Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4040/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstelsalat Birliyinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə (bundan sonra mətndə “Cavabdeh” İB) qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvana hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “Cavabdeh” İB tərəfindən təbii X2nın pozulması haqqında ******* saylı xx.xx.2017-ci il tarixli akt əsasında onun ünvanına hesablanmış 1455,20 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanında oğlu ilə birlikdə yaşayır. “Cavabdeh” İstehsalat Birliyinin nümayəndələri tərəfindən Qaz sayğacını yerindən sökərək yenisi ilə əvəz etdilər, halbuki sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuşdur. Eyni hal qonşularda da baş verdiyinə görə təbii qarşılamış, lakin sonradan karta hər ödəniş etdikdə 50 faiz cixmağa başladılar. Limiti keçdiyinə görə çıxdıqlarını fikirləşmiş və yaşlı ahil insan olduğuna görə başa düşməmişdir. Oğlu bu ay Cavabdeh istehalat birliyinin Suraxanı rayonudakı idarəsindən bu məsələ ilə bağlı soruşduqda Cavabdehn əməkdaşları sayğacda problem olduğunu və Qaz sayğacının zədələndiyinə görə bu səbəbdən borc yazıldığı bildirmişlər. Həmin borc əssasız olduğundan qeyd olunanların nəzərə alınması və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək, göstərdi ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğac smart kartla əvəzlənmiş, bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* №-li xx.xx.2014-cü il tarixli akt tərtib olunmuşdur. Akta əsasən sayğacın girişində rezin klapan aşkar olunmamış və buna görə də itirilmiş qazın bərpası üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. Buna görə də qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı xx.xx.2014-cü il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQna riayət olunması yoxlanılmış və sayğac smart kartla əvəzlənmişdir. Akta əsasən sayğacın girişində rezin klapan aşkar olunmamışdır. “Cavabdeh” İB-nin əməkdaşları Ə.Həbibov, B.Saxvanov və E.Alışov tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş Təbii X2nın pozulması haqqında 0127419saylı xx.xx.2017-ci il tarixli aktdan görünür ki, xx.xx.2017-ci il tarixində laboratoriyanın 29/1710-00577-3 №-li MSK-ya əsasən G-4 № 1102AQ**********0 sayğacın çıxış plasmas borusu deşilmişdir. Dəymiş ziyan hesablansın. “Cavabdeh” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının BRQSDnin görəcəyi işlər barədə tələblər” adlı sənəddən görünür ki, 0127419saylı xx.xx.2017-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işİədicilərindən PQ4-un maksimal saatlıq qaz sərfi 12 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 11 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat mücdəti 151 gün. QSSQ-nın maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 11 gün, qış ayları üçün orta günlük ış rejimi 10 saat və hesabat müddət: 151 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta güniük ış rejimi 18 saat və hesabat müddəti 151 gün qəbul edıiməklə itirilmiş qazın bərpası uçun hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 7276 m3. Abonentin saldosundan müəyyən olunur ki, ******* saylı aktaəsasən iddiaçıya1455,20manat məbləğindəəlavə qaz sərfiyyatı hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X2”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 4.8-ci bəndinə görəfiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Cavabdeh” İB-nin “Təbii X2nın pozulması haqqında” 0127419saylı xx.xx.2017-ci il tarixli aktına əsasən ünvan 1 ünvanına hesablanmış 1455,20 manat məbləğində borc ləğv olunmalıdır. Qeyd olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin “Təbii X2nın pozulması haqqında” 0127419saylı xx.xx.2017-ci il tarixli aktına əsasən ünvan 1 ünvanına hesablanmış 1455,20 (bir min dörd yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc ləğv olunsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-4040/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4040/2020
21.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver