.*0.2023-cü il tarixli, **23*66426 nömrəli Çıxarış ləğv edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Daşınmaz əmlakın bağışlanmasına dair *2.*0.2023-cü il tarixli, ***********909 nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Həzi Aslanov küçəsi 76, Yeni qaydalarla: AZ *09*, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mirzə Ələkbər küçəsi, *05 ünvanındakı torpaq sahəsinə dair *4.*0.2023-cü il tarixli, **23*66426 nömrəli Çıxarış ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar