Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-399/2022 09.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X8 Məmmədovun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi Əliyar qızının və onun vəkili X7 iştirakı ilə, Ərizəçi Əliyar qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Əliyar qızı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 23.02.1980-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş etmişdir. Ərizəçi Əliyar qızı ərizəsini onunla əsaslandırmışdır ki, o, X4 ilə el adəti qaydasında ailə qurmuş və 23.02.1980-ci ildə X5 adlı övladları dünyaya gəlmişdir. Övladı ruhi xəstədir və hazırda 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının psixiatriya kabinetində dispanser qeydiyyatındadır. Belə ki, o şizofreniya paranoid forma,ağır gedişli psixi qüsur halda psixiatrik xəstəliyindən əziyyət çəkir,hazırda xəstəliyi onu tam anlaqsız vəziyyətə salıb,bu səbəbdən də o,hərəkətlərinin mənasını başa düşmür,hərəkətlərini idarə edə bilmir. Qızına o baxır, onun kənar şəxsin quluğuna ehtiyacı var, evdən küçəyə çıxa bilmir, belə ki özünü idarə edə bilmir və hərəkətlərinə cavabdeh deyildir. Qızına ondan başqa baxan yoxdur. Ona görə də, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi Əliyar qızı ərizəsində qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi Əliyar qızının vəkili iddiaçının tələbini müdafiə edərək onun təmin edilməsi ilə bağlı yekun məhkəmə aktının qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçini və onun vəkilini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23.02.1980-ci ildə anadan olmuşdur, atası X4,anası Ərizəçi Əliyar qızıdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, X5 ikinci qrup müddətsiz əlildir. şizofreniya paranoid forma,ağır gedişli psixi qüsur halı. - İş materiallarında olan arayışdan görünür ki, 23.02.1980-ci il təvəllüdlü X5 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının psixiatriya kabinetində şizofreniya paranoid forma,ağır gedişli psixi qüsur hal diaqnozu ilə qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 17.01.2022-ci il tarixli 119 saylı rəyindən görünür ki, X3 X6 Qüsur vəziyyəti (F20.0) aşkar olunur. Bunu uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, dəfələrlə ambulator və stasionar müalicədə olması, 2 nömrəli X1 “Şizofreniya paranoid forma fasiləsiz psixi qüsur vəziyyət və sair sübut edir. Qeyd olunan xroniki psixi xətəlik dərinləşərək emosional-iradi pozuntularla müşayiət olunan vəziyyətə çatmışdır. Belə nəticəyə gəlinir ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işə əlavə edilən sənədlərlə müəyyən edilir ki, X2 fəaliyyət qabiliyyəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi Əliyar qızının ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi Əliyar qızının ərizəsi təmin edilməli və 23.02.1980-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yaşayan 23.02.1980-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-399/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-399/2022
09.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver