Məhkəmə qərarları › İş №2(010)-4014/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4014/2020

08.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4014/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi“hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edə-rək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 2 saylı evin 16 saylı mənzilin xüsusi mülkiyyət kimi qeydə alınmasına dair “Bakı şəhər X11 X8 İnventarlaşdırma Bürosunda bu barədə Qeydiyyat Vəsiqəsində” göstərilən “Mir-X12”nın atası 1921-ci il təvəllüdlü Mir-X4 ilə eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2020-ci il tarixli məhkəmə iclasında “tələbin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 2 saylı evin 16 saylı mənzilin xüsusi mülkiyyət kimi qeydə alınmasına dair “bakı şəhər X11i İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunda bu barədə Qeydiyyat vəsiqəsində göstərilən “Mir-X12”nın anası 1921-ci il təvəllüdlü Mir-X3 məxsus olması faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçitələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki,o, xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Onun anasıMir- X4 1921-ci ildə Bakı şəhərində anadan olmuş və xx xxxx 2013-cü ildə ölmüşdür. Anası uşaqlıqdan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V. Quliyev küçəsi, 2 saylı evin 16 saylı mənzilində yaşamış qeyd edilən sahəyə olan mülkiyyət hüququ Tİ və MHQİdə qeydə alınmışdır. Lakin həmin yaşayış sahəsinə Bakı şəhər X11 X8 İnventarlaşdırma Bürosunda bu barədə Qeydiyyat vəsiqəsi verən zaman anasının adı həmin sənəddə Mir- X6 yazılmış, o dövrdən bəri həmin yazıya heç məhəl qoyan olmamışdır. O, anasının vərəsəsi kimi qeyd edilən miras payını öz adına xüsusi mülkiyyət kimi qeydə aldırmaq istəyən zaman isə Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 2 saylı evin 16 saylı mənzili xüsusi mülkiyyət kimi qeydə alınmasına dair Bakı şəhər X11 X8 İnventarlaşdırma və MHQİ-də ev sahibinin adının Mir-X6 göstərilməsi əsas gətirilərək, həmin sənədin onun anası Mir-X4 məxsus olmasına şübhə ilə yanaşılmışdır. Halbuki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 2 saylı evin 16 saylı mənzilin 2 otaqlı mənzili onun anasına məxsusdur və bu digər sənədlərdə də öz əksini tapmışdır. Ona görə də tələbinin təmin edilməsi vəBakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 2 saylı evin 16 saylı mənzilin xüsusi mülkiyyət kimi qeydə alınmasına dair “bakı şəhər X11i İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunda bu barədə Qeydiyyat vəsiqəsində göstərilən “Mir-X12”nın anası 1921-ci il təvəllüdlü Mir-X3 məxsus olması faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Mir-X4 xx.xx.2013-cü ildə ürək çatışmamazlığı səbəbində ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli Mir-X10 ünvanladığı məktubundan görünür ki, onun Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, V.Quliyev küçəsi, 2 saylı evin, 16 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə baxılmış və bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində sözügedən mənzilin mülkiyyətçisinin ata adı Nəzir (X9) olduğu halda, ərizəyə əlavə etdiyiniz sənədlərdə (notariat ofisinin məktubu, ölüm haqqında şəhadətnamə) Nəzir Məmməd (X2) kimi qeyd olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2020ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1930-cu ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə doğum haqqında bərpa kitablarında xx xxxxxxxx 1921-ci ildə (soyadı qeyd olunmayıb) Kübra Nəzir- Məmməd qızının təvəllüdü qeyd olunur. Atası- Nəzir-Məmməd Əmircan oğlu; anası: Sona- Xanım (sənəddə olduğu kimi) Məmməd-Hüseyn qızı. İş materiallarına əlavə edilmiş Bakı şəhəri X11 İcraiyyə Komitəsinin Texniki İnvertarlaşdırma Bürosunun qeydiyyat vəsiqəsindən görünür ki, X9 Bakı şəhəri, Serebrovski qəsəbəsi, Sadovaya küçəsi, ev 2 mənzil 16-nın mülkiyyətçisidir. İş materiallarına əlavə edilmiş 18.İX.1963-cü ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1953-cü il təvəllüdlü Ərizəçi valideynləri X7 və X1r. İşin materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mir-X4 xx xxxx 2013-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən, məhkəmə - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə ba-xır. Həmin Məcəllənin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhə-miy-yəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sə-nəd-lə-ri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 2 saylı evin 16 saylı mənzilin xüsusi mülkiyyət kimi qeydə alınmasına dair “bakı şəhər X11i İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunda bu barədə Qeydiyyat vəsiqəsində göstərilən “Mir-X12”nın Ərizəçi anası 1921-ci il təvəllüdlü Mir-X3 məxsus faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkə-mə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 2 saylı evin 16 saylı mənzilin xüsusi mülkiyyət kimi qeydə alınmasına dair “Bakı şəhər X11i İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən X5 adına verilmiş Qeydiyyat vəsiqəsinin 1921-ci ildə anadan olmuş və xx xxxx 2013-cü il tarixdə vəfat etmiş Mir-X3 məxsus olması faktı müəyyən olunsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar