Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-402/2022 01.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı X1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edildiyi üçün ərizəçinin onun üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi “ərizə tələbəni dədqiqləşməsi barədə” ərzə taqdim edərək övladı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, onun oğlu X4 18 dekabr 1990-cı il tarixində anadan olmuş və anadan olduğu müddətdən sağlamlıq imkanları (ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən) olmadığı üçün öz valdeyinlərinə ehtiyacı vardır. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasına məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Qızılkilsə kənd nümayəndəliyi tərəfindən 28.12.1990-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X418.12.1990-cı ildə doğulmuş və valideynləri Ərizəçi və X5r. Suraxanı rayon İcra Hakimiyyətinin 15.09.2021-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, 18.12.1990-cı il təvəllüdlü X4 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi barədə arayışdan görünür ki, 18.12.1990-cı il təvəllüdlü X4müddətsiz birinci dərəcəli müddətsiz əllildir. Diaqnozu: imbesillik dərəcəsində ağıl zəifliyi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 31.01.2022-ci il tarixli 226 saylı rəyindən görünür ki, X2 “AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ)” (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair əlamətlər) sübut edir. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 18.12.1990-cı il təvəllüdlü X2 ağır dərəcəli əqli gerilik müəyyən edilir. 18.12.1990-cı il təvəllüdlü X2 imbesillik dərəcəsində ağıl zəifliyi müəyyən edilir. 18.12.1990-cı il təvəllüdlü X4 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. 18.12.1990-cı il təvəllüdlü X4 psixi vəziyyətinə görə məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 18.12.1990-cı il təvəllüdlü X4 Ərizəçi oğludur. Ərizəçinin oğlu Fariz ağır dərəcəli əqli geriliyi olan xəstədir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 18.12.1990-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18.12.1990-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-402/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-402/2022
01.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver